Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Viktorina Möran
Viktorina Möran (fr. Victorine Meurent) — fransız rəssamı. Eduard Manenin ən sevimli modeli kimi tanınmış olmasına baxmayaraq, onun özü də məşhur rəssam idi. Onun əsərləri nüfuzlu Paris İncəsənət Mərkəzində dəfələrlə sərgilənmişdir. 1876-cı ildə münsiflər heyəti onun əsərlərini qəbul etdi. Həmin münsiflər heyəti bu sərgidə Manenin rəsmlərini qəbul etməmişdi. İrlandiyalı yazıçı Corc Moore, "Mənim Ölü Həyatımın xatirələri" adlı yarı-avtobioqrafik romanda sənətçini canlandırmışdl. Debra Finerman tərəfindən yazılmış, tarixi roman Mademoiselle Victorinedə də Ondan ilhamlanmışdı. O, "Manet in Love" adlı bir filmdə də görüldü. Viktorina bir sənətkar ailəsində dünyaya gəldi.
Viktorina Möran ispan geyimində (tablo)
Viktoriya Meranut İspan geyimində (fr. Mlle V. en costume d'espada) - Eduard Mane tərəfindən 1862-cü ildə çəkilmiş rəsm əsəri.
Viktoriya
Viktoriya (lat. victoria – qələbə) — şəxs adı. Viktoriya — Böyük Britaniya kraliçası (1819–1901). Viktoriya Bekhem — müğənni.
I Viktoriya
Kraliça Viktoriya (24 may 1819[…], Kensinqton, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[…] – 22 yanvar 1901[…]) — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı). Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nikahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi.
Kraliça Viktoriya

Viktorian stili
Viktorian stili — kraliça Viktoriyanın (1837–1901) şərəfinə adlandırılsa da, həmin dövrdə kraliça Anna stili, kral Yakov stili, italyan və neoqotika stilləri yayılmışdı. Bunlardan başqa, memarlar materiallarla eksperimentlər edərək, müxtəlif stillərin elementlərini qarışdırırdılar – məsələn, dik tyudor damları ilə qotik oxvari tağlar. Viktorian stili Avstraliya istisna olmamaqla, bütün Britaniya imperiyasında geniş yayılmışdı. 1885-ci ildə memar Harri Kent, Çarlz B. Feyrfaks üçün, hazırda Sidneydə tarixi abidə sayılan Kaerleon evini layihələndirdi. 45 dərəcə bucaqlıq dam, erker kimi detallar və daş astarlı qırmızı kərpic divarları, vitraj şüşələr və verandanın XIX əsrin ikinci yarısında Avstraliyada yayılmış kraliça Anna stilinə işarə edən çuqun dayaqları tamamlayır. Viktorian stilini yerli xüsusiyyətlərlə adaptasiya etmək asan idi. Bu stilin dəyişkən elementləri var idi və o, müxtəlif miqyaslı və müxtəlif tipli binaların layihəsi üçün uyğun idi. Memarların əvvəlki stillərin konstruktiv məhdudiyyətlərindən yan keçmələri ictimaiyyətin o qədər xoşuna gəldi ki, viktorian dizaynı demək olar ki, universal oldu. San Fransiskoda XIX əsrin ortalarında və ikinci yarısında tikilən viktorian evləri buna nümunə ola bilər. Britaniyalı memarlar, bir qayda olaraq, qırmızı kərpic və ağ daş astardan istifadə etmişdilərsə, onların amerikan kolleqaları bəzi detalları ağ rənglə ayırdılar və onların aralarındakı panelləri müxtəlif rənglərlə boyadılar.
Viktoriya (Kanada)
Viktoriya (ing. Victoria) — Britaniya Kolumbiyasının paytaxtıdır. Vancouver Adasının cənubunda qalan şəhər 90.000-dən çox əhalisi olan bir şəhərdir.
