bitki

is. plante f ; végétal m ; birillik~ plante annuelle ; çoxillik ~ plante vivace ; su ~ləri plante aquatique ; ~ yağı huile f (végétale) ; ~ aləmi règne m végétal

bitişmək
bitkibiti
OBASTAN VİKİ
Cyanea (bitki)
Cəfəri (bitki)
Cəfəri (lat. Petroselinum) və ya Bağdanus — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Cəfəri xalq arasında rus dilindəki qarşılığı olan petruşka kimi də bilinən, Azərbaycan mətbəxində geniş istifadə olunan göyərtidir. Cəfəri kök və yarpaq növlərinə ayrılır. Yarpaq cəfəri kök əmələ gətirmir. Onun iri yarpaqları xörəklərin hazırlanmasında istifadə olunur. Kök cəfərinin tərkibində 15% quru maddə, o cümlədən 10,7% karbohidrat, 1,5% zülal, 0,8% mineral maddə, 35 mq% C vitamini vardır. Cəfərinin yarpağında quru maddənin miqdarı kökündə olduğu kimidir. Lakin zülal və sellüloza 2 dəfə çox, mineral maddələr isə 2 dəfə azdır. Cəfərinin yarpağında 190 mq% C vitamini, 10 mq% karotin, həmçinin B1 və B2 vitaminləri vardır.
Dekorativ bitki
Dekorativ bitki və ya bəzək bitkisi – bəzək və dekorasiya məqsədilə yetişdirilən bitki növü. Dekorativ bitkilərinin əksəriyyəti tropik ölkələrin nümayəndələri olduğundan öz yaşadığı şəraitə uyğun olaraq qulluq edilir. Bitkilərin dekorativ məqsədlərlə yetişdirilməsi qədim sivilizasiyalarda ilk dəfə e.ə. 2000-ci ildə başlayıb. Qədim Misirdə Amon fironları dekorativ bitkilərin yetişdirilməsi üçün böyük ərazilər ayırırdılar. Dekorativ bitkilərə bəzən otaq bitkisi də deyilir. Belə bitkilərdən müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Bu bitkilər dərman kimi də istifadə olunur. Dekorativ bitkilərin 2 növü var: çöldə istifadə olunan və evdə istifadə olunan dekorativ bitki. Çöl dekorativ bitkiləri daha dözümlü olur.
Erato (bitki)
Erato (lat. Erato) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Erato costaricensis E.Moran & V.A.Funk Erato polymnioides DC. Erato sodiroi (Hieron.) H.Rob. Erato stenolepis (S.F.Blake) H.Rob. Erato vulcanica (Klatt) H.Rob.
Gövdə (bitki)
Gövdə — hər hansı mühitdə olursa-olsun (torpaq üstündə, torpaq altında, suda), üzərində normal və ya metamorfoziyaya uğramış halda olan, qoltuqlarında tumurcuq yerləşən orqandır. Ağacların və otların bir, kolların isə bir neçə gövdəsi olur. Yürüstü gövdənin vəzifəsi: yarpaqların əlverişli bir surətdə düzülməsi və bitkinin böyük sahə tutmasını təmin etmək, kök və yarpaqlar arasında hərəkət edən maddələri nəql etmək, cinsi və qeyri-cinsi çoxalmanı təmin edən orqanları əmələ gətirməkdən ibarətdir. Gövdə bitkilərin ehtiyat qida maddələrinin toplanması üçün əksər hallarda anbar vəzifəsini, maldili, ruskus, qulançar və sairədə isə yarpaq vəzifəsini görür. Bəzi bitkilərdə (dəvətikanı, göyəm, nar, yemişan və s.) gövdənin bir hissəsi tikana çevrilərək müdafiə, digərlərində (tənəkdə, qabaqkimilərdə) dırmanma vəzifəsini görür. Gövdələr formalarına görə müxtəlif olur: silindrşəkilli üçtilli dördtilli çoxtilli Əksərən gövdələr silindrşəkilli olur, məsələn, taxıl, yonca, pambıq və sairənin gövdələri kimi. Bəzilərində isə üçtilli və dördtilli olur, məsələn, cillərdə, dodaqçiçəklilərdə olduğu kimi. Çoxtilli olan gövdələr də vardır. Məsələn, bəzi maldili, günəbaxan, kəndalaş və sairədə olduğu kimi. Nadir hallarda gövdə yastı olur, məsələn, yastı maldilində olduğu kimi.
