VİKİPEDİYA

havay. wiki – tez + ing. encyclopedia – ensiklopediya sözlərindən yara­dılmış abreviatura

VİDEOSÜJET
VİKTORİYA
OBASTAN VİKİ
274301 Vikipediya
274301 Vikipediya (müvəqqəti adları: 2008 QH24, 2007 FK34, 1997 RO4) — asteroid qurşağında yerləşən asteroid. 2008-ci ilin avqustunda Ukraynada yerləşən Andruşevka rəsədxanası tərəfindən kəşf edilmişdir. 2013-cü ilin yanvarında asteroidə onlayn ensiklopediya olan Vikipediyanın adı verilmişdir. == Kəşfi == Asteroid Ukraynanın yeganə özəl rəsədxanası olan Andruşevka rəsədxanasının astronomları tərəfindən kəşf edilmişdir. Bu rəsədxana 2003-cü ildən bu yana 90-dan çox asteroid kəşf etmişdir. Astronomlar asteroidi 2008-ci ilin 25 avqustunda, saat 22:47-də (UTC) müşahidə ediblər. Asteroid növbəti gecə də müşahidə edilmiş və ona müvəqqəti olaraq 2008 QH24 adı verilmişdir. 6 sentyabrda rəsədxananın işçiləri asteroidin orbitini dəqiqlikdə hesabladılar. Aparılan araşdırmalar bu asteroidin daha əvvəl ODAS (Fransa), Lemmon Dağı Müşahidə Sahəsi və Stüard rəsədxanası (hər ikisi Arizona, ABŞ) tərəfindən müşahidə olunmuş 1997 RO4 və 2007 FK34 asteroidləri ilə eyni olduğunu göstərmişdir. 2011-ci ilin aprelində asteroidə 274301 nömrəsi verilmişdir.
Afrikaansca Vikipediya
Afrikaansca Vikipediya (afrik. Afrikaanse Wikipedia) — Vikipediyanın Afrikaans dilindəki versiyası. Layihəyə 16 noyabr 2001 tarixində başlanıldı və beləliklə yaradılan 11-ci Vikipediya oldu. 2016-cı ilin dekabrında məqalələrin sayına görə 84-cü ən böyük Vikipediya idi. Cənubi Afrika və Namibiyadan başqa, afrikaansca Vikipediya Avropa, Şimali Amerika və Okeaniyadakı istifadəçilər tərəfindən istifadə edilir. == Ziyarətlər və redaktələr == Afrikaansca Vikipediya bütün Vikipediya axtarışlarının 0,008%-ni təşkil edir. 1 iyul 2009-cu il və 30 sentyabr 2013-cü il tarixləri arasında afrikaansca Vikipediyanı ən çox ziyarət edənlər bu ölkələrdir: CAR (64.0%) ABŞ (5.5%) Almaniya (4.1%) Digər (26.4%) Afrikaansca Vikipediya, Cənubi Afrikadakı bütün axtarışların İngiliscə Vikipediyanın 92,7%-dən sonra 2,2%-ni təşkil edir. Namibiyada ingiliscə (85,3%), almanca (5,7%) və portuqalca (1,5%) Vikipediyalardan sonra afrikaans Vikipediyası 1,2% istifadə olunur.Bütün almanların redaktələrinin 0,1%-i, bütün belçikalıların redaktələrin 0,3%-i və cənubi afrikalıların redaktələrinin 24,4%-i afrikaansca Vikipediyada baş tutur. Hollandiya və Belçikanın afrikaansca Vikipediyaya daxil olması çox güman ki, afrikaansca və niderlandca arasındakı dil əlaqəsi ilə bağlıdır.
Albanca Vikipediya
Albanca Vikipediya — Vikipediyanın alban dilində olan bölməsidir. Bu günə gədər 93.813 məqalə yaradılıb.
Almanca Vikipediya
Almanca Vikipediya (alm. Deutschsprachige Wikipedia‎) — Vikipediyanın Alman dilində olan bölməsidir. Bu günə gədər 2.842.329 məqalə yaradılıb.