Viktoriya (ada)
Viktoriya (ing. Victory Island) - Kanada Arktik arxipelaqınına daxil olan Kanadaya məxsus ada. İnzibati cəhətdə Kanadannın Nunavut və Şimal-Qərb əraziləri vilayətlərinə daxildir. Təxmini eni 300–600 km, uzunluğu isə 400–500 km arasında dəyişir. Sahəsi 217 291 km² təşkil edir. Hündürlüyü şimal-qərbdə 665 metrdir. Çoxlu sayda gölləri vardır ki, onunlarında ən iriləri Ferquson, Taha, Tahiryak, Uoşberndir. Baffin Torpağı adasından sonra sahəsinə görə Kanadada ikinci, dünyada isə onuncudur. Sərt iqlim səbəbindən adada cəmi 1707 nəfər (2007 il) yaşayır. Əsas yaşayış məntəqələri: Keymbridj-Bey, Ulukhaktok.
Viktoriya (boğaz)
Viktoriya boğazı (ing. Victoriа Strait)- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olur. 1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur.
Viktoriya (mifologiya)
Viktoriya — Qədim Roma mifologiyasında qələbə ilahəsi. Yunan mifologiyasında isə qələbə ilahəsi Nikadır. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Viktoriya (ştat)
Viktoriya – Avstraliyanın cənub-şərqində yerləşən əyalət. Viktoriya Avstraliyanın ən kiçik əyaləti olmasına baxmayaraq, ən çox əhalinin yaşadığı əyalətdir. Viktoriyanın əsası 1800-cü illərdə qoyulmuşdur. Kəndlilər bu ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular. Əyalətdə qızılın kəşf olunması, qızıl həyəcanına səbəb olmuş və Viktoriyanın əhalisi sürətlə artmağa başlamışdır. 2005-ci ilə olan məlumata görə Viktoriya əyalətində 5 milyon nəfər yaşayır. Əyalətin mərkəzi olan Melburn şəhərində Viktoriya əhalisinin 70% yaşayır. Melburn Avstraliyanın ən böyük və ən inkişaf etmiş bir neçə şəhərindən biridr.
Viktoriya (əyalət)

Viktoriya Abril
Viktoriya Abril (ing. Victoria Abril, əsl adı Viktoriya Merida Roxas; isp. Victoria Mérida Rojas; 4 iyul 1959[…], Madrid) — İspaniya teatr və kino aktrisası. Viktoriya səkkiz yaşından bəri baletlə məşğul olur. 1975–1976-cı illərdə gənc balerina filmlərdə epizodik rollara dəvət olunmağa başlam;şdır. Nəhayət, baletdən ayrılıb aktyorluq peşəsini seçmək qərarı, qızda görkəmli ifaçılıq istedadını təxmin edən İspaniya rejissoru Visente Arandanın "Cinsi dəyişdir" (1977) filmində iştirakı ilə əlaqələndirilir. Abril Arandanın lentlərində oynadığı rollara görə tanınmışdır.
Viktoriya Apanasenko
Viktoriya Apanasenko (ukr. Вікторія Апанасенко 18 iyun 1994) ukraynalı model və gözəllik kraliçası, "Miss Universe Ukraine 2022" müsabiqəsinin qalibidir.
Viktoriya Azarenko
Viktoriya Azarenko (31 iyul 1989, Minsk) — tennisçi. Viktoriya Azarenko Dünya reytinqinin lideri illik (2012-ci il) qazancda da rəqibləri geridə qoydu. London olimpiadasında qarışıq cütlərin mübarizəsində çempion olan tennisçi fərdi yarışları bürünc medalla bitirdi. "Uimbldon" turnirinin, həmçinin "Böyük dəbilqə"nin Avstraliya mərhələsində qalib gəlmiş Viktoriya ABŞ mərhələsinin finalçısıdır. İdman ilinin yekununda 7.923.920 dollar qazandı ki, indiyədək heç bir tennisçi mövsümdə bu qədər pul əldə etməyib. Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, № 49(49), 08.12.2012. səh.14.
