Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəzər Xəbər (jurnal)
Xəzər Xəbər jurnalı
Hədər
Hədər (Salmas)
Kədər
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Xəbər
Xəbər — Bir iş, hadisə və s. haqqında məlumat.
Xəzər
Xəzər dənizi (az-əbcəd. خزر دنیزی‎; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای خزر‎) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir.
Elşən Xəzər
Elşən Xəzər (29 mart 1973, Bakı) — Azərbaycan şairi, meyxanaçısı. == Həyatı == Elşən Qürbətov 1973-cü ildə martın 29-da Bakı şəhərində anadan olmuşdur. Əsli Cəlilabaddandır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kütləvi rejissorluq» fakültəsini bitirmişdir. 1995-ci ildən meyxanaya başlayıb.
Hədər (Xoy)
Hədər (fars. ديبك‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 223 nəfər yaşayır (34 ailə).
Kədər maskası
Kədər maskası —— SSRİ-da siyasi repressiya qurbanı olanlara həsr olunmuş Maqadanda yerləşən memorial abidə. Nəzərdə tutulan "Kədər üçbucağı" abidələrindən birincisi. "Kədər üçbucağı"na aid olan ikinci abidə isə 2017-ci ildə Yekaterinburq ətrafında qoyulub. == Abidənin tarixi == 1990-cı ilin yayında ABŞ-də yaşayan heykəltaraş Ernst Neizvestnıy Maqadana gəlir. O özü ilə 1930–1950-ci illərdə stalin repressiyalarının qurbanlarının xatirəsinə həsr olunmuş abidənin eskizlərini gətirərək burada nümayiş etdirir. Nəzərdə tutulurdu ki heykəltaraş tərəfindən düşünülən "Kədər üçbucağı" (Maqadan, Vorkuta, Yekaterinburq) abidələrindən ilki Maqadanda ucaldılacaq. 23 iyul 1990-cı ildə Maqadan şəhər icraiyyə komitəsi Maqadanda Stalin repressiyaları qurbanlarına memorial abidənin ucaldılması ilə bağlı qərar verir. Memorialın mərkəzi abidəsi sol gözündən kiçik maskalar şəklində göz yaşı axan insan üzünə bənzədilib. Sağ göz isə dəmir barmaqlıqlı pəncərə formasında düzəldilib. Abidənin arxa tərəfində isə standart olmayan xaçın altında bürüncdən düzəldilmiş ağlayan qadın heykəli var.
Mirzə Xəzər
Mirzə Mikayılov Kərim oğlu (29 oktyabr 1947, Göyçay – 31 yanvar 2020, Münxen) – dağ yəhudisi olan Azərbaycan jurnalisti, publisist, naşir, Bibliyanın tərcüməçisi. 20 yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist. Mirzə Xəzər 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975–1976-cı illərdə İsrail ordusunda xidmət edib. O, 2 fevral 2020-ci ildə Almaniyanın Münhen şəhərində vəfat edib. Mirzə Xəzər 1976–1985-ci illərdə Azadlıq radiosunun Azərbaycan bölməsində baş redaktorun müavini işləmişdir. 1985-ci ilin oktyabr ayında ABŞa köçmüşdür.
Qala (Xəzər)
Qala — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati-ərazi vahidində qəsəbə. Qala kəndinin adı bilavasitə «qala» ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimalogiyasına əsaslanır. Yerli yaşlı sakinlərin bəzisi kəndin adını «mühafizə olunan yer» kimi mənalandırır, başqa sözlə alınmaz, məğlubedilməz yer, kənd. Digər qism isə sözün məhz birbaşa mənası ilə, yəni «qala» ilə əlaqələndirir. Tarixi dəlillər ikinci gümanı daha çox təsdiqləyir. Belə ki, burada XIV və XVII əsrin birinci yarısında inşa olunmuş qala istehkam və müşahidə qalaça tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə üstünlük verir. Qeyd edək ki, XIV əsrə məxsus bu qala kəndin ən hündür yerində qaya üzərində inşa edilib. Paralel elmi tutuşdurmalar göstərir ki, bu qala konstruktiv memarlıq, həmçinin inşaat xüsusiyyətlərinə görə Mərdəkan, Şağan, Ramana və s. kəndlərdəki dördkünc qalalar tipinə aiddir.
