Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Chaff
Chaff və ya Saçılma hərbi aviasiyada döyüş təyyarələri və vertolyotları tərəfindən düşmən radar vahidlərini aldatmaq üçün istifadə olunan bir əks tədbirdir. Pilotun işə salması ilə daxili çox nazik alüminium, mis, metalize edilmiş lif və ya plastik ilə doldurulmuş şaft silindrləri təyyarə ilə təhlükə elementi arasında partladılır (məsələn, düşmən radarı və ya yaxınlaşan döyüş raketi) və yüngüllüyünə görə bir müddət havada asılı olaraq qalan metal bulud təbəqəsi yaranır. Nəticədə düşmən radarından gələn radiodalğaları bu təbəqədən əks olunaraq alıcıya qayıdacaq və bu səbəbdən arxasındakı təyyarəni tanımaqda çətinlik çəkəcəkdir.
LHARC
LHARC – faylların sıxlaşdırılması üçün sadə utilitdir. 1988-ci ildə Haruyasu Yoshizaki tərəfindən işlənib hazırlanmışdır. LHARC utuliti özünü arxivdən çıxaran icra faylları yarada bilir, yəni bir və ya daha artıq faylların tərkibini sıxlaşdırmaqla yanaşı, arxivə kiçik arxivaçma proqramı da əlavə olunur, bütün arxiv isə uzantısı EXE adlanan bir fayldan ibarət olur. Arxivi açmaqdan ötrü, sadəcə, arxivin adını yığmaq və onu çalışdırmaq yetərlidir. Sıxlaşdırılmış fayllar avtomatik olaraq arxivdən çıxarılacaq və diskdə ilkin vəziyyətləri və ilkin adları ilə yerləşdiriləcəkdir. Yəni sıxlaşdırılmış faylları açmaq üçün ayrıca proqram lazım olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Charm
Charm — ABŞ müğənnisi Clairo-nun üçüncü studiya albomu. 12 iyul 2024-cü ildə buraxılacaq. Albomdan ilk sinql “Sexy to Someone” 23 may tarixində yayımlanıb.
Ahar
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. == Təbii fəlakətlər == 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. == İqtisadiyyatı == 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Harv.
Vilyam Henri Harvi (ing. William Henry Harvey; 5 fevral 1811, Limerik, Munster[d] – 15 may 1866, Torki, Devon qraflığı) — İrlandiya botaniki. == Əsərləri == Harvey, William Henry. 1833. Div.II. Confervoideae. Div.III. Gloiocladeae. In, Hooker, W.J. (Ed.) The English flora of Sir James Edward Smith 5. London. Harvey, William Henry. 1834.
Hərf
Hərf — Səsin, fonemin qrafik ifadəsi olan yazı işarəsi.
MARF
MARF (Modular Audio Recognition Framework) — Java dilində yazılmış səs, danışıq, mətn və NLP alqoritmlərinin toplusundan ibarət açıq kodlu, modulyar tədqiqat framevorkudur. MARF modulyar olduğu üçün yeni alqoritmlər əlavə edilə, mövcüd framevork genişləndirilə bilər.
Warb.
Otto Varburq (alm. Otto Warburg‎; 1859–1938) — Almaniya botaniki. Biografi dari Universitas Berlin Biografi dari Pusat Otto Warburg Center Otto Warburg Minerva Center for Agricultural Biotechnology Naskah pribadi Otto Warburg yang disimpan di Arsip Zionis Pusat di Yerusalem, yang diberi kode The notation of A12.
C Sharp
C# (C Sharp) – Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid obyekt yönümlü proqramlaşdırma dillərindən biridir. Sintaksis və platform olaraq ən çox Javaya yaxındır. Javadakı bir çox xüsusiyyət – sadəlik, tullantı avtomatik təmizləmə mexanizmi, virtual maşın (CLR) – bu dildə də mövcuddur. Yalnız C# 2.0 və 3.0 versiyaları dilə bəzi dinamik xüsusiyyətlər qazandırır. C# ən axırıncı versiyası 4.0 2010, Aprelin 12 çıxıb. Microsoft.Net(Visual Studio)-dən başqa Mono və DotGNU – kodu açıq olan C# kompilyatoru mövcüddur. Bu proqramlaşdırma dili Microsoft şirkəti tərəfindən Delphiyə rəqib olaraq hazırlanmışdır. Bu dil özünü tez bir zamanda tanıtdı və artıq demək olar ki ilk vaxtlarından Delphini sıxışdırmağa başladı. Javanın bir çox xüsusiyyətlərini özündə saxlayır.Bu dilin versiyaları C# 6.0, C# 7.0, C# 7.1, C# 7.2, C# 7.3, C# 8.0 axırıncı versiyası isə dotnet 5.0 ilə C# 9.0-dur. == Hello, World == Bu kiçik program konsolda "Hello, World!!!" çap edir.