Azərbaycanca Vikipediya
Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsidir. 16 oktyabr 2023 — Azərbaycan dilində olan Vikipediyada 196.051 məqalə var. 2014-cü il mart ayının 25-də Azərbaycanca Vikipediyada məqalələrin sayı 100.000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10.000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir. == Azərbaycanca Vikipediya == 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik. === Məqalə sayı === 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır. 9 mart 2007–5 000 məqalə 22 iyul 2007–10 000 məqalə 6 dekabr 2009–2009-cu il dekabrın 6-sı, saat 16 00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
Başqırdca Vikipediya
Başqırdca Vikipediya (başq. Башҡорт Википедияһы)— Vikipediyanın başqırd dilində olan bölməsidir.
Benqalca Vikipediya
Benqala Vikipediya — Vikipediyanın benqal dilində olan bölməsidir.
Bolqarca Vikipediya
Bolqarca Vikipediya — Vikipediyanın bolqar dilində olan bölməsidir.
Bretonca Vikipediya
Bretonca Vikipediya — Vikipediyanın breton dilində olan bölməsidir.
Cartoonito - Vikipediya
Cartoonito — Warner Bros.un "Qlobal Uşaqlar" və "Gənc Yetkinlər" bölməsi tərəfindən istifadə olunan bir markadır. Bunların hamısı WarnerMediaya məxsusdur - ABŞ xaricində məktəbəqədər yaşlı uşaqları hədəf alan televiziya şəbəkələri və proqramlaşdırma blokları toplusu üçün. 2019-cu ildən etibarən, Böyük Britaniyada (onun flaqman xidməti) Cartoonito kanalları mövcuddur, markalı bloklar isə hazırda Yaxın Şərqdə və Türkiyədəki Cartoon Networkun lokallaşdırılmış yayımlarında yayımlanır.
Danca Vikipediya
Dan dilində Vikipediya və ya Danca Vikipediya — Vikipediyanın Dan dilində olan bölməsidir. Bu günə gədər 294.828 məqalə yaradılıb.
Ermənicə Vikipediya
Ermənicə Vikipediya (erm. Հայերեն Վիքիպեդիա) — Vikipediyanın erməni dilində olan bölməsi. 302.689 məqalə yaradılıb. == Tarix == Ermənicə Vikipediya 2003-cü ilin 9 iyulunda fəaliyyətə başlayıb. 2010-cu il avqust ayının 3-də Ermənicə Vikipediyada məqalələrin sayı 10 000-i keçmiş və bununla da o Vikipediyanın +1 000 bölməsindən +10 000 bölməsinə adlamışdır. 2013-cu il dekabr ayının 3-də Ermənicə Vikipediyada məqalələrin sayı 100 000-i keçmiş və bununla da o Vikipediyanın +10 000 bölməsindən +100 000 bölməsinə adlamışdır. == Statistika == Ermənicə Vikipediyanın keyfiyyət göstəricisi 10 000-50 000 məqaləsi olan vikipediyalar arasında orta göstəricilərindən biridir.
Erzyanca Vikipediya
Erzyanca Vikipediya (erz. Эрзянь Википедия) — Vikipediyanın Erzyan dilində olan bölməsidir. 17 oktyabr 2023 — Erzyan dilində olan Vikipediyada 5101 məqalə var. 2008-cü ilin 26 mayından myv.wikipedia.org ünvanında Erzyanca dilində Vikipediya fəaliyyətə başlamışdır (əvvəl inkubatorda olmuşdur). Layihənin təşəbbüsünü 2007-ci ilin iyul ayında Vikipediyanın Rus bölməsinin Moskvada yaşayan iştirakçısı Andrey Surikov irəli sürmüşdür. Təşəbbüs qrupuna həmcinin Finlandiyada Erzyan dilindən tədris edən dilçi Cek Pyuter, Sankt-Peterburqdan olan jurnalist Andrey Petrov (Petryan Andryu) və Ulyanovdan olan mühəndis-proqramçı Mixail Stepçenko daxil idi. 19 fevral tarixində Vikipediyanın dil komitəsi «Erzyanca Vikipediyanı» uğurlu layihə elan edərək, onun hazırlığını və müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiqləyirlər. Bundan sonra mütəxəssislər 4 ay ərzində inkubatordan məlumatların ötürülməsi üçün bir platforma hazırladılar, məqalələrin həqiqiliyini təsdiq etdilər. Erzyanca Vikipediyanın ilk yarım il ərzində idarəçiləri Andrey Surikov, Petryan Andryu və Cek Pyuter seçilmişdir. 16 may 2015-ci ildə Erzyanca Vikipediyada artıq 2 mindən çox məqalə yazılmışdı.