Qaya (Xəzər)
Qaya və ya Abşeron limanı yanında qəsəbə — Bakının Əzizbəyov rayonunda qəsəbə. Keçmiş adı Abşeron limanı yanında qəsəbə olmuşdur. Qayalıq sahədə yerləşdiyindən 1973-cü ildən belə adlandırılmışdır.
Radio Xəzər
Xəzər FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixi qərarı ilə “Xəzər TV” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 №-li Fərmanının 5.1-ci bəndinə əsasən lisenziyalar müddətsiz hesab edilmişdir. Açılışı 2016-cı ildə baş tutan yeni inzibati binada “Xəzər FM” müasir avadanlıq, efir və montaj otaqları ilə təmin olunmuşdur.
Salam kədər
"Salam, kədər!" (fransızca: "Bonjour tristesse") əsəri 1954-cü ildə Fransua Saqan (Françoise Sagan) tərəfindən yazılmışdır. Romanın başlığı Pol Elardın (Paul Éluard) "Sağol, kədər/Salam, kədər" misraları ilə başlayan şeirindən götürülmüşdür (şeirin adı: "À peine défigurée"). 1958-ci ildə Otto Preminger tərəfindən romana ingilis dilli film çəkilmişdir. Bu romanı müəllif 18 yaşında olarkən yazmışdır və roman qısa müddət ərzində oxucular arasında böyük rəğbət hissi ilə qarşılanmışdır. Kitab 30-dan artıq dilə tərcümə olunmuş, 5 milyondan çox nüsxəsi satılmışdır. Əsərin baş qəhrəmanı Sesilya (Cécile) bütün gənclərin idoluna çevrilmişdir. Le Monde qəzetinin 1999-cu ildə tərtib etdiyi "XX əsrin 100 kitabı" siyahısında bu əsərə də rast gəlmək mümkündür.
A Xəbər
A Haber — "Çalık Holding" tərəfindən qurulmuş, Türkiyədə ilk dəfə HD yayımlanan xəbər kanalıdır. Kanalın rəhbərliyini Habertürk TV-nin keçmiş rəhbəri Erdoğan Aktaş üzərinə götürmüş, amma işdən çıxmağa qərar verdikdən sonra onun yerinə əvvəl köməkçisi olmuş Cengiz Er keçmişdir. Həm HD, həm də SD yayımlanır. TRT Türk-dən sonra 16:9 (geniş ekran) formatlı yayıma keçən ikinci xəbər kanalıdır. Kanal xəbər proqramlarından başqa futbol qarşılaşmalarını da yayımlayır. "Copa America 2011", "İtaliya Superkuboku" və "Ziraat Türkiyə Kuboku"nun yayım hüquqlarına malikdir. == A Haber HD == A Haber ilə birlikdə yayıma başlayan HD kanal. Həmçinin ilk şifrəsiz HD xəbər kanalıdır.
Qüssə kədər
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Xəbər saytı
Xəbər saytı, həmçinin internet-qəzet, onlayn qəzet və ya elektron qəzet — qəzetin onlayn versiyası. Bu, müstəqil nəşr və ya çap olunmuş dövri nəşrin onlayn versiyası ola bilər. İnternetə keçmək qəzetlər üçün daha çox imkanlar yaratmışdır. Məsələn, onlar son xəbərləri daha tez təqdim etmək üçün yayım jurnalistikası ilə rəqabət aparırlar. Təməli yaxşı qurulmuş qəzetlərin etibarlılığı, güclü marka reklamı və onların reklamçılar ilə yaxın əlaqələri qəzet sənayesində fəaliyyətlərini davam etdirmək şanslarını gücləndirir. Həmçinin çap prosesinin kənarlaşdırılması da xərcləri azaltmağa kömək edir. Xəbər müxbirləri bu sahədə video çəkməyi və internet xəbər səhifələrində lakonik şəkildə xəbər yazmağı öyrənirlər. Xəbər saytlarına çap qəzetlərində olduğu kimi böhtan, məxfilik və müəllif hüquqları ilə bağlı qanuni məhdudiyyətlər tətbiq edilir. Bu, Birləşmiş Krallıq kimi əksər ölkələrdə onlayn nəşrlərə də şamil edilir. Həmçinin, Birləşmiş Krallıqda Məlumatların qorunması haqqında qanun onlayn qəzetlərə və xəbər səhifələrinə şamil olunur.
