Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Voyager 1
Voyacer 1 — kosmik gəmi. 1977-ci ildə ABŞ-nin Voyacer proqramı çərçivəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi tərəfindən kosmosa göndərilmiş insansız kosmik gəmidir. Raket Voyacer qızıl plastinkasının daşıyıcısı olmuşdur.
Voyager 2
Voyacer 2 — kosmik gəmi. ABŞ-nin Voyacer proqramı çərçivəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi tərəfindən kosmosa göndərilmiş insansız kosmik gəmidir. Yupiter, Saturn, Uranı ziyarət etmiş tək kosmik aparatdır. 8 sentyabr 2015-ci ildə Voyacer 2 yerdən 16,306 milyard km uzaqlıqda olub. Dekabrın 10-da Amerika Geofizika İttifaqının Vaşinqtondakı toplantısında NASA, Voyager 2 kosmik aparatının Günəşin maqnitosferini tərk edərək ulduzlararası fəzaya daxil olduğunu elan etdi. Ötən əsrin 70-ci illərinə aid sınaq, hazırda ulduzlar arasındakı az öyrənilən fəza hissələri haqqında təsəvvürləri qalaktik kosmik şüa selinin öyrənilməsi yolu ilə zənginləşdirə biləcək. Onun əkizi Voyager 1 həmin sərhəddi 2012-ci ildə keçmişdi, lakin Voyager 2-nin keçidi daha maraqlıdır, çünki onun daşıdığı cihazlar ulduzlararası plazmanı ölçə bilir və bizə bu haqda ilk məlumat verə biləcək. Xatırladaq ki, Voyager cütlüyü 1977-ci ildə Florida ştatının Cape Canaveral şəhərində iki həftəlik ara ilə (Voyager 2 – 20 Avqust, Voyager 1 – 5 Sentyabr) fəzaya buraxılıb.
Voyager qızıl plastinkası
Voyacer qızıl plastinkası — 1977-ci ildə Voyacer 1 kosmik gəmisində kosmosa göndərilən müxtəlif informasiyalar yığımından ibarətdir. Burada Yer sivilizasiyası haqqında dolğun informasiya, şəkillər və musiqi parçaları vardı. Voyacer-1-in 40.000 il sonra 17.6 işıq ili uzaqlıqda olan AC+79 3888 ulduzuna çatması gözlənilir. Amerikalı astronom Karl Saqanın hazırladığı plastinkanın içərisində 116 şəkil, 55 dildə müxtəlif salamlama və diləklər və 27 musiqi parçası vardı. Həmçinin BMT başçısı Kurt Valdhaym və ABŞ prezidenti Cimmi Karterin səsli mesajları əlavə olunmuşdur. Voyacer qızıl plastinkasının içərisinə 27 melodiya daxil olunmuşdur. Bu melodiyalardan biri Kamil Cəlilovun balaban ilə çaldığı "Muğam" adlanan kompozisiyadır. Plastinka qızılla örtülmüş misdən düzəldilmişdir. Plastinkanın qutusu alüminiumdur ve tam saflaşdırılmış uran-238 izotopu ilə örtülmüşdür. Uran-238-in yarım parçalanma periodu 4.51 milyard ildir.
Voyacer 1
Voyacer 1 — kosmik gəmi. 1977-ci ildə ABŞ-nin Voyacer proqramı çərçivəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi tərəfindən kosmosa göndərilmiş insansız kosmik gəmidir. Raket Voyacer qızıl plastinkasının daşıyıcısı olmuşdur.