Göyəm (bitki)
Göyəm (lat. Prunus spinosa) — gülçiçəklilər fəsiləsinin gavalı cinsinə aid çiçəkli bitki növü. Növün vətəni Avropa, Qərbi Asiya və şimal-qərb Afrikadır. Göyəmin tərkibində 8%-ə qədər şəkər (fruktoza və saxaroza), 2,5% üzvi turşu (əsasən alma), 1% pektinli maddə, 1,5% aşılayıcı maddə, vitamin C və rəngləyici maddələr vardır. Dadı gər olduğundan təzə halda yeyilmir. Göyəmdən mürəbbə, povidlo, kompot, "ternovka" adlı spirtli içki, sirkə, kvas hazırlanır. Qurudulmuş meyvələri aşpazlıqda işlədilir. Duza qoyulmuş göyəm çox dadlı olur.[mənbə göstərin] Meyvələri şaxta vurduqda dadı şirinləşir və təzə halda yeyilmək üçün yararlıdır. Çəyirdəyində 37%-ə qədər yağ vardır. Tərkibində acı amiqdalin qlükozidi olduğundan texniki məqsədlər üçün işlədilir.
Güləbətin (bitki)
Güləbətin (lat. Pulsatilla) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Gülçülükdə güləbətinin 3 növü xüsusilə geniş yayılmışdır: Alp güləbətininin (P. alpina) yarpaqları sallaq və qönçəli, gülləri ağ olub, hündürlüyü 25 sm, diametri 7 sm-ə qədərdir. Yaz güləbətini (Yuxuotu) (P. vernalis) — hündürlüyü 15 sm, yarpaqları sallaq və bənövşəyi, bəzən ağ gülləri olan bitkidir. Adi güləbətin (P. vulgaris) hündürlüyü 20 sm, bənövşəyi, yasəmən rəngli ya da çəhrayı güllü bitkidir. Güləbətinlər kalsiumla zəngin torpaqlarda yaxşı inkişaf edir. Güləbətin toxumla çoxaldılır, ilk cücərtiləri payızda əmələ gəlir. Çiçəkləmə yarpaqdan əvvəl müşahidə edilir. Qiymətli dərman bitkisidir.
Hil (bitki)
Hil (lat. Amomum) — bitkilər aləminin zəncəfilçiçəklilər dəstəsinin zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi. Vətəni Hindistandır. Ancaq Hindistanla yanaşı, Şri-Lankada, Çində, Afrikada və Amerikada da becərilir. Hilin istifadə edilən əsas hissəsi onun toxumudur. Hilin gövdəsinin uzunluğu 4-5 metr, meyvəsinin uzunluğu isə 1-4 santimetrdir. Qabığının rəngi sarımtıl yaşıl, toxumunun rəngi qırmızımtıl-qəhvəyidir. İyi kəskin, dadı yandırıcıdır. Qurudulmuş meyvənin 20-53 %-ni qabığı, 47-80 %-ni toxumu təşkil edir. Hilin toxumları qabığından ayrıldıqdan sonra ətrini tez itirdiyi üçün qabığı ilə bir yerdə yığılır.
Kola (bitki)
Kola (lat. Cola) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Kola (bitki):The Plant List saytında takson barədə məlumat.
Kosmos (bitki)
Kosmos (lat. Cosmos) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bitkinin vətəni Şimali və Cənubi Amerikanın tropik vilayətləridir. Növün adı yunan sözü olub, "bəzək" deməkdir. Kosmos cinsinin 25 növündən ikisi yaşıllaşdırmada geniş istifadə olunur. İkilələkli kosmos (C.bipinnatus) yabanı halda Meksikanın dağlarında bitir.1799-cu ildən gülçülükdə istifadə olunur. Sadə və çoxləçəkli, müxtəlif rəngli hamaşçiçəkləri olub (ağ, çəhrayı, qırmızı), müxtəlif növləri vardır. Bozumtul-sarı kosmosun (C.sulphureus) hamaşçiçəkləri sarı və ya narıncı rəngdə olur. Bu növün vətəni Cənubi Afrika, Meksika və Braziliyanın dağ rayonlarıdır. Bu bitki növü torpağa tələbkardır.