Viktoriya Bekhem
Viktoriya Bekhem (17 aprel 1974[…], Harlov[d], Esseks[d]) — müğənni, futbolçu Devid Bekhemin həyat yoldaşı. Viktoriya Bekhem 1974-cü il aprelin 17-də İngiltərədə anadan olub. Kifayət qədər imkanlı ailədə böyüyüb. İlk əvvəl teatr məktəbində, daha sonra Leyn Arts teatr kollecində təhsil alıb. Oxuduğu illərdə hobbisi rəqs idi. Model kimi işləyirdi. Qəzetdə oxuduğu elan bütün həyatını dəyişdi. Pop qrupun yaradılması məqsədilə oxumağı, oynamağı bacaran 5 qız tələb olunurdu. “Spice girls” qrupu onun həyatında silinməz izlər buraxdı. 2000-ci ildə qrupun qızları solo layihələr üzərində işləməyi qərara aldılar.
Avqusta Viktoriya
Avqusta Viktoriya Frederika Luiza Feodora Cenni (alm. Auguste Viktoria Friederike Luise Feodora Jenny‎; 22 oktyabr 1858[…] – 11 aprel 1921[…]) — Almaniya imperatriçası və Prussiya kraliçası. Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı olmuşdur. O, 1881-ci ildə sonradan imperator olan Prussiya şahzadəsi Vilhelmlə evlənmişdir. Viktoriya vaxtını xeyriyyə və dini cəmiyyətlərə həsr etmişdir. == Həyatı == Avqusta Viktoriya 22 oktyabr 1858-ci ildə anadan olmuşdur. O, Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı olmuşdur. O, incəsənəti sevirdi və klarnet üçün musiqi parçaları bəstələyirdi. Onun həyat arzusu Parisdəki Luvr muzeyini ziyarət etmək idi. Siyasi səbəblərə görə bunu heç vaxt edə bilməmişdir.
Tarrinqton (Viktoriya)
Tarrington (ing. Tarrington) — Avstraliyada, Viktoriya (ştat)nın cənub-qərbində, Hamilton şəhərindən 9 km və Melburndan 314 km məsafədə yerləşən kənd. Tarrinqton qəsəbəsinin adını alman ərazilərindən (Saksoniyadan) Avstraliyaya köçən sorblar tərəfindən, həmçinin Prussiya və Sakson fermerləri tərəfindən qoyulub. İlk alman köçkünləri 1849-cu ildə Avstraliyanın Varnambuola və 1852-ci ildə Portlendən gəliblər. Onların hamısı din etibarilə əsasən lüteran idi. Sorblar Avstraliyada bir sıra qəsəbələr qurublar: Cənubi Hamilton (ing. South Hamilton), Hochkirch (Tarrington) (ing. Hochkirch/Tarrington),Gnadenthal (ing. Gnadenthal), St. Suite-South Hamilton (ing.
Viktoriya İvleva
Viktoriya Markovna İvleva-York (rus. ́Виктория Марковна Ивлева-Йорк; 1 iyun 1956, Leninqrad) — Rusiya jurnalisti və fotoqrafı. "Azad media" mükafatı laureatı (2008). 1956-cı ildə Leninqradda anadan olub. Leninqrad Mədəniyyət İnstitutunda təhsil aldığı zaman fotoqrafiya ilə məşğul olan rəfiqəsi onu öz hobbisi ilə tanış edib. Fotoqrafiyadan ciddi təsirlənən Viktoriya, nəticədə institutu tərk edib və fotoqrafiya məktəbinə daxil olaraq, oranı bitirib. 1983-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.. SSRİ-nin dağıldığı dönəmdə dünyanın ayrı-ayrı qaynar yerlərində çalışıb. Ruanda və Xocalı soyqırımılarında fotoqraf kimi fəaliyyət göstərib. 1992-ci ildə Çernobıl reaktorunun içindən reportaj hazırladığı üçün "World Press Photo" mükafatına layiq görülüb.
