Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Viktorina Möran
Viktorina Möran (fr. Victorine Meurent) — fransız rəssamı. Eduard Manenin ən sevimli modeli kimi tanınmış olmasına baxmayaraq, onun özü də məşhur rəssam idi. Onun əsərləri nüfuzlu Paris İncəsənət Mərkəzində dəfələrlə sərgilənmişdir. 1876-cı ildə münsiflər heyəti onun əsərlərini qəbul etdi. Həmin münsiflər heyəti bu sərgidə Manenin rəsmlərini qəbul etməmişdi. == Ədəbiyyatda Möran == İrlandiyalı yazıçı Corc Moore, "Mənim Ölü Həyatımın xatirələri" adlı yarı-avtobioqrafik romanda sənətçini canlandırmışdl. Debra Finerman tərəfindən yazılmış, tarixi roman Mademoiselle Victorinedə də Ondan ilhamlanmışdı. O, "Manet in Love" adlı bir filmdə də görüldü. == Həyatı == Viktorina bir sənətkar ailəsində dünyaya gəldi.
Viktorina Möran ispan geyimində (tablo)
Viktoriya Meranut İspan geyimində (fr. Mlle V. en costume d'espada) - Eduard Mane tərəfindən 1862-cü ildə çəkilmiş rəsm əsəri.
Viktoriya
Viktoriya (lat. victoria – qələbə) — şəxs adı. Viktoriya — Böyük Britaniya kraliçası (1819–1901). Viktoriya Bekhem — müğənni.
I Viktoriya
Kraliça Viktoriya (24 may 1819[…], Kensinqton, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[…] – 22 yanvar 1901[…]) — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı). Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nikahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi.
Kraliça Viktoriya
Kraliça Viktoriya (24 may 1819[…], Kensinqton, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[…] – 22 yanvar 1901[…]) — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı). Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nikahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi.
Viktorian stili
Viktorian stili — kraliça Viktoriyanın (1837–1901) şərəfinə adlandırılsa da, həmin dövrdə kraliça Anna stili, kral Yakov stili, italyan və neoqotika stilləri yayılmışdı. Bunlardan başqa, memarlar materiallarla eksperimentlər edərək, müxtəlif stillərin elementlərini qarışdırırdılar – məsələn, dik tyudor damları ilə qotik oxvari tağlar. Viktorian stili Avstraliya istisna olmamaqla, bütün Britaniya imperiyasında geniş yayılmışdı. 1885-ci ildə memar Harri Kent, Çarlz B. Feyrfaks üçün, hazırda Sidneydə tarixi abidə sayılan Kaerleon evini layihələndirdi. 45 dərəcə bucaqlıq dam, erker kimi detallar və daş astarlı qırmızı kərpic divarları, vitraj şüşələr və verandanın XIX əsrin ikinci yarısında Avstraliyada yayılmış kraliça Anna stilinə işarə edən çuqun dayaqları tamamlayır. Viktorian stilini yerli xüsusiyyətlərlə adaptasiya etmək asan idi. Bu stilin dəyişkən elementləri var idi və o, müxtəlif miqyaslı və müxtəlif tipli binaların layihəsi üçün uyğun idi. Memarların əvvəlki stillərin konstruktiv məhdudiyyətlərindən yan keçmələri ictimaiyyətin o qədər xoşuna gəldi ki, viktorian dizaynı demək olar ki, universal oldu. San Fransiskoda XIX əsrin ortalarında və ikinci yarısında tikilən viktorian evləri buna nümunə ola bilər. Britaniyalı memarlar, bir qayda olaraq, qırmızı kərpic və ağ daş astardan istifadə etmişdilərsə, onların amerikan kolleqaları bəzi detalları ağ rənglə ayırdılar və onların aralarındakı panelləri müxtəlif rənglərlə boyadılar.
Viktoriya (Kanada)
Viktoriya (ing. Victoria) — Britaniya Kolumbiyasının paytaxtıdır. Vancouver Adasının cənubunda qalan şəhər 90.000-dən çox əhalisi olan bir şəhərdir.
Viktoriya (ada)
Viktoriya (ing. Victory Island) - Kanada Arktik arxipelaqınına daxil olan Kanadaya məxsus ada. İnzibati cəhətdə Kanadannın Nunavut və Şimal-Qərb əraziləri vilayətlərinə daxildir. == Coğrafiyası == Təxmini eni 300–600 km, uzunluğu isə 400–500 km arasında dəyişir. Sahəsi 217 291 km² təşkil edir. Hündürlüyü şimal-qərbdə 665 metrdir. Çoxlu sayda gölləri vardır ki, onunlarında ən iriləri Ferquson, Taha, Tahiryak, Uoşberndir. Baffin Torpağı adasından sonra sahəsinə görə Kanadada ikinci, dünyada isə onuncudur. Sərt iqlim səbəbindən adada cəmi 1707 nəfər (2007 il) yaşayır. Əsas yaşayış məntəqələri: Keymbridj-Bey, Ulukhaktok.