Xəzər osmundeyası
Osmundea caspica (lat. Osmundea caspica) — rhodophyta şöbəsinin florideophyceae sinfinin ceramiales dəstəsinin rhodomelaceae fəsiləsinin osmundea cinsinə aid yosun növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir. Tallom 4-12 sm hündürlüyündədir, silindrik, bir qədər girintili-çıxıntılı, nahamr səthli, az və ya çox şaxələnmişdir. Əsas budaqlar uzun, seyrək və ya əhəmiyyətli dərəcədə çoxdur, arabir və ya sıx, bir qədər qısa, sadə və ya şaxələnmiş budaqlarla örtülmüşdür. Tallom bitmə dərinliyindən asılı olaraq şaxələnmə dərəcəsinə və qalınlığına görə fərqlənir: dərin sularda olan formalar uzun və nazikdir, sahilə yaxın formalar isə kiçik, qalın kobuddur. Köndələn kəsikdə qabıq qatı çox da böyük olmayan, demək olar ki, kvadrat və ya düzbucaqlı, sıx birləşmiş hüceyrələrdən ibarətdir. Tallomun mərkəzindəki hüceyrələr uzununa kəsikdə tallomun uzunluğunda çox dartılmışdır, çox uzun silindrləri xatırladır. Lentikulyar qalınlaşmalar yoxdur.
Xəbər agentliyi
Xəbər agentliyi və ya informasiya agentliyi — xəbərləri toplayan və onları qəzetlər, jurnallar, radio və televiziya yayımçıları kimi özünə abunə olan xəbər təşkilatlarına satan təşkilat. Xəbər agentlikləri öz press-relizləri ilə tanınırlar. Dünyada bir çox xəbər agentlikləri olmasına baxmayaraq, üç qlobal xəbər agentliyinin – "Agence France-Presse" (AFP), "Associated Press" (AP) və "Reuters"in dünyanın əksər ölkələrində ofisləri var, medianın bütün sahələrini əhatə edir və beynəlxalq xəbərlərin əksəriyyəti dünya qəzetləri tərəfindən çap olunur. Keçmişdə yalnız bir neçə böyük qəzet öz şəhərlərindən kənarda büroların xərclərini qarşılaya bilirdi. Onlar bunun əvəzində xəbər agentliklərinə, xüsusən də Fransada "Agence France-Presse" (AFP) və ABŞ-də "Associated Press" agentliyinə etibar edirdilər. AFP-nin keçmiş əməkdaşları 1851-ci ildə Britaniyada "Reuters", 1849-cu ildə isə Almaniyada "Wollfs"-un əsasını qoyublar. Bu agentliklər bütün abunəçilərə tək obyektiv xəbər lenti təqdim etmək kimi əsas fəlsəfə ilə fəaliyyətə başlamışdır. Conatan Fenbi fəlsəfəni belə izah edir: 1960-cı illərdən etibarən iri agentliklərə televiziya və jurnallarda yeni imkanlar yaradılmış və xəbər agentlikləri isə tələbatı daim artan görüntü və fotoların ixtisaslaşmış istehsalı ilə təmin olunmuşdur. Məsələn, onlar Fransada milli bazarın üçdə ikisini təşkil edir. 1980-ci illərə qədər dörd əsas xəbər agentliyi - AFP, AP, UPI və "Reuters" bütün dünyada qəzetlər tərəfindən çap olunan xarici xəbərlərin 90%-dən çoxunu təmin edirdi.