Charm School
Charm School — Roxette qruppunun albomudur.
Ketrin Ohara
Ketrin Enn Ohara (ing. Catherine Anne O'Hara; 4 mart 1954[…], Toronto) — amerikalı aktrisa və müğənni. Əsasən Second City Telezision, After Hours, Beetlejuice, Home Alone və The Nightmare Before Christmas kimi filmlərlə tanınır. Ketrin Emmi mükafatının sahibidir. == Həyatı == Ketrin Ohara 4 mart 1954-cü ildə Kanadanın Ontario əyalətinin Toronto şəhərində andan olmuşdur. Həm ABŞ həm də Kanada vətəndaşıdır. Aktrisa Burnhamthorpe Collegiate universitetindən məzun olmuşdur. 1992-ci ildə Bo Uelklə evlənmişdir. İki uşaqları var.
Look Sharp!
Look Sharp! – İsveçin Roxette pop-qrupunun ikinci albomudur. Stokholmun EMI Studiosda 1988-ci ilin mart-avqust aylarında və Londonun Trident II Studiosda 1988-ci ilin iiyun ayında yazılıb. Dünyada albomun 9 millyon nüsxəsi satılıb.
Masami İhara
Masami İhara (d. 18 sentyabr 1967) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 122 oyun keçirib, 5 qol vurub.
Thari Mirvah
Thari Mirvah (Sind dilində: ٺري ميرواهه‎) və ya Thari (Sind dilində: ٺري‎) — Pakistanın Sind əyalətində Xayrpur dairəsində Mirvah talukasının paytaxt şəhər. Thari Mirwah adı iki sözdən, dükançı qadının adı olan Thari sözündən və Mirvah, Sukkur barajında Hind çayından çıxarılan və şimaldan axan Sukkur barajının şərq tərəfindəki kanaldır. cənubdan Thari tehsil. Thari şəhəri Jogi icması tərəfindən quruldu və ofislər, məktəblər, xəstəxanalar yaratmaq üçün torpaqlarını hökumətə bağışladı. Wadero Pirano Jogi, Thari-də Kənd Sağlamlıq Mərkəzi yaratmaq üçün torpaqlarını hökumətə bağışladı. Thari Mirwah şəhəri Mirvah bölməsinin paytaxtıdır, adı Xeyrpur əyalətinin ikinci hökmdarı və Mirva qolunun nəslindən olan Mir Əli Murad Xan Talpurun şərəfinə verilmişdir. Bu şəhərin əhalisi 1.5 milyon nəfərdən çoxdur. Ərazisi 15910 kvadrat kilometrdir. Xayrpur dairəsinin 8 talukasından biridir. Thari Mirvahın havası qarışıqdır.
The Shard
The Shard — Londonda inşa edilmiş, 95 mərtəbə hündürlüyündə olan göydələn. 2012-ci il 30 mart tarixində binanın hündürlüyü 310 metrə çatdırılmışdır. Göydələn, yalnız Böyük Britaniyada deyil, Avropada da ən yüksək binalardan birinə çevrilmişdir və hazırda 5-ci ən yüksək tikililərdən biri hesab edilir. The Shardın tikintisi 2009-cu ilin mart ayında başlamış və 2012-ci ilin noyabr ayında başa çatmışdır. Binanın forması şüşə ilə bəzədilmiş piramida kimi hazırlanmışdır. Göydələn 72 mərtəbəsini ofis və mənzillər əhatə edir. Binanın yuxarı hissəsində Böyük Britaniyanın ən yüksək panaroma platforması vardır. Tikili günəşdə parlayan minlərlə şüşə panellər ilə örtülmüşdür. Göydələnin layihəsi Pompido Mərkəzinin Paris müəllifi, Renzo Piano tərəfindən 2000-ci ildə hazırlanmışdır. 2002-ci ildə yerli hakimiyyət orqanları, baş nazirin müavini vəzifəsini icraçısı, Shard layihəsi ilə əlaqədar baş nazirliy administrasiyasına müraciət göndərir və 19 noyabr 2003-cü ildə tikinti icazəsi təsdiqlənir.
Tomoko Ohara
Tomoko Ohara (d. 1957) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Şhara dağı
Şxara (qaraç.-balk. ушхара, gürc. შხარა — «Zolaqlı») — Baş Qafqaz silsiləsinin mərkəzi hissəsində yerləşən dağ zirvəsi. Şxara Gürcüstanın ən yüksək zirvəsi, eləcədə Qafqazın və Rusiyanın Elbrus və Dıxtaudan sonra üçüncü ən yüksək nöqtəsi hesab olunur. Dağın hündürlüyü - 5193,2 metrdir. İlk dəfə hündürlüyü 2010-cu ildə Piter Şon və Boris Avdeevım tərəfində ölçülüb. Bəzi mənbələrdə dağın hündürlüyü 5203 m göstərilir. Zirvə daxilində qərb zirvəsi — 5068,8 m (42°59′57″ N, 43°05′23″E) (yanılışlıqla bəzən onu əsas zirvə kimi göstərirlər) və şərq zirvəsi — 4866,5 м (43°00′12″ N, 43°07′39″E) müəyyən edilib. İlk dəfə zirvəni ingilis-isveç alpinistləri 1888-ci ildə fəth etmişlər. Zirvəyə səfər üçün ən əlverişli vaxt -iyun, iyul, avqust və sentyabr aylarıdır.
