Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xırmancıq
Xırmancıq — Azərbaycan Respublikasının Xocavənd rayonunun Bulutan kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Xırmancıq kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Rusiya-İran müharibəsindən (1826–1828) sonra Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmə ermənilərin Xırmancıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, oykonim "kicik xırman" mənasındadır. Etnotoponim olması da mümkündür. Xırmancıq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Şirvancıq
Şirvancıq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ərtik rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. Kəndin qədim adı Sirvancıq olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir. Toponim türk mənşəli şirvan etnoniminə -cıq şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lernakert qoyulmuşdur.
Şirvancıq məbədi
Şirvancıq məbədi - Qərbi Azərbaycanın (indiki Ermənistan) Şörəyel mahalının Ərtik rayonu ərazisində, Alagöz dağının Qərb yamacında, Şirvancıq (15.07.1948-dən Lernakert) kəndində türk-xristian məbədi. Məbəd V əsrə aid bazilka tavanını çıxmaq şərti ilə ilkin görünüşünü saxlayıb. Xarici divarlarının ölçüsü 22.4x8.2 m-dir. Məbədin yerləşdiyi əraziyə ilk ermənilər XIX əsrin əvvəllərində rus işğalından sonra köçürülüb. В.М.Арутюнян, С.А.Сафарян. Памятники армянского зодчества, Москва, 1951, стр.38, 86; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.109-112.
Pirancıq (Urmiya)
Pirancıq (fars. پيرانجوق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 632 nəfər yaşayır (107 ailə).