Kəndir (bitki)
Kəndir (lat. Apocynum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi. Çoxillik ot və yarımkollardır. Yarpaqları qarşı-qarşıya düzülür. Ağ, çəhrayı, qırmızı-bənövşəyi xırda çiçəkləri yarımçətirvarı çiçək qrupunda yerləşir. Şimali Amerika, Cənubi Avropa və Cənub-Şərqi Asiyada 6, Azərbaycanda 1 növü — sarmat kəndiri (T. sarmatiense) bitir. Bir qismi lifli, digəri kauçukverən, bəzi növləri isə dərman bitkisidir. Qafqazda geniş yayılmışdır. Kəndirə Azərbaycanda başlıça olaraq Lənkəran və Quba zonalarında təsadüf edilir. Məişətdə və təsərrüfatın müxtəlif sahələrində işlənən kəndir məmulatı son zamanlaradək qalmaqda idi.
Kərəviz (bitki)
Kəvər (bitki)
Kəvər (lat. Capparis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Bitki
Bitki (lat. Plantae və ya lat. Vegetabilia) — mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biri. Bəzi mütəxəssislər[kimlər?] yosunları bütünlüklə, bəziləri[kimlər?] isə onların bir qismini bitkilər qrupuna aid edirlər. == Ümumi məlumat == Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
Lələk (bitki)
Lələk (lat. Gleditsia) - paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Məzrə (bitki)
Dağınıqçiçək kəkotu, Məzrə, Küftəotu (lat. Satureja hortensis) - kəkotu cinsinə aid bitki növü. Cənubi Avropa, Krım, Türkiyə, Orta Asiyada yayılıb. Çınqıllı, daşlı yamaclarda, qayalarda bitir. Bağ və bostanlarda çoxaldılır, bəzən isə yabanılaşır və alaq otu kimi bitir.
Pambıq (bitki)
Pambıq kolu (lat. Gossypium) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var. Pambıq Azərbaycanda "ağ qızıl" adlanır. Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110–145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500–3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30–35% lif alınır.
Papirus (bitki)
Qarğıdalı (bitki)
Qarğıdalı və ya bəzi bölgələrdə Məkə (lat. Zea mays) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin qarğıdalı cinsinə aid bitki növü. Qarğıdalı bitkisinin vətəni Meksikadır ki, dəniz səyyahı Kolumb tərəfindən 1493-cü ildə Avropaya gətirilmişdir. Qarğıdalı bitkisinin hündürlüyü 2-6 metr, kökü isə 100 sm-dək torpağa işləyir. Əkilmiş toxumdan gövdədə 3-6 qıçalar əmələ gəlir ki, hər birində 60-100 erkək və dişi toxumlar olur. Qarğıdalı bitkisinə düzgün aqrotexniki qulluq edilməlidir. Qarğıdalı taxıllar fəsiləsinə aid olmaqla ondan müxtəlif məqsədlər üçün istifadə olunur. Qarğıdalının qiymətli bitki olması ondan ibarətdir ki, o eyni zamanda iki məsələni: Dən ehtiyatlarını tamamlamaq və gövdəsindən yaxşı silos almaq məsələsini həll etməyə imkan verir. Bundan əlavə olaraq qarğıdalı dənindən un, yarma və konserv (şəkərli qarğıdalı) hazırlanır. Sənayedə isə qarğıdalı dənindən nişasta, etil spirti, dekstrin, şəkər, bal, yağ, E vitamini, askorbin və qlutamin turşuları alınır.
Qaytarma (bitki)
Qaytarma (lat. Potentilla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Pentaphylloides Duhamel Quinquefolium Ség.
Yam (bitki)
Yam — dioskoreya ailəsindən yumruları yeyilən, nişastalı bitkilərə verilən ümumi addır. Afrika, Asiya, Avstraliya və Amerikada yetişdirilən 100-dən çox növü vardır. Yam yumrularının ölçüsü torpaq altında 1,5 metrə qədər, çəkisi isə 70 kiloya qədər çata bilər. Sərt qabıqları vardır, lakin bişirilən zaman yumşalır. Qabıqları tünd qəhvə rənginə açıq bənövşəyiyə çatan rənglər ala bilər. Yumrunun özü daha yumşaqdır və rəngləri ağ, bənövşəyi, sarı, narıncı və çəhrayı arasında dəyişir. Yam olduqca qədim bir kənd təsərrüfatı bitkisidir. Mədəni bitki olaraq yetişdirilməsi Afrika və Asiyada e.ə. 8000-ci illərə qədər gedib çıxır. Bu bitki həmin ərazilərdə insanların sağa qalması üçün çox əhəmiyyət daşımışdır.