Sharp Corporation
Sharp 1912-ci ildə Yaponiyanın Tokio şəhərində yaradılmış elektron məhsulların istehsalı ilə məşğul olan şirkətdir. Şirkət öz adını təsisçisinin ilk ixtiralarından birinin adından götürmüşdür. Şirkət xüsusi ilə də idman sahəsinə mühüm dəstək vermişdir. Şirkət, 1990-cı illərin ortalarında "Mançester Yunayted" klubunun forma, 2002–2005-ci illər arasında UEFA Çempionlar Liqasının əlavə, həmçinin də UEFA EURO 2012-nin rəsmi baş sponsoru olmuşdur. Onun texnologiya sahəsində fəaliyyətlərini davam etdirdiyi ölkədəki və dünyadakı ən böyük rəqibi Toshiba şirkəti hesab edilir.
Hari Mata Hari
Hari Mata Hari — 1985-ci ildə Sarayevoda yaradılmış Bosniya pop-rok qrupu. Qrup 2006 Avroviziya Mahnı Müsabiqəsində "Lejla" mahnısı ilə iştirak etmiş və 3-cü yeri tutmuşdur. Bu nəticə Bosniya və Herseqovinanın bu günə qədər bu müsabiqədəki ən yaxşı nəticəsidir.
Finnish Singles Chart
Finland's Official List (fin Suomen virallinen lista, isv. Finlands officiella lista) — 1991-ci ildən "ÄKT (IFPI Finland)" tərəfindən tərtib edilən Finlandiya hit paradı.
Irish Singles Chart
The Irish Singles Chart — İrlandiyada "Irish Recorded Music Association" tərəfindən təqdim edilən həftəlik hit parad.
Italian Singles Chart
İtaliya Musiqi Sənayesi Federasiyası (The FIMI) (it. Federazione Industria Musicale Italiana, ing. Federation of the Italian Music Industry) — İtaliyada musiqi sənayesində fəaliyyət göstərən şirkət. Şirkət 1992-ci ildə qurulub. 2011-ci ildə FIMI İtaliyanın musiqi sənayesində işləyən 2500-dən çox şirkəti təmsil edirdi. Şirkətin əsas məqsədi İtaliya səsyazma şirkətlərinin maraqlarını qorumaqdır. 2010-cu ilin iyul ayından etibarən federasiyanın prezidenti Enço Maççadır.
Norwegian Singles Chart
VG-lista — Norveçdə yayımlanan hit parad. Hit parad hər həftə Verdens Gang qəzetində və "Norwegian Broadcasting Corporation"ın "Topp 20" verilişində yayımlanır.
Shard London Bridge
The Shard — Londonda inşa edilmiş, 95 mərtəbə hündürlüyündə olan göydələn. 2012-ci il 30 mart tarixində binanın hündürlüyü 310 metrə çatdırılmışdır. Göydələn, yalnız Böyük Britaniyada deyil, Avropada da ən yüksək binalardan birinə çevrilmişdir və hazırda 5-ci ən yüksək tikililərdən biri hesab edilir. The Shardın tikintisi 2009-cu ilin mart ayında başlamış və 2012-ci ilin noyabr ayında başa çatmışdır. Binanın forması şüşə ilə bəzədilmiş piramida kimi hazırlanmışdır. Göydələn 72 mərtəbəsini ofis və mənzillər əhatə edir. Binanın yuxarı hissəsində Böyük Britaniyanın ən yüksək panaroma platforması vardır. Tikili günəşdə parlayan minlərlə şüşə panellər ilə örtülmüşdür. Göydələnin layihəsi Pompido Mərkəzinin Paris müəllifi, Renzo Piano tərəfindən 2000-ci ildə hazırlanmışdır. 2002-ci ildə yerli hakimiyyət orqanları, baş nazirin müavini vəzifəsini icraçısı, Shard layihəsi ilə əlaqədar baş nazirliy administrasiyasına müraciət göndərir və 19 noyabr 2003-cü ildə tikinti icazəsi təsdiqlənir.
Spanish Singles Chart
İspaniya Musiqi Prodüsserləri (isp: Productores de Música de España, qısa şəkildə PROMUSICAE) - İspaniyada musiqi industriyasında fəaliyyət göstərən şirkət.