Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycan Vikipediyası
Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsi. 25 aprel 2024 — Azərbaycan dilində olan Vikipediyada 199.546 məqalə var. 25 mart 2014-cü ildə Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir. == Azərbaycanca Vikipediya == 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik. === Məqalə sayı === 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır. 9 mart 2007–5,000 məqalə 22 iyul 2007–10,000 məqalə 6 dekabr 2009 — saat 16:00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
Fransız Vikipediyası
Fransızca Vikipediya (fr. Wikipédia en français) — Vikipediyanın fransız dilində olan bölməsidir.
Pəncab Vikipediyası
Pəncab Vikipediyası, Vikipediyanın Pəncab dilində olan versiyasıdır. 23 aprel 2024 tarixinə qədər, Pəncab Vikipediyasının 54.164 məqaləsi, 49.598 istifadəçisi və 10 idarəçisi mövcuddur. Yarandığı gündən hal-hazırkı dövrə qədər 750.320 dəfə redaktə edilmişdir.
Qalisiy Vikipediyası
Qaliscə Vikipediya — Vikipediya, açıq ensiklopediyanın Qalisiya dilində olan versiyasıdır. Qaliscə Vikipediyanın bənzərsiz xüsusiyyətlərindən bir dənəsi budur ki coğrafi məqalələrinin başlıqları həm Qaliscə adı və imlanı həm də yerli adını və imlasını ehtiva edir, məsələn Yeni Dehli məqaləsinin adı "Nova Deli - नई दिल्ली", və Azərbaycan məqaləsinin adı "Acerbaixán - Azərbaycan" və s.
Yakut Vikipediyası
Yakutca Vikipediya — Vikipediyanın yakut dilində olan bölməsidir.
Türkiyə Vikipediyası
Türkcə Vikipediya (türk. Türkçe Vikipedi)— Vikipediyanın türk dilində olan bölməsidir. Türk dillərində olan ən çox məqaləli bölmədir. == Tarix == 9 dekabr 2012 — 200 000 == Loqo == == Xarici keçidlər == Rüfət Əhmədzadə. “Eurovision”dan məyus olan ermənilər bayraqlarını qaldırmaq üçün “Wikipedia”nı seçiblər. 17.05.2011.
İngilis Vikipediyası
İngiliscə Vikipediya (ing. English Wikipedia) — Vikipediyanın ingilis dilində olan bölməsidir. Bu günə qədər 6.815.151 məqalə yaradılıb. 18 yanvar 2012-ci il tarixində sayta giriş ABŞ Konqresində müzakirədə olan yeni qanun layihəsinə qarşı etiraz əlaməti olaraq 24 saat müddətinə bağlanılmışdır. Bu barədə saytda aşağıdakı məzmunda müraciət yerləşdirilmişdir: "Son on il ərzində bəşəriyyətin tarixində ən böyük ensiklopediyanın yaradılmasına milyonlarla saat xərclədik. İndi ABŞ Konqresi azad və açıq internetə ciddi zərbə vura biləcək qanun layihəsinə baxır. Buna diqqəti cəlb etmək üçün, 24 saatlığa Vikipediya veb-saytını bağlayırıq".
Qərbi Pəncab Vikipediyası
Qərbi Pəncab Vikipediyası — Vikipediyanın Qərbi Pəncab dilindəki versiyasıdır. 23 aprel 2024-ci il tarixinə olan məlumata görə Qərbi Pəncab Vikipediyasının 72.572 məqaləsi, 37.924 istifadəçisi və 2 idarəçisi mövcuddur. Yarandığı gündən bu günə qədər 660.796 dəfə redaktə edilmişdir.
Sadə İngilis Vikipediyası
Sadə İngilis Vikipediyası ingilis dilinin əsas səviyyəsində yazılmış onlayn ensiklopediya olan Vikipediyanın ingilis dilli versiyasıdır. 18 sentyabr 2001-ci ildə yaradılmışdır. Bir çox məqalələr İngilis Vikipediyasındakı eyni məqalələrdən daha qısadır. Kimsə mürəkkəb ingilis dilində bir fikri başa düşə bilmirsə, Simple English məqaləsini oxuya bilər. 2003-cü ildə Sadə İngilis Vikipediyası səhifələr yaratmağa və dəyişikliklərə icazə verməyə başlayanda İngilis Vikipediyasında artıq 150.000 məqalə var idi. Sadə İngilis Vikipediyasında 199.206 məqalə var. Sadə İngilis Vikipediyası 2020-ci ilin dekabrına olan ən böyük 50-ci Vikipediyadır.