Zirə (bitki)
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
Çay (bitki)
Çay (lat. Camellia sinensis) — Çaykimilər fəsiləsinin kamelliya cinsinə aid növ. Bu bitkinin yarpaqları geniş istehlak olunan içkinin, çayın istehsalında istifadə olunur. Ağ çay, sarı çay, yaşıl çay, qara çay və s. kimi çay növlərinin hamısı eyni bitkinin bu gün yetişdirilən iki əsas çeşidindən: C. sinensis var. sinensis və C. s. var. assamica çeşidlərindən birindən əldə edilsə də, müxtəlif oksidləşmə səviyyələrinə çatmaq üçün fərqli şəkildə emal edilirlər. Qara çay bunların arasında ən çox oksidləşmə səviyyəsinə malik olan, yaşıl çay isə, ən az oksidləşmiş olandır. Kukicha adlı çay da C. sinensis məhsuludur, ancaq yarpaq yerinə budaqcıqlar istifadə olunur.
Çovdar (Bitki)
İkiləpəli bitki
İkiləpəlilər (lat. Dicotyledones; Magnoliopsida) — örtülütoxumlu ikiləpəli və ya çiçəkli bitkilər sinifidir. Həmişəyaşıl kollar, ağaclar, qismən çoxillik otlar bura daxildir. Hazırda əsasən Cənub yarımkürəsində yayılmışdır. Təbaşir dövründə meydana gəlmiş, paleogenin əvvəllərində demək olar ki, Yer kürəsinin bütün bölgələrinə yayılmışdır. Çinar, söyüd, ağcaqayın ikiləpəlilər ən qədim nümayəndələridir. İkiləpəlilərdə, adətən, mil kök sistemi olur. Əsasən torvari damarlanma müşahidə edilir. Əksəriyyətində gövdə kambinin hesabına eninə böyüyür.
David Attenboroug bitkisi
Nepenthes attenboroughii (lat. Nepenthes attenboroughii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin nepenteskimilər fəsiləsinin nepentes cinsinə aid bitki növü. Yalnız Filippinin Palavan adasında, Viktoriya dağının zirvəsində bitən və 2007-ci ildə tapılan ətyeyən bitkiyə botanik və kinorejissor David Attenboroughun adı verilib. Bu bitki çanağına düşən kiçik gəmiriciləri (siçan və s.) və böcəkləri tutur, sorucu boruları vasitəsilə onları tədricən həzm edir. Botanik və kinorejissor David Attenborough 50 ildir ki, ət yeyən bitkilərlə bağlı sənədli filmlər hazırlayır.
Dekorativ bitkilər
Dekorativ bitki və ya bəzək bitkisi – bəzək və dekorasiya məqsədilə yetişdirilən bitki növü. Dekorativ bitkilərinin əksəriyyəti tropik ölkələrin nümayəndələri olduğundan öz yaşadığı şəraitə uyğun olaraq qulluq edilir. Bitkilərin dekorativ məqsədlərlə yetişdirilməsi qədim sivilizasiyalarda ilk dəfə e.ə. 2000-ci ildə başlayıb. Qədim Misirdə Amon fironları dekorativ bitkilərin yetişdirilməsi üçün böyük ərazilər ayırırdılar. Dekorativ bitkilərə bəzən otaq bitkisi də deyilir. Belə bitkilərdən müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Bu bitkilər dərman kimi də istifadə olunur. Dekorativ bitkilərin 2 növü var: çöldə istifadə olunan və evdə istifadə olunan dekorativ bitki. Çöl dekorativ bitkiləri daha dözümlü olur.
