Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vestminster
Vestminster (ing. Westminster) — İngiltərənin London şəhərində yerləşən Vestminster borosunun əsas şəhəridir.
Vestminster abbatlığı
Vestminster abbatlığı (ing. Westminster Abbey), rəsmi olaraq Vestministerdə Müqəddəs Pyotr Kollegial kilsəsi (ing. Collegiate Church of St Peter at Westminster) — Londonun Vestminster şəhəri ərazisində, Vestminster sarayının qərbində yerləşən böyük qotik kilsə. Böyük Britaniyanın ən mühüm və tanınmış dini məbədlərindən biri olan Vestminister abbatlığı İngiltərə, daha sonra isə Böyük Britaniya monarxlarının ənənəvi tacqoyma və dəfn yeridir. 1540–1556-cı illər arasında abbatlıq kafedral statusuna malik olmuşdur. 1560-cı ildən kilsə həm abbatlıq, həm də kafedral statusundan məhrum edilərək Anqlikan kilsəsinin "Kral xası" statusu daşımağa başlamışdır. Kilsə binası özü isə abbatlıq formasına malikdir. İlk dəfə Silkard tərəfindən 1080-ci ildə qeyd edilən tarixi ənənəyə görə, kilsənin əsası indiki ərazidə (o zaman Torni adası adlandırılırdı) VII əsrdə, Mellitin London yepiskopu olduğu dövrdə qoyulmuşdur. Hazırkı kilsənin inşasına 1245-ci ildə kral III Henrinin tapşırığı ilə başlanılmışdır. 1066-cı ildə Harold Qodvinson və I Fateh Uilyamın tacqoymasından sonra İngiltərə və Britaniya monarxlarının tacqoyması daima bu kilsədə keçirilmişdir.
Vestminster borosu
Vestminster (ing. Westminster) — İngiltərənin London şəhərində yerləşən Vestminster borosunun əsas şəhəridir.
Vestminster körpüsü
Vestminster körpüsü Londonda Temza çayı üzərində piyadaların və avtomobillərin hərəkəti üçün tikilmiş, şimal sahilində Vestminster və cənub sahilində Lambeti birləşdirən körpüdür. Körpü, əsasən, yaşıl rəngdə boyanıb. Bu, körpünün yaxınlığındakı Vestminster sarayında yerləşən İcmalar palatasındakı oturacaqlar ilə eyni rəngdədir. Bu körpü həmçinin Lordlar Palatasının oturacaqları ilə eyni rəngdə, qırmızı rəngdə olan Lambet Körpüsündən fərqli rəngdədir və Parlament Palatasının qarşısındadır. 2005–2007-ci illərdə körpü əsaslı şəkildə bərpa olundu, dəmir kəmərlər dəyişdirildi və körpü yenidən rəngləndi. Körpü çayın qərb sahilində Vestminster sarayını Kaunti Hall və şərq sahilindəki Londonun gözü ilə birləşdirir. Vestminster körpüsü London Marafonunun ilk illərində finiş nöqtəsi idi. 1750-ci ildə Vestminster körpüsü tikilənədək, Temza çayı üzərində yeganə körpü London körpüsü idi. Bu körpü 1862-ci ildə yenisi ilə əvəz olunub.
Vestminster modeli
Vestminster sistemi, İngiltərə parlamenti və hökumət qurumlarını ifadə etmək üçün istifadə olunur. Böyük Britaniya parlamenti Londonda, Vestminster Sarayında yerləşir, bu səbəbdən bu modeldə Vestminster modelini adlanır. İngiltərə höhumətinin ən güclü orqanı icra edici hakimiyyət olan onun hökumət kabinetidir. Kabinet ümumilikdə parlamentdə çoxluğu təşkil edən partiyanın üzvlərindən formalaşır. Koalisiya tipli kabinetlərə çox nadir hallarda rast gəlinir. İngiltərədə 2 partiyalı sistem olduğu üçün 2 ana partiyanın gücləri təxminən bir-birinə bərabər olduğu üçün seçkilərdə qalib gələn partiya çox cüzi fərqlə çoxluğu ələ keçirir. Bu baxımdan İngiltərədə təkpartiyalı və darçoxluqlu hökumət kabineti çoxluğun idarəçiliyin ən tipik nümunəsidir. İngiltərədə parlamentar idarəetmə üsulu ilə idarə olunur. Yəni,hökumət kabineti parlamentin etimadına əsasən işləyir. Vestmister modelində qanunverici hakimiyyət parlamentə məxsusdur.
Vestminster sarayı
Vestminster sarayı (ing. Palace of Westminster) — İngiltərə Parlamentinin yerləşdiyi bina. Bina 1834-cü ildə mövcud olan və müxtəlif xarakterli tikililəri özündə birləşdirən qədim saray yandıqdan sonra onun yerində 1840 – 1860-cı illərdə ucaldılmışdır. Lakin yandırılan binanın içərisindən yalnız xüsusi kapellaya malik olan Müqəddəs Stefan adlanan nümunə çıxarıla bilmişdir. Bu kapella qədim Vestminster holunun (ictimai binalarda istirahət və ya gözləmək üçün böyük otaq, salon, zal) ən gözəl memarlıq hissəsi hesab olunurdu. Həyat bu binaya qarşı çox yaxşı yanaşmışdır, çünki 1941-ci ildə alman ordusunun atdığı bombalardan tikili salamat qalmağı bacarmışdır. Həmin müddət ərzində tikili ilə qonşu olan ümumi palatalar üçün nəzərdə tutulmuş zal tamam dağılmışdır. Müasir London üçün Vesminster holu orta əsr dövrünün ən gözəl memarlıq abidələrindən sayılır. 1097-ci ilin əvvəlindən başlayaraq, bura XIV əsrə kimi inşa edilməyə davam etmişdir. Henri Yevel Londonun istedadlı daş ustalarından sayılır və bu şəxs divarların əsasını qoymuşdur.