Viktoriya (boğaz)
Viktoriya boğazı (ing. Victoriа Strait)- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olur. == Tarixi == 1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur.
Viktoriya (mifologiya)
Viktoriya — Qədim Roma mifologiyasında qələbə ilahəsi. Yunan mifologiyasında isə qələbə ilahəsi Nikadır.
Viktoriya (ştat)
Viktoriya – Avstraliyanın cənub-şərqində yerləşən əyalət. Viktoriya Avstraliyanın ən kiçik əyaləti olmasına baxmayaraq, ən çox əhalinin yaşadığı əyalətdir. Viktoriyanın əsası 1800-cü illərdə qoyulmuşdur. Kəndlilər bu ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular. Əyalətdə qızılın kəşf olunması, qızıl həyəcanına səbəb olmuş və Viktoriyanın əhalisi sürətlə artmağa başlamışdır. 2005-ci ilə olan məlumata görə Viktoriya əyalətində 5 milyon nəfər yaşayır. Əyalətin mərkəzi olan Melburn şəhərində Viktoriya əhalisinin 70% yaşayır. Melburn Avstraliyanın ən böyük və ən inkişaf etmiş bir neçə şəhərindən biridr.
Viktoriya (əyalət)
Viktoriya – Avstraliyanın cənub-şərqində yerləşən əyalət. Viktoriya Avstraliyanın ən kiçik əyaləti olmasına baxmayaraq, ən çox əhalinin yaşadığı əyalətdir. Viktoriyanın əsası 1800-cü illərdə qoyulmuşdur. Kəndlilər bu ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular. Əyalətdə qızılın kəşf olunması, qızıl həyəcanına səbəb olmuş və Viktoriyanın əhalisi sürətlə artmağa başlamışdır. 2005-ci ilə olan məlumata görə Viktoriya əyalətində 5 milyon nəfər yaşayır. Əyalətin mərkəzi olan Melburn şəhərində Viktoriya əhalisinin 70% yaşayır. Melburn Avstraliyanın ən böyük və ən inkişaf etmiş bir neçə şəhərindən biridr.
Viktoriya Abril
Viktoriya Abril (ing. Victoria Abril, əsl adı Viktoriya Merida Roxas; isp. Victoria Mérida Rojas; 4 iyul 1959[…], Madrid) — İspaniya teatr və kino aktrisası. Viktoriya səkkiz yaşından bəri baletlə məşğul olur. 1975–1976-cı illərdə gənc balerina filmlərdə epizodik rollara dəvət olunmağa başlam;şdır. Nəhayət, baletdən ayrılıb aktyorluq peşəsini seçmək qərarı, qızda görkəmli ifaçılıq istedadını təxmin edən İspaniya rejissoru Visente Arandanın "Cinsi dəyişdir" (1977) filmində iştirakı ilə əlaqələndirilir. Abril Arandanın lentlərində oynadığı rollara görə tanınmışdır.
Viktoriya Apanasenko
Viktoriya Apanasenko (ukr. Вікторія Апанасенко 18 iyun 1994) ukraynalı model və gözəllik kraliçası, "Miss Universe Ukraine 2022" müsabiqəsinin qalibidir.
Viktoriya Azarenko
Viktoriya Azarenko (31 iyul 1989, Minsk) — tennisçi. Viktoriya Azarenko Dünya reytinqinin lideri illik (2012-ci il) qazancda da rəqibləri geridə qoydu. London olimpiadasında qarışıq cütlərin mübarizəsində çempion olan tennisçi fərdi yarışları bürünc medalla bitirdi. "Uimbldon" turnirinin, həmçinin "Böyük dəbilqə"nin Avstraliya mərhələsində qalib gəlmiş Viktoriya ABŞ mərhələsinin finalçısıdır. İdman ilinin yekununda 7.923.920 dollar qazandı ki, indiyədək heç bir tennisçi mövsümdə bu qədər pul əldə etməyib. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, № 49(49), 8. dekabr 2012. səh.14.
Viktoriya Bekhem
Viktoriya Bekhem (17 aprel 1974[…], Harlov[d], Esseks[d]) — müğənni, futbolçu Devid Bekhemin həyat yoldaşı. == Həyatı == Viktoriya Bekhem 1974-cü il aprelin 17-də İngiltərədə anadan olub. Kifayət qədər imkanlı ailədə böyüyüb. İlk əvvəl teatr məktəbində, daha sonra Leyn Arts teatr kollecində təhsil alıb. Oxuduğu illərdə hobbisi rəqs idi. Model kimi işləyirdi. Qəzetdə oxuduğu elan bütün həyatını dəyişdi. Pop qrupun yaradılması məqsədilə oxumağı, oynamağı bacaran 5 qız tələb olunurdu. “Spice girls” qrupu onun həyatında silinməz izlər buraxdı. 2000-ci ildə qrupun qızları solo layihələr üzərində işləməyi qərara aldılar.