Viktoriya (dəqiqləşdirmə)
Mifologiyada Viktoriya — Qədim Roma mifologiyasında qələbə ilahəsi. Coğrafiyada Viktoriya — Afrikada, Zambezi çayı üzərində şəlalə. Viktoriya — Afrikanın ən böyük gölü. Viktoriya — Avstraliyada əyalət. Viktoriya — Seyşel adalarının paytaxtı. Viktoriya (boğaz) — Viktoriya (Kanada) — Britaniya Kolumbiyasının paytaxtıdır. Böyük Viktoriya səhrası — Avstraliyanın Qərbi Astraliya və Cənubi Avstraliya ştatları ərazılərində yerləşən qumlu-şoran səhra Digər Viktoriya və Albert muzeyi — Londonda muzey. Viktoriya memorialı (London) — İngiltərənin paytaxtı London şəhərində yerləşən abidə və ya heykəl.
Viktoriya Amelina
Viktoriya Yuriyevna Amelina (ukr. Вікторія Юріївна Амеліна;1 yanvar 1986, Lvov, SSRİ – 1 iyul 2023, Dnepr, Dnepropetrovsk vilayəti, Ukrayna) — sonradan Viktoriya Amelina kimi tanınan ukraynalı yazıçı. O, iki romanın və uşaq kitabının müəllifi, Cozef Konrad Ədəbi mükafatın laureatı və Ədəbiyyat üzrə Avropa İttifaqı mükafatının finalçısı olub. Viktoriya Amelina Lvovda anadan olub. O, on dörd yaşında atası ilə birlikdə Kanadaya mühacirət etsə də, daha sonra Ukraynaya qayıdıb. 15 yaşında Moskvada rus dilində keçirilən müsabiqədə Lvovu təmsil etmək üçün seçilib. Lvovda kompüter elmləri üzrə təhsilini başa vurduqdan sonra, Amelina 2015-ci ildə tam ştatlı yazıçı və şair olmamışdan əvvəl İT sahəsində karyerasına başlamışdır. 2015-ci ildən, Синдром листопаду, або Homo Compatiens (Payız sindromu: haqqında və ya Homo Compatiens) adlı ilk kitabı nəşr edildikdən sonra o, vaxtını yalnız yazmağa həsr etdi. Onun debüt romanı 2014-cü ildə Maydanda baş verən hadisələrdən bəhs edir; romanın ön sözünü isə Yuri İzdrık yazmışdır. Roman bir neçə ədəbi mükafata layiq görülüb.
Viktoriya adası
Viktoriya (ing. Victory Island) - Kanada Arktik arxipelaqınına daxil olan Kanadaya məxsus ada. İnzibati cəhətdə Kanadannın Nunavut və Şimal-Qərb əraziləri vilayətlərinə daxildir. Təxmini eni 300–600 km, uzunluğu isə 400–500 km arasında dəyişir. Sahəsi 217 291 km² təşkil edir. Hündürlüyü şimal-qərbdə 665 metrdir. Çoxlu sayda gölləri vardır ki, onunlarında ən iriləri Ferquson, Taha, Tahiryak, Uoşberndir. Baffin Torpağı adasından sonra sahəsinə görə Kanadada ikinci, dünyada isə onuncudur. Sərt iqlim səbəbindən adada cəmi 1707 nəfər (2007 il) yaşayır. Əsas yaşayış məntəqələri: Keymbridj-Bey, Ulukhaktok.
Viktoriya boğazı
Viktoriya boğazı (ing. Victoriа Strait)- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olur. 1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur.
