VOYAGER

n 1. səyyah, səyahətçi; 2. sərnişin (gəminin, təyyarənin)

VOYAGE
VULCANIC
OBASTAN VİKİ
Voyager 1
Voyacer 1 — kosmik gəmi. 1977-ci ildə ABŞ-nin Voyacer proqramı çərçivəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi tərəfindən kosmosa göndərilmiş insansız kosmik gəmidir. Roket Voyacer qızıl plastinkasının daşıyıcısı olmuşdur.
Voyager 2
Voyacer 2 — kosmik gəmi. ABŞ-nin Voyacer proqramı çərçivəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi tərəfindən kosmosa göndərilmiş insansız kosmik gəmidir. Yupiter, Saturn, Uranı ziyarət etmiş tək kosmik aparatdır. 8 sentyabr 2015-ci ildə Voyacer 2 yerdən 16,306 milyard km uzaqlıqda olub. Dekabrın 10-da Amerika Geofizika İttifaqının Vaşinqtondakı toplantısında NASA, Voyager 2 kosmik aparatının Günəşin maqnitosferini tərk edərək ulduzlararası fəzaya daxil olduğunu elan etdi. Ötən əsrin 70-ci illərinə aid sınaq, hazırda ulduzlar arasındakı az öyrənilən fəza hissələri haqqında təsəvvürləri qalaktik kosmik şüa selinin öyrənilməsi yolu ilə zənginləşdirə biləcək. Onun əkizi Voyager 1 həmin sərhəddi 2012-ci ildə keçmişdi, lakin Voyager 2-nin keçidi daha maraqlıdır, çünki onun daşıdığı cihazlar ulduzlararası plazmanı ölçə bilir və bizə bu haqda ilk məlumat verə biləcək. Xatırladaq ki, Voyager cütlüyü 1977-ci ildə Florida ştatının Cape Canaveral şəhərində iki həftəlik ara ilə (Voyager 2 – 20 Avqust, Voyager 1 – 5 Sentyabr) fəzaya buraxılıb.
Voyager qızıl plastinkası
Voyacer qızıl plastinkası — 1977-ci ildə Voyacer 1 kosmik gəmisində kosmosa göndərilən müxtəlif informasiyalar yığımından ibarətdir. Burada Yer sivilizasiyası haqqında dolğun informasiya, şəkillər və musiqi parçaları vardı. Voyacer-1-in 40.000 il sonra 17.6 işıq ili uzaqlıqda olan AC+79 3888 ulduzuna çatması gözlənilir. == İçindəkilər == Amerikalı astronom Karl Saqanın hazırladığı plastinkanın içərisində 116 şəkil, 55 dildə müxtəlif salamlama və diləklər və 27 musiqi parçası vardı. Həmçinin BMT başçısı Kurt Valdhaym və ABŞ prezidenti Cimmi Karterin səsli mesajları əlavə olunmuşdur. Voyacer qızıl plastinkasının içərisinə 27 melodiya daxil olunmuşdur. Bu melodiyalardan biri Kamil Cəlilovun balaban ilə çaldığı "Muğam" adlanan kompozisiyadır. == Material == Plastinka qızılla örtülmüş misdən düzəldilmişdir. Plastinkanın qutusu alüminiumdur ve tam saflaşdırılmış uran-238 izotopu ilə örtülmüşdür. Uran-238-in yarım parçalanma periodu 4.51 milyard ildir.

Значение слова в других словарях