Vestminster şəhəri
Vestminster (ing. Westminster) — İngiltərənin London şəhərində yerləşən Vestminster borosunun əsas şəhəridir.
Nyu-Vestminster
Nyu-Vestminster (ing. New Westminster) — Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən şəhərdir. Şəhərin əsası Britaniya Kolumbiyası koloniyasının ikinci paytaxtı kimi qoyulmuşdur. Şəhərin əhalisi 78,916 nəfər (2021-ci ilə qədər) təşkil edir. == Coğrafiya == Nyu-Vestminster Berrard yarımadasında, Freyzer çayının şimal sahilində yerləşir. Vankuverdən 19 km cənub-şərqdə yerləşən şəhər Bernabi (ing. Burnaby) və Kokuitlam (ing. Coquitlam) şəhərləri ilə həmsərhəddir. Çayın qarşı sahilində isə Freyzer (ing. Fraser) rayonunun Sarri (ing.
Vestminster (London borosu)
Vestminster borosu — Vest-Endin əksər hissəsi, o cümlədən Böyük Londonun mərkəzi ərazisinin böyük hissəsini tutan, Londonun daxilində yaşayış məntəqəsidir. Bu boro qərbə tərəf qədim Siti ilə qonşudur, düz şərqə tərəf Kensinqton və Çelsi ilə, cənuba tərəf isə Temza çayı ilə hüdudlanır. Boro 1 aprel 1965-ci ildə Böyük Londonun əsasının qoyulduğu vaxt yaradılıb. Yaradılmasının ardınca, əvəllər daha kiçik olan Vestminster Metropoliten Borosu tərəfindən tutulmuş siti statusuna layiq görülüb. Böyük parklar və açıq yerlər olmasına baxmayaraq, rayonun əhali sıxlığı yüksəkdir. Bir qayda olaraq Londonla əlaqəli olan bir çox yerlər Bukingem sarayı, Parlament binası , Dauninq-strit 10 rayonun ərazisindədir. Boro bir neçə yaşayış məntəqələrinə o cümlədən gecə əyləncə rayonu Soho, alış-veriş ərazisi yaxınlığındakı Oksford-strit , Ridjent-strit ,Pikadilli və Bond-strit və Vestminster sarayı yaxınlığındakı qədim siyasi Vestminster rayonuna bölünür. Boronun çox hissəsi yaşayış ərazisidir. 2008-ci ildə hesablamalara görə əhalinin sayı 236,000 nəfər olub. Yerli orqanı Vestminster Şəhər Şurasıdır.
1931-ci il Vestminster Nizamnaməsi
Vestminster statutu (İngilis dilində: The Statute of Westminster) Böyük Britaniya parlamenti tərəfindən yaradılan əsasnamə və onun dəyişdirilmiş variantları Avstraliya və Kanada qanunlarında mövcud olduğu halda; Yeni Zelandiya və digər dominionlarda Millətlər Birliyində artıq mövcud olmadığı üçün ləğv edilmişdi. 11 dekabr 1931-ci ildə qəbul edilmiş bu nizamnamə, ya dərhal sonra, ya da təsdiq olunana qədər Britaniya İmperiyası ilə özü-özünü idarə edən dominionlar arasındakı hüquqi münasibətləri tənzimləmişdir. Bundan əlavə, qərarların qəbul edilməsi üçün bir-birlərinin təsdiqlənməsi qaydası tərk edilmiş və monarx ləqəbləri və ya taxtdakı miras sistemi bu razılaşmaya bağlı edilmişdir. Buna görə 1926-cı il Balfur Bəyannaməsində deyildiyi kimi bərabərlik və kral tacına bağlılıq qanuni prinsiplərə çevrildi. Dominionların ayrı-ayrı dövlətlərə çevrilməsində vacib bir addımdır. Vestminster Xartiyasının cari əhəmiyyəti ondan ibarətdir ki, Millətlər Birliyi və Krallıq arasındakı davamlı əlaqələrin təməlini qoymuşdur. == Tətbiqləri == Vestminster Nizamnaməsi 1925 və 1926-cı illərdə İmperator konfranslarında qəbul edilmiş siyasi qərarların (xüsusilə 1926 Balfour Bəyannaməsi) icrasını təmin etdi. Bunun əsas nəticəsi İngiltərə hökumətinin Dominionlar adından qərar verməsi və tətbiq edilməsinə mane olmasıdır. Onlardan bəziləri 1865-ci il tarixli Müstəmləkə Qanunlarının Qüvvədə olma Qanununun (Colonial Laws Validity Act) ləğvini tələb etmişdir. Kral V George taxt mirasının bu tənzimləmə ilə əhatə olunmaması barədə fikrini bildirdi.