Şərqi Pəncab Vikipediyası
Pəncab Vikipediyası, Vikipediyanın Pəncab dilində olan versiyasıdır. 26 aprel 2024 tarixinə qədər, Pəncab Vikipediyasının 54.192 məqaləsi, 49.621 istifadəçisi və 10 idarəçisi mövcuddur. Yarandığı gündən hal-hazırkı dövrə qədər 750.653 dəfə redaktə edilmişdir.
Vikipediya
Vikipediya (ing. Wikipedia) — İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediya. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı davamlı artır, ensiklopediya hər keçən gün daha çox məşhurluq qazanır. İnternetdə Viki texnologiyası ilə işləyən ən nəhəng layihə Vikipediya (ing. Wikipedia) – azad onlayn ensiklopediyasıdır. == Tarixi == Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senger və Bomis kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya (NuPedia.com) adlandırdılar. Nupediya virtual ensiklopediyası, 2000-ci ilin mart ayından fəaliyyətə başladı. İngilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəsislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi.
Vikipediyaya abidə
Vikipediyaya abidə (pol. Pomnik Wikipedii) — Polşanın Slubitse şəhərində yerləşən və dünyada vikipediyaya həsr edilmiş ilk abidə. Açılışı 22 oktyabr 2014-cü il tarixində olmuşdur.
Vikipediyanın tarixi
Vikipediya könüllülər tərəfindən yazılan və idarə olunan, azad məzmunlu onlayn ensiklopediya. İlk redaktəsi, domen qeydiyyatdan keçdikdən iki gün sonra, 2001-ci ilin 15 yanvarında başladı. O, Nupediya-dan ilhamlanaraq yaradıldı və məqalələrin, tərcümələrin daha asan və daha sürətli hazırlanmasına imkan verən daha strukturlaşdırılmış pulsuz ensiklopediya oldu. Vikipediyanın texnoloji və konseptual əsasları bundan əvvəl də mövcud idi; bilinən ilk onlayn ensiklopediya 1993-cü ildə Rik Geyts tərəfindən və pulsuz onlayn ensiklopediya konsepsiyası (açıq mənbədən fərqlidir) 1998-ci ildə Riçard Stolman tərəfindən təklif edilmişdir. Stolmanın konsepsiyası konkret olaraq heç bir mərkəzi təşkilatın redaktəyə nəzarət etməməsi fikrini özündə cəmləşdirmişdir. Bu, Microsoft Encarta və Britannika Ensiklopediyası kimi müasir rəqəmsal ensiklopediyalarla ziddiyyət təşkil etdi. 2001-ci ildə Nupediyanın lisenziyası GFDL olaraq dəyişdirildi. Uels və Sanger onlayn vikidən birgə layihə hazırlamaq vasitəsi kimi istifadə edərək, tamamlayıcı layihə kimi Vikipediyanı işə saldılar. Vikipediya əvvəlcə Nupedia-da məqalələrin sonrakı düzəlişlərini etmək və qaralamalar üçün düşünülsə də, sələfini tez bir zamanda qabaqladı. Bu, yüzlərlə dildə qlobal layihədən ibarət həm qaralama fəzası, həm də təkmilləşdirilmiş son məhsul platforması olmuşdu.
