Fars sözüdür, dərzin döyülmək üçün yığıldığı yerə deyirlər və xərlə (eşşəklə) bağlıdır. Görünür, xırmanı eşşəklə döyüblər və o, vəli arxasınca müntəzəm çəkib (-man bu müntəzəmliyi bildirən şəkilçidir və dəyirman sözündə də özünü göstərir). 2-ci mülahizə də var: farsca xırman sözünün bir mənası da “taxıl tığı (dən topası)” deməkdir. Xırmangah farslarda “гумно” (xırman) deməkdir. Bu mənada xırman elə “taxıl yığılan sahə” anlamını əks etdirir. Sonuncu yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)