Viktoriya Dauyotite
Viktoriya Dauyotite (latış. Viktorija Daujotytė-Pakerienė‎; 1 oktyabr 1945 və ya 1945, Telşyay rayonu[d]) — Litva ədəbi tənqidçisi. == Bioqrafiyası == 1971-ci ildən bəri işlədiyi Vilnüs Universitetini bitirib. 1975-ci ildən Litva Yazıçılar Birliyinin üzvüdür. Emlər doktoru, Vilnüs Universitetinin professoru, Litva Elmlər Akademiyasının ekspert üzvüdür. Milli Mükafat laureatı (1993), "Razılıq" mükafatının ("Santarvės premija", 1996) sahibidir. Litva Böyük Hersoqu Qyadiminas ordeni ilə təltif edilmişdir (2002). Yurgis Baltruşaytis adına Rusiya-Litva Əməkdaşlıq Fondunun üzvüdür. == Fəaliyyəti == Məktəblər və ali təhsil müəssisələri üçün bir çox dərsliyin, ədəbiyyat nəzəriyyəsi, Litva poeziyası, Yurqis Baltruşaytis, Salome Neris, Yanin Diaqutite, Yustinas Martsinkeviçin tərcümeyi-halı, bioqrafiyası və fəaliyyəti, qadın ədəbiyyatına dair monoqrafiyaların müəllifidir. Litva nəsr şeirləri (1987), seçilmiş əsərlər, məktublar, Vinsas Putinas (1982), Moteyus Qustaytis (1984), Salomei Neris (1994; 1999), Marselius Martinaytis (1998) və s.
Viktoriya Georgiyeva
Viktoriya Georgiyeva (bolq. Виктория Георгиева; 21 sentyabr 1997, Varna) — Bolqarıstan müğənnisi və bəstəkarı. 25 noyabr 2019-cu il tarixində Bolqarıstanın BNT telekanalı Viktoriyanın ölkəni Rotterdamda keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. == Həyatı və musiqi karyerası == Viktoriya Georgiyeva 11 yaşından oxumağa başlamışdır. Bir müddət sonra o "Angel Voices" vokal studiyasında müəlliməsi Atanaska Lipçevadan dərs almağa başlamışdır. Georgiyeva Bolqarıstanın X Factor yarışmasının dinləmələrinə qatılmış, lakin az yaşlı olması səbəbindən ilkin mərhələni adlaya bilməmişdir. 2015-ci ildə o X Factor yarışmasına qatılmağa nail olmuşdur. Viktoriya yarışmanın 9-cu həftəsində şounu tərk etmişdir. X Factor-da qələbə qazana bilmədiyi halda Viktoriya Virginia Records albom şirkəti tərəfindən təklif almış, lakin ifaçı təklifdən imtina etmişdir. 2016-cı ildə isə o Monte Music şitkəti ilə müqavilə imzalamışdır.
Viktoriya Jilinskayte
Viktoriya Jilinskayte (d. 6 mart 1989; Uray, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Viktoriya Jilinskayte Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. Daha sonra Viktoriya Jilinskayte Rusiya yığmasının heyətində 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Viktoriya dövrü
Viktoriya dövrü — Böyük Britaniya kraliçası I Viktoriyanın (Onu digər adı Viktoriya Vindzor olub , ona bu adı xaç atası I Aleksandr qoyub) hakimiyyət illərini (1837-1901) əhatə edən dövrdür. Bu dövr Böyük Britaniyanın sülh, zənginlik, milli özünə inam hissinin inkişaf etdiyi dövr kimi tarixə yazılıb. Bəzi alimlər bu dövrün başlamasını 1832-ci il islahatlar aktının qəbul edilməsi ilə əlaqələndirirlər. == Siyasi partiyalar == Viktoriyanın başçılığı dövründə dominant siyasi partiyalar da dəyişdi. Bu dövrdə iki əsas partiya var idi: Torilər və Viqlər. O, 1837-ci ildə taxta çıxdıqda baş nazir Viqlərdən olan Viscount Melburn oldu, baxmayaraq ki, Viqlər Partiyası 1860-ci illərə qədər Britaniya siyasətinə təsir göstərməyə davam etdi, onlar tədricən Liberallar Partiyası tərəfindən kənarlaşdırıldılar. 1868-ci ildə Viqlərin axırıncı baş naziri Edvard Smit Stenli istefa verdikdən sonra, Viktoriya dövrü İngiltərəsində Liberal və Konservativ Partiya dominant güc halına gəldi. == Siyasi islahatlar == Viktoriya dövrü siyasi sahədə əhəmiyyətli islahatlara şahid oldu. İkinci islahat aktı 1867-ci ildə qəbul edildi ki, bununla da evi olan və ya 10 funt illik kirayə ödəyə bilən bütün kişilər, o cümlədən, kənd yerlərində torpaq sahəsi olan kişilər də səsvermə hüququna yiyələndilər. Qadınlar yenə də bu hüquqdan məhrum qaldılar.