274301 Vikipediya
274301 Vikipediya (müvəqqəti adları: 2008 QH24, 2007 FK34, 1997 RO4) — asteroid qurşağında yerləşən asteroid. 2008-ci ilin avqustunda Ukraynada yerləşən Andruşevka rəsədxanası tərəfindən kəşf edilmişdir. 2013-cü ilin yanvarında asteroidə onlayn ensiklopediya olan Vikipediyanın adı verilmişdir. == Kəşfi == Asteroid Ukraynanın yeganə özəl rəsədxanası olan Andruşevka rəsədxanasının astronomları tərəfindən kəşf edilmişdir. Bu rəsədxana 2003-cü ildən bu yana 90-dan çox asteroid kəşf etmişdir. Astronomlar asteroidi 2008-ci ilin 25 avqustunda, saat 22:47-də (UTC) müşahidə ediblər. Asteroid növbəti gecə də müşahidə edilmiş və ona müvəqqəti olaraq 2008 QH24 adı verilmişdir. 6 sentyabrda rəsədxananın işçiləri asteroidin orbitini dəqiqlikdə hesabladılar. Aparılan araşdırmalar bu asteroidin daha əvvəl ODAS (Fransa), Lemmon Dağı Müşahidə Sahəsi və Stüard rəsədxanası (hər ikisi Arizona, ABŞ) tərəfindən müşahidə olunmuş 1997 RO4 və 2007 FK34 asteroidləri ilə eyni olduğunu göstərmişdir. 2011-ci ilin aprelində asteroidə 274301 nömrəsi verilmişdir.
Afrikaansca Vikipediya
Afrikaansca Vikipediya (afrik. Afrikaanse Wikipedia) — Vikipediyanın Afrikaans dilindəki versiyası. Layihəyə 16 noyabr 2001 tarixində başlanıldı və beləliklə yaradılan 11-ci Vikipediya oldu. 2016-cı ilin dekabrında məqalələrin sayına görə 84-cü ən böyük Vikipediya idi. Cənubi Afrika və Namibiyadan başqa, afrikaansca Vikipediya Avropa, Şimali Amerika və Okeaniyadakı istifadəçilər tərəfindən istifadə edilir. == Ziyarətlər və redaktələr == Afrikaansca Vikipediya bütün Vikipediya axtarışlarının 0,008%-ni təşkil edir. 1 iyul 2009-cu il və 30 sentyabr 2013-cü il tarixləri arasında afrikaansca Vikipediyanı ən çox ziyarət edənlər bu ölkələrdir: CAR (64.0%) ABŞ (5.5%) Almaniya (4.1%) Digər (26.4%) Afrikaansca Vikipediya, Cənubi Afrikadakı bütün axtarışların İngiliscə Vikipediyanın 92,7%-dən sonra 2,2%-ni təşkil edir. Namibiyada ingiliscə (85,3%), almanca (5,7%) və portuqalca (1,5%) Vikipediyalardan sonra afrikaans Vikipediyası 1,2% istifadə olunur. Bütün almanların redaktələrinin 0,1%-i, bütün belçikalıların redaktələrin 0,3%-i və cənubi afrikalıların redaktələrinin 24,4%-i afrikaansca Vikipediyada baş tutur. Hollandiya və Belçikanın afrikaansca Vikipediyaya daxil olması çox güman ki, afrikaansca və niderlandca arasındakı dil əlaqəsi ilə bağlıdır.
Albanca Vikipediya
Albanca Vikipediya — Vikipediyanın alban dilində olan bölməsidir. Bu günə gədər 96.566 məqalə yaradılıb.
Almanca Vikipediya
Almanca Vikipediya (alm. Deutschsprachige Wikipedia‎) — Vikipediyanın Alman dilində olan bölməsidir. Bu günə gədər 2.896.183 məqalə yaradılıb.
Azərbaycanca Vikipediya
Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsi. 25 aprel 2024 — Azərbaycan dilində olan Vikipediyada 199.546 məqalə var. 25 mart 2014-cü ildə Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir. == Azərbaycanca Vikipediya == 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik. === Məqalə sayı === 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır. 9 mart 2007–5,000 məqalə 22 iyul 2007–10,000 məqalə 6 dekabr 2009 — saat 16:00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
Başqırdca Vikipediya
Başqırdca Vikipediya (başq. Башҡорт Википедияһы)— Vikipediyanın başqırd dilində olan bölməsidir.
Benqalca Vikipediya
Benqala Vikipediya — Vikipediyanın benqal dilində olan bölməsidir.
Bolqarca Vikipediya
Bolqarca Vikipediya — Vikipediyanın bolqar dilində olan bölməsidir.