Dənli bitkilər
Dənli bitkilər botaniki xüsusiyyətlərinə, kimyəvi tərkibinə, təyinatına və digər əlamətlərinə görə əsasən 3 qrupa ayrılır: Taxıl cinsinə mənsub olan dənli bitkilər. Bunlar 2 yarımqrupa ayrılır: a) əsas taxıl tipli bitkilər – buğda, çovdar, arpa və vələmir; b) darıyabənzər tipli taxıl bitkiləri – darı, düyü, qarğıdalı; Qarabaşaq bitkisi; Paxlalı dənli bitkilər – noxud, nut, lobya, mərci, lərgə, paxla və soya. Bütün dənli bitkilərin tərkibində fermentlər vardır. Normal tam dəyərli dənin tərkibində kompleks fermentlər olur. Taxılın, un və yarmanın saxlanılmasında, unun və çörəyin istehsalında fermentlərin çox böyük rolu var. Quru dəndə fermentlər az fəaldır, lakin nəmlik və rütubət artdıqca, temperatur yüksəldikcə fermentlər daha da fəallaşırlar. Nişastanı şəkərləşdirən, dekstrinləşdirən və proteoletik fermentlər nə qədər fəal olarsa, o zaman yüksək keyfiyyətə malik olan buğda unu istehsal etmək olar. Karbohidratlar – miqdarına görə dənli bitkilərin üzvi maddələri sırasında birinci yeri tutur. Karbohidratlardan dənli bitkilərdə əsasən nişasta (vələmirdə 36%, qarğıdalıda 60%), dekstrinlər, şəkər (soyada 2,2%, qalan dənlərdə 10%-ə qədər), sellüloza, pektin maddələri vardır. Nişasta dənli bitkilərin mühüm ehtiyat qida maddəsidir.
Dərman bitkiləri
Dərman bitkiləri — qədim dövrlərdən bəri kəşf edilmiş və xalq təbabətində istifadə edilmişdir. Bitkilər həşəratlara, göbələklərə, xəstəliklərə və ot yeyən məməlilərə qarşı müdafiə və qorunma da daxil olmaqla, müxtəlif funksiyalar üçün yüzlərlə kimyəvi birləşmə sintez edir. Dərman bitkiləri haqqında ən erkən tarixi qeydlərə Şumer sivilizasiyasına məxsus olan e.ə. 3000-ci ilə aid gil lövhələrdə rast gəlinir. Bu qeydlərdə tiryək də daxil olmaqla yüzlərlə dərman bitkisi yer alır. Qədim Misirə məxsus olan e.ə. təxminən 1550-ci ilə aid Ebers papirusunda isə 850-dən çox dərman bitkisi təsvir edilmişdir. Roma ordusunda işləmiş yunan həkimi Dioskorid e.ə. təxminən 60-cı ildə De materia medica adlı əsərində 600-dən çox dərman bitkisinin istifadə edildiyi 1 000-dən çox dərmanın reseptini sənədləşdirmişdir. Bu əsər təxminən 1 500 il ərzində digər farmakopeyaların əsasını təşkil etmişdir.
Dərman bitkilərin əlifba göstəricisi
ağlarotu,
Dərman bitkilərinin siyahısı
ağlarotu,
Efemer bitkilər
Efemerlər - müxtəlif fəsilələrdən olan birillik çöl və səhra bitkiləridir. Onların bütün həyat tsikli çox qısa dövr ərzində bitir. Erkən yazda Orta Asiya səhralarının gilli torpaqlarında rütubət yetərincə olduğu vaxtda efemerlər çox cəld böyüyür və 5-6 həftə ərzində çiçəkləyib toxumda əmələ gətirirlər. Bu bitkilər "quraqlıqdan" qaçırlar. 400 minə yaxın efemer bitki məlumdur. Onlar çox kiçik boyu, kiçik yarpaqları, zəif inkişaf etmiş kök sistemi ilə fərqlənirlər. Onlarin bəziləri 1-2 sm ölçüdə olduqda toxum verir. Yağıntılar çox olan illərdə efemerlərin hündürlüyü 25-30 sm-ə, xaççiçəklilərdə isə - 50 sm çatır. Orta Asiyanin səhraları üçün efemerlərin əhəmiyyəti böyükdür - onlarla vəhşi və ev heyvanları - otyeyən heyvanlar qidalanır. Efemerlər çox sürətlə artır və yazda çəmənlərdə bitkilərin inkişafına imkan verməyən sıx ot örtüyünü əmələ gətirirlər.