Viktoriya Modesta
Viktoriya Moskaļova ( rus. Виктория Москалёва; 25 fevral 1988, Dauqavpils) və ya daha çox tanınan adı ilə Viktoria Modesta – Latviya əsilli ingilis müğənni-bəstəkar, ifaçı, yaradıcı direktor və model. Modestanın ayağı doğuş zamanı zədələnib. 2007-ci ildə könüllü olaraq amputasiya etdi. O, IMG Models-ə model kimi imza atıb və bir musiqiçi kimi "Bionic Pop Artist" kimi də tanınır. Onun " Prototip " adlı klipi Kann Film Festivalında Gümüş Aslan mükafatına layiq görülüb. O, həmçinin 2012 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində çıxış etdi və 2019-cu ildə Parisdə Crazy Horse-da qonaq ulduz oldu.
Viktoriya Dauyotite
Viktoriya Dauyotite (latış. Viktorija Daujotytė-Pakerienė‎; 1 oktyabr 1945 və ya 1945, Telşyay rayonu[d]) — Litva ədəbi tənqidçisi. 1971-ci ildən bəri işlədiyi Vilnüs Universitetini bitirib. 1975-ci ildən Litva Yazıçılar Birliyinin üzvüdür. Emlər doktoru, Vilnüs Universitetinin professoru, Litva Elmlər Akademiyasının ekspert üzvüdür. Milli Mükafat laureatı (1993), "Razılıq" mükafatının ("Santarvės premija", 1996) sahibidir. Litva Böyük Hersoqu Qyadiminas ordeni ilə təltif edilmişdir (2002). Yurgis Baltruşaytis adına Rusiya-Litva Əməkdaşlıq Fondunun üzvüdür. Məktəblər və ali təhsil müəssisələri üçün bir çox dərsliyin, ədəbiyyat nəzəriyyəsi, Litva poeziyası, Yurqis Baltruşaytis, Salome Neris, Yanin Diaqutite, Yustinas Martsinkeviçin tərcümeyi-halı, bioqrafiyası və fəaliyyəti, qadın ədəbiyyatına dair monoqrafiyaların müəllifidir. Litva nəsr şeirləri (1987), seçilmiş əsərlər, məktublar, Vinsas Putinas (1982), Moteyus Qustaytis (1984), Salomei Neris (1994; 1999), Marselius Martinaytis (1998) və s.
Viktoriya Georgiyeva
Viktoriya Georgiyeva (bolq. Виктория Георгиева; 21 sentyabr 1997, Varna) — Bolqarıstan müğənnisi və bəstəkarı. 25 noyabr 2019-cu il tarixində Bolqarıstanın BNT telekanalı Viktoriyanın ölkəni Rotterdamda keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. Viktoriya Georgiyeva 11 yaşından oxumağa başlamışdır. Bir müddət sonra o "Angel Voices" vokal studiyasında müəlliməsi Atanaska Lipçevadan dərs almağa başlamışdır. Georgiyeva Bolqarıstanın X Factor yarışmasının dinləmələrinə qatılmış, lakin az yaşlı olması səbəbindən ilkin mərhələni adlaya bilməmişdir. 2015-ci ildə o X Factor yarışmasına qatılmağa nail olmuşdur. Viktoriya yarışmanın 9-cu həftəsində şounu tərk etmişdir. X Factor-da qələbə qazana bilmədiyi halda Viktoriya Virginia Records albom şirkəti tərəfindən təklif almış, lakin ifaçı təklifdən imtina etmişdir. 2016-cı ildə isə o Monte Music şitkəti ilə müqavilə imzalamışdır.
Vittoriya
Vittoriya (it. Vittoria) — İtaliyanın Siciliya regionunda şəhər.
Doktorina
Doktrina — elmi, fəlsəfi və ya siyasi təlim. == İstinadlar == == Xarici keçidlər == "Congregation for the Doctrine of the Faith (Roman Catholic Church) - Britannica Online Encyclopedia". Britannica.com. İstifadə tarixi: 2013-03-07. "Congregation for the Doctrine of the Faith". Ewtn.com. 2018-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-07.