Bretonca Vikipediya
Bretonca Vikipediya — Vikipediyanın breton dilində olan bölməsidir.
Cartoonito - Vikipediya
Cartoonito — Warner Bros.un "Qlobal Uşaqlar" və "Gənc Yetkinlər" bölməsi tərəfindən istifadə olunan bir markadır. Bunların hamısı WarnerMediaya məxsusdur - ABŞ xaricində məktəbəqədər yaşlı uşaqları hədəf alan televiziya şəbəkələri və proqramlaşdırma blokları toplusu üçün. 2019-cu ildən etibarən, Böyük Britaniyada (onun flaqman xidməti) Cartoonito kanalları mövcuddur, markalı bloklar isə hazırda Yaxın Şərqdə və Türkiyədəki Cartoon Networkun lokallaşdırılmış yayımlarında yayımlanır.
Danca Vikipediya
Dan dilində Vikipediya və ya Danca Vikipediya — Vikipediyanın Dan dilində olan bölməsidir. Bu günə gədər 298.743 məqalə yaradılıb.
Ermənicə Vikipediya
Ermənicə Vikipediya (erm. Հայերեն Վիքիպեդիա) — Vikipediyanın erməni dilində olan bölməsi. 307.803 məqalə yaradılıb. == Tarix == Ermənicə Vikipediya 2003-cü ilin 9 iyulunda fəaliyyətə başlayıb. 2010-cu il avqust ayının 3-də Ermənicə Vikipediyada məqalələrin sayı 10 000-i keçmiş və bununla da o Vikipediyanın +1 000 bölməsindən +10 000 bölməsinə adlamışdır. 2013-cu il dekabr ayının 3-də Ermənicə Vikipediyada məqalələrin sayı 100 000-i keçmiş və bununla da o Vikipediyanın +10 000 bölməsindən +100 000 bölməsinə adlamışdır. == Statistika == Ermənicə Vikipediyanın keyfiyyət göstəricisi 10 000-50 000 məqaləsi olan vikipediyalar arasında orta göstəricilərindən biridir.
Erzyanca Vikipediya
Erzyanca Vikipediya (erz. Эрзянь Википедия) — Vikipediyanın Erzyan dilində olan bölməsidir. 26 aprel 2024 — Erzyan dilində olan Vikipediyada 5101 məqalə var. 2008-cü ilin 26 mayından myv.wikipedia.org ünvanında Erzyanca dilində Vikipediya fəaliyyətə başlamışdır (əvvəl inkubatorda olmuşdur). Layihənin təşəbbüsünü 2007-ci ilin iyul ayında Vikipediyanın Rus bölməsinin Moskvada yaşayan iştirakçısı Andrey Surikov irəli sürmüşdür. Təşəbbüs qrupuna həmcinin Finlandiyada Erzyan dilindən tədris edən dilçi Cek Pyuter, Sankt-Peterburqdan olan jurnalist Andrey Petrov (Petryan Andryu) və Ulyanovdan olan mühəndis-proqramçı Mixail Stepçenko daxil idi. 19 fevral tarixində Vikipediyanın dil komitəsi «Erzyanca Vikipediyanı» uğurlu layihə elan edərək, onun hazırlığını və müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiqləyirlər. Bundan sonra mütəxəssislər 4 ay ərzində inkubatordan məlumatların ötürülməsi üçün bir platforma hazırladılar, məqalələrin həqiqiliyini təsdiq etdilər. Erzyanca Vikipediyanın ilk yarım il ərzində idarəçiləri Andrey Surikov, Petryan Andryu və Cek Pyuter seçilmişdir. 16 may 2015-ci ildə Erzyanca Vikipediyada artıq 2 mindən çox məqalə yazılmışdı.
Estonca Vikipediya
Estonca Vikipediya — Vikipediyanın eston dilində olan bölməsidir. Bu bölmə 24 iyul 2002-ci ildən fəaliyyətə başlamışdır. Bu günə gədər 243.999 məqalə yaradılıb.
Farsca Vikipediya
Farsca Vikipediya — Vikipediyanın fars dilində olan bölməsidir. Bu günə gədər 997.238 məqalə yaradılıb.