Vestminster (London borosu)

Vestminster borosuVest-Endin əksər hissəsi, o cümlədən Böyük Londonun mərkəzi ərazisinin böyük hissəsini tutan, Londonun daxilində yaşayış məntəqəsidir. Bu boro qərbə tərəf qədim Siti ilə qonşudur, düz şərqə tərəf Kensinqton və Çelsi ilə, cənuba tərəf isə Temza çayı ilə hüdudlanır. Boro 1 aprel 1965-ci ildə Böyük Londonun əsasının qoyulduğu vaxt yaradılıb. Yaradılmasının ardınca, əvəllər daha kiçik olan Vestminster Metropoliten Borosu tərəfindən tutulmuş siti statusuna layiq görülüb.

London borosu, siti
Vestminster borosu
ing. City of Westminster
Gerb
Gerb

51°30′00″ şm. e. 0°08′00″ q. u.


Ölkə Böyük Britaniya Böyük Britaniya
İnzibati mərkəz Vestminster
Tarixi və coğrafiyası
Yaradılıb 1 aprel 1965
Sahəsi 21,48[1] km² (318-ci-ci yer)
Saat qurşağı UTC+0
yay vaxtı UTC+1
Əhalisi
Əhalisi 219 600[2] nəfər (2011) (72-ci yer)
Əhalinin sıxlığı 10.000 nəfər/km²
Rəqəmsal identifikatorlar
ISO kodu GB-WSM
Telefon kodu 020
Poçt indeksi NW, SW, WC, W
Rəsmi sayt
Vestminster borosu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük parklar və açıq yerlər olmasına baxmayaraq, rayonun əhali sıxlığı yüksəkdir. Bir qayda olaraq Londonla əlaqəli olan bir çox yerlər Bukingem sarayı, Parlament binası , Dauninq-strit 10 rayonun ərazisindədir. Boro bir neçə yaşayış məntəqələrinə o cümlədən gecə əyləncə rayonu Soho, alış-veriş ərazisi yaxınlığındakı Oksford-strit , Ridjent-strit ,PikadilliBond-stritVestminster sarayı yaxınlığındakı qədim siyasi Vestminster rayonuna bölünür. Boronun çox hissəsi yaşayış ərazisidir. 2008-ci ildə hesablamalara görə əhalinin sayı 236,000 nəfər olub. Yerli orqanı Vestminster Şəhər Şurasıdır.

2011-ci ildə əhalinin siyahıyaalınmasına görə boronun əhalisi 219,396 nəfərdir. Əhalinin təxminən 61,6%-ni ağdərililər (Britaniyalılar: 35.2%, İrlandlar: 2.3%, və başqa ağdərili millətlərin nümayəndələri: 24.1%), 14.6%-ni Asiyalılar (o cümlədədən Çinlilər), 7.5% qaradərililər, 7.2%-ni Ərəblər, 5.2% qarışıq millətlərin, 3.9%-ni digər irqi qrupların nümayəndələri təşkil edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]