Estonca Vikipediya
Estonca Vikipediya — Vikipediyanın eston dilində olan bölməsidir. Bu bölmə 24 iyul 2002-ci ildən fəaliyyətə başlamışdır. Bu günə gədər 239.764 məqalə yaradılıb.
Farsca Vikipediya
Farsca Vikipediya — Vikipediyanın fars dilində olan bölməsidir. Bu günə gədər 976.767 məqalə yaradılıb.
Fincə Vikipediya
Fincə Vikipediya — Vikipediyanın fin dilində olan bölməsidir. Bu günə gədər 560.364 məqalə yaradılıb.
Fransızca Vikipediya
Fransızca Vikipediya (fr. Wikipédia en français) — Vikipediyanın fransız dilində olan bölməsidir.
Gürcücə Vikipediya
Gürcücə Vikipediya (Gürcücə: ქართული ვიკიპედია), Vikipediyanın Gürcü dilindəki olan versiyasıdır. 2003-cü ilin noyabr ayında yaradılmışdır. 18 oktyabr 2023-ci il tarixinə olan məlumata görə, Gürcü dilindəki vikipediyanın 169.388 məqaləsi, 154.539 istifadəçisi və 6 inzibatçısı mövcuddur.
Vikipediya
Vikipediya (ing. Wikipedia) — İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediya. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı davamlı artır, ensiklopediya hər keçən gün daha çox məşhurluq qazanır. İnternetdə Viki texnologiyası ilə işləyən ən nəhəng layihə Vikipediya (ing. Wikipedia) – azad onlayn ensiklopediyasıdır. == Tarixi == Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senger və Bomis kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya (NuPedia.com) adlandırdılar. Nupediya virtual ensiklopediyası, 2000-ci ilin mart ayından fəaliyyətə başladı. İngilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəsislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi.
Hindcə Vikipediya
Hindcə Vikipediya — Vikipediyanın hind dilində olan bölməsi. == Tarix == 30 avqust 2011 - 100 000-ci məqalə.
Koreyaca Vikipediya
Koreyaca Vikipediya — Vikipediyanın Koreya dilində olan bölməsidir. == Siyasət == 2014-cü ildə insan hüquqları müdafiəçiləri Koreyaca Vikipediyanın nüsxələrini şarlar vasitəsilə Şimali Koreyaya yollamışdılar.
Krımtatarca Vikipediya
Krım-tatarca Vikipediya (krımtat. Qırımtatarca Vikipediya) — Vikipediyanın Krım-tatar dilində olan bölməsidir. 18 oktyabr 2023 tarixinə qədər Krım-tatarca Vikipediyada 27492 məqalə yaradılıb.
Kürdcə Vikipediya
Kürdcə Vikipediya — Vikipediyanın kürd dilində olan bölməsidir. 10 oktyabr 2023 — Kürdcə dilində olan Vikipediyada 60.302 məqalə var.
Latınca Vikipediya
Latınca Vikipediya — Vikipediyanın latın dilində olan bölməsidir.
Liquriyaca Vikipediya
Liquriyaca Vikipediya (liq. Wikipedia in lìgure) — Vikipediyanın Liquriya dilində olan bölməsidir. Liquriyaca Vikipediya 2008-ci ildə yaradılıb.
Azərbaycan Vikipediyası
Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsidir. 16 oktyabr 2023 — Azərbaycan dilində olan Vikipediyada 196.051 məqalə var. 2014-cü il mart ayının 25-də Azərbaycanca Vikipediyada məqalələrin sayı 100.000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10.000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir. == Azərbaycanca Vikipediya == 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik. === Məqalə sayı === 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır. 9 mart 2007–5 000 məqalə 22 iyul 2007–10 000 məqalə 6 dekabr 2009–2009-cu il dekabrın 6-sı, saat 16 00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
Bavariya dialektində Vikipediya
Bavariya dialektində Vikipediya (Bavariya dialektində: Boarische Wikipedia) Vikipediyanın Bavariya dilindəki versiyasıdır. 16 oktyabr 2023 tarixinə görə, Bavariya dilindəki Vikipediyanın 26.993 məqaləsi, 68.226 istifadəçisi və 3 inzibatçısı mövcuddur.
