Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xıdırlı
Xıdırlı — Soyad. Sevil Xıdırlı — aşıq. Yaşayış məntəqələri Xıdırlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Xıdırlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Xıdırlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Xızırlı
Xızırlı — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,746 nəfər və 848 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Çığırtı
Çığırtı (həmçinin qışqırıq, bağırtı) — yüksək səs siqnalı yaratmağa yönəlmiş psixomotor fəaliyyət. Heyvanlarda çığırtı informasiyanın ötürülməsinin vacib formalarından biri olduğu halda, insanlarda çığırtı orqanizmin stressə yönəlmiş ümumi fizioloji reaksiyası və diskomfortu ifadə etməklə yanaşı, emosiyaların ifadə formasıdır. Çığırtının yaranması prosesində əsas rolu tənəffüs sistemi oynayır. İnsan çığırtılarının səslənməsi onların yaş və cins xüsusiyyətlərindən asılıdır. Körpələrin qışqırıqları strukturlaşdırılmışdır və spektroqramda normal ağlama ilə bağlı kənarlaşmalar patologiyanı göstərə bilər. Uşaqların çığırtısının ümumi səbəbi diqqəti cəlb etməkdir. Yetkin insanlarda, normal nitqlə müqayisədə, çığırtı formantları daha yüksək tezliklərdə ifadə edilir, e və u kimi sait cütləri üçün baş məsafələri isə azalır. Kişilər tərəfindən çıxarılan çığırtı səsinin tezliyi orta hesabla qadın çığırtılarından daha aşağıdır . Yaşlı insanlar öz eşitmə itkisini aradan qaldırmaq üçün çox vaxt çığırtıdan istifadə edirlər . Normal söhbət zamanı yaranan səs-küy səviyyəsi 60-70 dB, qışqırarkən isə onun dəyərləri 90-110 dB diapazonuna çatır .
Sevil Xıdırlı
Xıdırlı (Ağdam)
Xıdırlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xıdırlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ilin iyun ayında Ağdam üzərinə hücuma keçən Ermənistan ordusunun bölmələri Xıdırlı kəndini işğal etsə də, iyulun 5-də Azərbaycan ordusu əks-hücuma keçərək kəndi işğaldan azad edib. Ermənilər kəndi işğal edərkən ruhi xəstəxanada müalicə alan 18 nəfəri qətlə yetirərək cəsədlərini də yandırmışdılar. Sonradan kənd 1993-ci il iyulun 22-də Ermənistan Ordusu tərəfindən yenidən işğal olunmuşdur. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır. Raqub Məmmədov - Ağdam Rayon icra hakimiyyətinin başçısı Arxiv sənədlərində Xıdırlı kəndində Ağdamın qədim məscidlərindən biri yerləşirdi. Sünnü məzhəbinə aid idi.
Xıdırlı (Qubadlı)
Xıdırlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Teymur Müskənli kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Yerli camaatın dediyinə görə Xıdırlı kəndini Xıdır, Məhərrəm və Həsən adlı şəxslər salıblar. Kənddə Xıdırlı, Məhərrəmli, Həsənli nəsilləri yaşayıblar. Kəndin adı Xıdırlı nəslinin adı ilə əlaqədardır. Ağdam və Salyan rayonlarında Xıdırlı, Şabran rayonunda Xıdırzində kəndləri, Salyan rayonunda isə Xıdırlı adlı palçıq vulkanları vardır. Xıdırlı kəndi Bərgüşad çayının sahilində, dağlıq ərazidədir. Yerli əhalinin məlumatına görə, kəndi Xıdır, Məhərrəm və Həsən adlı şəxslər salmışlar. Hazırda kənddə xıdırlı, məhərrəmli və həsənli nəsilləri yaşayır.
Xıdırlı (Salyan)
Xıdırlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Cavad qəzasında Mışovdağın ətəyində qışlayan 46 ailədən ibarət maldar xıdırlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Kənddə Xıdırlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Xızırlı (Çaldıran)
Xızırlı (fars. خضرلو‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 458 nəfər yaşayır (93 ailə).
Xızırlı (Şot)
Xızırlı (fars. خضرلو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Xızırlı (Şövt)
Xızırlı (fars. خضرلو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Xəsili
Xəsili — Azərbaycan Respublikasının Bərdə rayonunun Xəsili kənd inzibati ərazi dairəsində kənd. Xəsili kəndi rayon mərkəzindən və Bərdə dəmir yolu stansiyasından 15 km cənub-şərqdə, Qarabağ düzündədir. Əhalisi pambıqçılıq, taxılçılıq, heyvandarlıq və baramaçılıqla məşğuldur.
Zikirti
Zikirti, həmçinin Zikirta, Zikurti, Zekertu və ya Zikertu — Zaqros dağlarının şimalında yerləşən qədim padşahlıq. E.ə. 750-521-ci illərdə mövcud olmuşdur. Manna dövlətinin ən şərq hissəsini təşkil edirdi. Zikertu padşahlığı müasir Miyanə–Ərdəbil şəhərləri arasındakı ərazi ilə lokalizə edilir.
Rişiri
Rişiri (yap. 利尻 — Yapon dənizində Hokkaydo adasından 20 km şimal-qərbdə yerləşir. Vulkan məşəlli adadır. Sahəsi 182,11 km², sahil xəttinin uzunluğu 63 km. Ada öz adını Aynu dilidən götürmüşdür. Mənası rii-shiri — «hündür ada» deməkdir. Adaya gələn turistərin çoxu adaya hündürlüyü 1721 m olan Rişiri-san dağıdır görməyə gəlirlər. Dağ ilk baxışdan Fudziyama dağını xatırladır. Avropalılar üçün İsveçrədə yerləşən Alp dağlarını xatırladır. Açıq havada 120 km şimalda yerləşən Rusiyaya məxsus Moneron adasından görmək olar.
Xəsili bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fərid Misirli
Misirli Origen
Origén — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim. Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur. Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı. Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi.
Misirli Avraam
Minuflu Avraam və ya Misirli Avraam (IV əsr – IV əsr) — zahid, rahib, kopt müqəddəsi. Anım günü 21 maydır. O, əslən Nil deltasında yerləşən Minufdan olmuş, valideynləri xristian olmuş, cəmiyyətdə yüksək mövqe tutmuşdur. Yetkinlik yaşına çatdıqdan sonra Axmimə getmiş və 23 yaşında Səssiz Aqafonun tələbəsi olmuşdur. Onun iştirakı ilə bəzi hekayələr "Misir atalarının kəlamları"na daxil edilmişdir.
Xızıri Dəşt Bəyaz
Xızıri Dəşt Bəyaz — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Nimbeluk bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,930 nəfər və 1,385ailədən ibarət idi.