Voyacer 2
Voyacer 2 — kosmik gəmi. ABŞ-nin Voyacer proqramı çərçivəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi tərəfindən kosmosa göndərilmiş insansız kosmik gəmidir. Yupiter, Saturn, Uranı ziyarət etmiş tək kosmik aparatdır. 8 sentyabr 2015-ci ildə Voyacer 2 yerdən 16,306 milyard km uzaqlıqda olub. Dekabrın 10-da Amerika Geofizika İttifaqının Vaşinqtondakı toplantısında NASA, Voyager 2 kosmik aparatının Günəşin maqnitosferini tərk edərək ulduzlararası fəzaya daxil olduğunu elan etdi. Ötən əsrin 70-ci illərinə aid sınaq, hazırda ulduzlar arasındakı az öyrənilən fəza hissələri haqqında təsəvvürləri qalaktik kosmik şüa selinin öyrənilməsi yolu ilə zənginləşdirə biləcək. Onun əkizi Voyager 1 həmin sərhəddi 2012-ci ildə keçmişdi, lakin Voyager 2-nin keçidi daha maraqlıdır, çünki onun daşıdığı cihazlar ulduzlararası plazmanı ölçə bilir və bizə bu haqda ilk məlumat verə biləcək. Xatırladaq ki, Voyager cütlüyü 1977-ci ildə Florida ştatının Cape Canaveral şəhərində iki həftəlik ara ilə (Voyager 2 – 20 Avqust, Voyager 1 – 5 Sentyabr) fəzaya buraxılıb.
Voyacer proqramı
Voyacer proqramı iki robotik Voyacer 1 və Voyacer 2 tədqiqat raketi ilə xarici Günəş sistemi ni öyrənmək üçün istifadə olunan Amerikanın hal hazırda davam edən elmi proqramıdır.
Bon Voyage
Bon Voyage — Fransa psixodelik-pop qrupu Melody's Echo Chamber(en)-in ikinci studiya albomu. 15 iyun 2018-ci ildə Fat Possum Records tərəfindən buraxılıb.
Voyacer qızıl plastinkası
Voyacer qızıl plastinkası — 1977-ci ildə Voyacer 1 kosmik gəmisində kosmosa göndərilən müxtəlif informasiyalar yığımından ibarətdir. Burada Yer sivilizasiyası haqqında dolğun informasiya, şəkillər və musiqi parçaları vardı. Voyacer-1-in 40.000 il sonra 17.6 işıq ili uzaqlıqda olan AC+79 3888 ulduzuna çatması gözlənilir. Amerikalı astronom Karl Saqanın hazırladığı plastinkanın içərisində 116 şəkil, 55 dildə müxtəlif salamlama və diləklər və 27 musiqi parçası vardı. Həmçinin BMT başçısı Kurt Valdhaym və ABŞ prezidenti Cimmi Karterin səsli mesajları əlavə olunmuşdur. Voyacer qızıl plastinkasının içərisinə 27 melodiya daxil olunmuşdur. Bu melodiyalardan biri Kamil Cəlilovun balaban ilə çaldığı "Muğam" adlanan kompozisiyadır. Plastinka qızılla örtülmüş misdən düzəldilmişdir. Plastinkanın qutusu alüminiumdur ve tam saflaşdırılmış uran-238 izotopu ilə örtülmüşdür. Uran-238-in yarım parçalanma periodu 4.51 milyard ildir.
Yager Development
Yager Development GmbH — mərkəzi Berlində yerləşən Almaniya videooyun istehsalçısı . Yager 1999-cu ildə Uve Beneke, Roman Qolka, Filipp Şellbax, Timo Ulmann və Matias Vize tərəfindən təsis edilmişdir. Onlar ən yaxşı "Yager" (2003) və "Spec Ops: The Line" (2012) videooyunlarının istehsalçısı kimi tanınırlar. Studiya həmçinin "Deep Silver" ilə qismən "Dead Island 2"nin istehsalı üzərində iştirak etmişdir. Oyunun istehsal prosesinin üçüncü ilində studiya ilə şirkət arasında əməkdaşlıq dayandırılmışdır. Şirkət 2020-ci ilin fevral ayında "Tencent Holdings"dən sərmayə almış və "Tencent"ə səhmlərinin kiçik bir hissəsini vermişdir. "Yager"in məlumatına görə, "Tencent"in qoyduğu sərmayə onların hazırkı və gələcək oyunlarının inkişafına və yayımına kömək etmək məqsədi daşıyırdı. "Tencent" 2021-ci ilin iyun ayında əksər səhmləri əldə etmiş və "Yager"dəki payını artırmışdır.
Verner Şlyaqer
Verner Şlyaqer (28 sentyabr 1972) — Avstriyanı təmsil edən stolüstü tennisçi. Verner Şlyaqer Avstriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Verner Şlyaqer Avstriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Verner Şlyaqer Avstriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Verner Şlyaqer Avstriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 4-cü pillənin sahibi olub. Verner Şlyaqer Avstriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.