Boing (telekanal) - Vikipediya
Boing — uşaqlar və yeniyetmələr üçün Warner Bros.-a məxsus ödənişli ABŞ televiziya kanalıdır. ABŞ, Fransa, İtaliya, İspaniya, Afrika və Çilidə yayımlanır. Boing 2019-cu ildə İtaliya, İspaniya, Fransa və Afrikada veriliş bloku olaraq yayıma başladı. == Animadz == Animadz kimi tanınan bir qrup personaj Boing-in rəsmi maskotu kimi xidmət edir. Buraya mavi insan kimi bir köpək olan Bo, Bobo saçsız yaşıl humanoiddir, Otto bir robotdur; Maissasarı bir labirentdir, Katrinaağ toyuqdur, və yaşıl bir dinozavr olan Dino cizgi filmin personajlarıdır.
Cənubi Azərbaycanca Vikipediya
Cənubi Azərbaycanca Vikipediya (az.-əbcəd تورکجه ویکی‌پدیا‎) — Vikipediyanın ərəb qrafikalı Azərbaycan əlifbası ilə yazılmış azərbaycanca versiyası. Vikipediyanın Cənubi Azərbaycanca versiyası 2015-ci ilin iyulunda ayrı dil bölməsi kimi istifadəyə verilmişdir. Hal-hazırda burada 243.333 məqalə və 45.622 qeydiyyatdan keçmiş istifadəçi var. 18 sentyabr 2016-cı ildə 10,000 məqalə, 9 avqust 2018-ci ildə isə 100,000 məqaləni keçmişdir.
Dan dilində Vikipediya
Dan dilində Vikipediya və ya Danca Vikipediya — Vikipediyanın Dan dilində olan bölməsidir. Bu günə gədər 294.828 məqalə yaradılıb.
Esperanto dilli Vikipediya
Esperanto dilli Vikipediya (esp. Vikipedio en Esperanto və ya Esperanta Vikipedio) — Baskca Vikipediya ilə birlikdə 11 May 2001-ci ildə başlanan, Vikipediyanın Esperanto dilində bölməsidir. 2016-cı ilin iyun ayına olan 280.000-dən çox məqalə sayı ilə məqalələrin sayına görə 32-ci ən böyük Vikipediya olmaqla yanaşı süni dildə qurulmuş ən böyük Vikipediya bölməsidir. == Mənşəyi və təsiri == Amerikan Esperantisti Chuck Smith Esperantoca Vikipediyanın qurucusu sayılır. O 15 noyabr 2001-ci ildən başlayaraq üç həftə ərazində Ensiklopediya Kalblanda'nın Stefano Kalb tərfindən yaradılmış 139 məqaləsini daxil edərək yeni ensiklopediyanın başlanğıcını qoydu. Daha sonra, Avropa ölkələrində esperanto dilində danışanlar arasında Vikipediyanı populyarlaşdırmaq məqsədi ilə Avropaya səyahət etdi. Noyabr 2002-ci ildə Dobrjixobitse (Çexiya) da keçirilən Esperantonun Elm və Texnologiyada Tətbiqi üzrə 10-cu Konfransda Vikipediya haqqında bir danışma etdi. Esperanto dilində danışanlar Vikipediyanın bir neçə başqa dil versiyasının ( Çex, Slovakiya, Osetiya, Suahili ) qurulmasında da iştirak etmişlər. Esperanto spikeri və sonradan Vikimedia Vəqfinin ilk işçisi olan Brion Vibber tərəfindən Esperanto əlifbasına dəstəyin tətbiqi, 2002-ci ilin yanvar ayında İngilis dilindən başqa dillərin əlifbalarına yol açdı və bütün Vikipediyanın Unicoda-a keçidinə başlandı. == Esperanto dilli Vikipediyanın keyfiyyəti == 2018-ci ilin iyul ayına olan məlumata görə, Esperanto Vikipediyasında 287 seçilmiş məqalə (elstaraj artikoloj) və 206 yaxşı məqalə (legindaj artikoloj) var.
Fransız Vikipediyası
Fransızca Vikipediya (fr. Wikipédia en français) — Vikipediyanın fransız dilində olan bölməsidir.

Значение слова в других словарях

гидроста́т и́льный многолю́дье напе́вно пермане́нтный подчека́нивать пятисо́тый сладкова́тость косоро́титься кре́нделем куми́рня противоре́чить гость кролик табель anchoring-place blackwater fever pagodite sink wiring дебош неприветливость спираль сплошь эрекция