Ferdinand Müllerin müəllifi olduğu Avstraliyanın bitki növlərinin siyahısı
Fikus (dekorativ bitki)
Fikus — otaq şəraitində becərilən ağac. Abşeronda geniş yayılmış əncir ağacı fikusun xarici gorünüşündə böyük fərq olsa da, onların əcdadı birdir. Hindistan cəngəlliklərində bitən tropik bitki sonralar Asiya, Avrasiya və Qərbi Afrikada da yayılmışdır. Otaq bitkisi kimi tanıdığımız fikus öz vətənində çox nəhəng bitkidir. Fikus qələmlə çoxaldılır. Hər qələmin üzərində bir yarpaq və bir tumurcuq olmalıdır. Tez kök atması üçün qələmin əkilən ucunda bir-iki kəsik edilir, bir neçə saat ilıq suda saxladıqdan sonra onu dənəvər quma basdırılır və 23-25ºC temperaturu olan yerə qoyulur. Fikus dəyişikliyi, çox yerdəyişməsini sevən bitki deyil, ona görə də evə gətirməzdən əvvəl onun daimi yeri barədə fikirləşmək lazımdır. Fikusun əkildikdən sonra yeri dəyişdirilməməlidir. Yay fəslində onu eyvana və ya təmiz hava olan yerə keçirmək olar.
Giləmeyvə bitkilər
Giləmeyvə bitkilər — yeməli meyvəsi məişətdə giləmeyvə adlanan çoxillik kol, yarımkol və ot bitkiləridir. Bir giləmeyvə kiçik, ətli meyvədir. Giləmeyvə ümumiyyətlə şirəli, yuvarlaq, parlaq rəngli, şirin, turş olur. Tipik nümunələr çiyələk, moruq, böyürtkən, böyürtkən, qırmızı qarağat, ağ və qara qarağatdır. Giləmeyvə bütün dünyada yeyilir. Bəzi giləmeyvə ticari əhəmiyyətə malikdir. Giləmeyvə sənayesi, ölkələrdə təbii şəraitdə becərilən və ya yetişdirilən giləmeyvə növləri kimi dəyişir. Moruq və çiyələk kimi bəzi giləmeyvələr yüz illərdir yetişdirilir və çöl meyvələrindən fərqlənir, digər giləmeyvələr , yalnız təbiətdə böyüyür. Giləmeyvə bitkilərindən ən çox çiyələk, moruq, qarağat, firəngüzümü, böyürtkən, cır mərsin, quşarmudu, aktinidiya və çaytikanı becərilir. Yabanı giləmeyvə bitkilərnin ən əhəmiyyətlisi mərcanı, mərcangilə və qaragilədir.
Həşəratyeyən bitkilər
Həşəratyeyən bitkilər — əsasən həşəratlarla yemlənən bitkilər. Həşəratları (az hallarda başqa xırda heyvanları) tutan və onlardan əlavə qida (başlıca olaraq azotlu) mənbəyi kimi istifadə edən çoxillik ot bitkiləri. Dünyada 500-dək, Azərbaycanda 3 növü var. Həşəratyeyən bitkilər şirin su hovuzlarında, bataqlıq çəmənlərdə, azot birləşmələri zəif olan substratlarda yaşayır. Belə şəraitdə zəruri azot aclığı, həmçinin fosfor, kalium və s. maddələrin çatışmazlığını həşəratyeyən bitkilər metomorfozlu yarpaqların köməyi ilə həşəratların hesabına tamamlayır. Bəzi həşəratyeyən bitkilər (şehçiçəyi, yağlıc otu və b.) yarpaqların üzəri yapışqanlı şəffaf maye ifraz edən çoxlu vəzilərlə örtülüdür. Həşərat bitkinin tutucu aparatı üzərinə düşdükdə vəzilərin sekressiyası güclənir.
Küpəotu bitkisi
Nepentes küpəotu bitkisi daha maraqlı bitkilərdəndir. Bu bitkidə yarpağın yuxarı hissəsi qapaqlı küpəyə oxşayır və tutucu aparat funksiyasını daşıyır. Küpə ilə yarpaq ayasının arasında olan sapşəkilli daralmış hissənin köməyilə bitki özünü dayağa bərkidərək küpələri asır. Bu küpələr çiçəyə oxşayır. Küpənin kənarlarından və qapağindan damcı şəklində şirin maye ifraz olunur. Bu həşəratı cəlb etmək üçündür. Küpənin kənarları hamar və süruşkəndir. Həşərat küpənin kənarlarına qonan kimi sürüşüb küpənin içinə düşur və orada həzm olunur. Küpəli bitkilərə Asiyanin tropik meşələrində təsadüf olunur. Bunlar hündürlüyü 35 sm gövdəsinin diametri 8 mm olan bitkilərdir.

Значение слова в других словарях