Viktoriya gölü
Viktoriya (ing. Lake Victoria, Victoria Nyanza, suah. Ziwa Victoria, Viktoria Nyanza, Ziwa Nyanza) — Şərqi Afrikada Tanzaniya, Keniya və Uqandanın ərazisində göl. Dəniz səviyyəsindən 1134 m yüksəklikdə yerləşir. Bu, Afrikanın ən böyük gölü olmaqla bərabər, böyüklüyünə görə Yuxarı göldən sonra dünyada ikinci şirin sulu göldür.
Viktoriya xaçı
Viktoriya xaçı (ing. Victoria Cross, VC) — Britaniyanın ən yüksək hərbi mükafatıdır və döyüşdə göstərilən qəhrəmanlığa görə verilir. Viktoriya xaçı bütün rütbə və xidmət sahələrinin hərbi qulluqçularına, eləcə də hərbi komandanlığa tabe mülki şəxslərə verilə bilər. == Ümumi məlumat == Mükafat 29 yanvar 1856-cı ildə təsis edilib, fərman 1854-cü ilə qədər olan hadisələrə görə mükafatlandırmağa icazə verirdi, bu, Krım müharibəsi zamanı fərqlənənləri də mükafatlandırmaq üçün edilmişdi. İlk mükafatlandırma mərasimi 26 iyun 1857-ci ildə baş tutdu və cəmi 1356 mükafat verildi. Bir döyüşün nəticələrinə əsasən ən çox "Viktoriya xaçı" mükafatı 1879-cu ildə (ing. Battle of Rorke’s Drift)dən sonra verildi: bir dəfəyə bu şərəfə 11 nəfər layiq görüldü. Viktoria xaçı bürüncdən hazırlanmışdır və Cross pattée adlanan formaya malikdir (şüaların mərkəzə doğru daraldığı, lakin Malta xaçından fərqli olaraq uclarında kəsiklər olmayan xaç) ön tərəfində tac üzərində dayanmış şir və üzərində "Şücaətə görə" sözləri yazılmış lent təsvir edilmişdir (ing. For Valor). Xaç moruq rəngli muar lentlə örtülmüş blokun köməyi ilə paltara bərkidilir.
Viktoriya Çamorro
Viktoriya Çamorro (d. 10 iyul 1996) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Viktoriya Çamorro, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Viktoriya şəlaləsi
Viktoriya — Cənubi Afrikanın Zambezi çayında şəlalə. Zambiya və Zimbabvenin sərhədlərində yerləşir. Gölün eni təqribən 1800 m, hündürlüyü 128 m-dir.
Viktoriya Krivelli
Viktoriya Krivelli (d. 30 sentyabr 1990; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Viktoriya Krivelli Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Viktoriya Meranut
Viktorina Möran (fr. Victorine Meurent) — fransız rəssamı. Eduard Manenin ən sevimli modeli kimi tanınmış olmasına baxmayaraq, onun özü də məşhur rəssam idi. Onun əsərləri nüfuzlu Paris İncəsənət Mərkəzində dəfələrlə sərgilənmişdir. 1876-cı ildə münsiflər heyəti onun əsərlərini qəbul etdi. Həmin münsiflər heyəti bu sərgidə Manenin rəsmlərini qəbul etməmişdi. == Ədəbiyyatda Möran == İrlandiyalı yazıçı Corc Moore, "Mənim Ölü Həyatımın xatirələri" adlı yarı-avtobioqrafik romanda sənətçini canlandırmışdl. Debra Finerman tərəfindən yazılmış, tarixi roman Mademoiselle Victorinedə də Ondan ilhamlanmışdı. O, "Manet in Love" adlı bir filmdə də görüldü. == Həyatı == Viktorina bir sənətkar ailəsində dünyaya gəldi.
Vittoriya
Vittoriya (it. Vittoria) — İtaliyanın Siciliya regionunda şəhər.
Doktorina
Doktrina — elmi, fəlsəfi və ya siyasi təlim. == İstinadlar == == Xarici keçidlər == "Congregation for the Doctrine of the Faith (Roman Catholic Church) - Britannica Online Encyclopedia". Britannica.com. İstifadə tarixi: 2013-03-07. "Congregation for the Doctrine of the Faith". Ewtn.com. 2018-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-07.