Xəzər iynəbalığı
Xəzər iynəbalığı (lat. Syngnathus abaster) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinin i̇ynəbalıqları fəsiləsinin adi dəniz iynəbalığı cinsinə aid heyvan növü. Xəzər dənizinin hər yerində yayılmışdır. Cənubi Xəzərdə çayların dənizə qarışan hissəsində yaşayır. İynəbalıq dəniz balığıdır, lakin şirin suda da yaşaya bilir. Uzunluğu 230 mm-dək olur, cinsi yetişkənliyə çatmış balıqların uzunluğu 90 mm-ə çatır. Dənizdə dəniz otu zosteraarasında şaquli vəziyyətdə yaşayır, Bədəninin rəngi yaşadığı mühitin -otların rəngində (yaşılımtıl-qonur) olduğundan çox çətin seçilir. İynə balıqlarının da çoxalması çox maraqlı keçir. May-iyun aylarında çoxalma ərəfəsində erkək balıqların qarın nahiyyəsində uzununa iki dəri qatı əmələ gəlir və açıq kisə (kamera) şəklini alır. Dişi balıqlar kürülərini bu kameraya tökür.
Kədər üçbucağı
Kədər üçbucağı (ing. Triangle of Sadness) — Ruben Estlundun 2022-ci ildə ekranlara çıxan filmi. == Süjet == Model cütlük Karl və Yaya lüks yaxtaya dəvət edilirlər. Yaxta batan zaman onlar bir qrup milyarder ilə birlikdə kimsəsiz bir adada çıxılmaz vəziyyətdə qalırlar.
Xəzər (dəqiqləşdirmə)
Coğrafiya: Xəzər dənizi — Yer kürəsində ən böyük axmaz göl. Xəzər dağı — Füzuli rayonunun ərazisində qərar tutan dağ. Xəzər gölü (Türkiyə) — Türkiyədə yerləşən Tavr (Tavros) dağları arasında tektonik (rif mənşəli) göl. Yaşayış məntəqələri Xəzər rayonu — Bakı şəhərinin 11 inzibati rayonundan biri, keçmiş Əzizbəyov rayonu. Xəzər (Neftçala) — Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Xəzər (Türkmənistan) — Türkmənistanın Balkan vilayətində etrap hüquqlu şəhər. Xəzər (Dərbənd) — Dağıstanın Dərbənd rayonunda yerləşən kənd. Tarix: Xəzər xaqanlığı — 634-cü ildə Şərqi Göytürk dövləti dağıldıqdan sonra yaranmış türk dövləti. Mətbuat: Xəzər — Ədəbi-bədii jurnal. Xəzər — 2009-cu il aprelin 1-də bağlanan qəzet.
Xəzər Babazadə
Xəzər Babazadə (2005) — Azərbaycan şahmatçısı, beynəlxalq usta (2022-ci ildən etibarən). 2023-cü ilin mart ayının reytinqinə görə Azərbaycan şahmatçıları arasında 19-cu, dünya şahmatçıları arasında isə 853-cü və "Top 100 Juniors" reytinqində isə 66-cı yerdə qərarlaşıb. Xəzər Babazadə 2005-ci il martın 12-də Bakıda anadan olub. O, 5 yaşından şahmat oynamağa başlayıb. Bakıda 269 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ilin mart ayında ilk dəfə şahmat üzrə Azərbaycan çempionatında iştirak etdi. 2018-ci ilin yanvar ayında şahmat üzrə Azərbaycan çempionatında 4,5/9 xalla turnirdə 8-ci pilləni tutdu. 2019-cu ilin yanvar ayında şahmat üzrə Azərbaycan çempionatında 4,5/9 xal topladı. 2022-ci ilin fevral ayında Naxçıvanda keçirilən şahmat üzrə Azərbaycan çempionatında 5/9 xal topladı. 2015-ci ilin iyul ayında Gürcüstanın Poti şəhərində keçirilən 10-cu Poti Beynəlxalq Açıq Şahmat Festivalı "Nana Aleksandriya Kuboku - 2015" turnirində iştirak etdi.
Xəzər ağdişi
Xəzər ağdişi (lat. Crocidura caspica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü. Əsasən Azərbaycan və İran ərazilərində yayılmışdır. Daha çox Xəzər dənizinin sahil ərazilərində müşahidə edilir.
Xəzər Mahmudov
Xəzər Mahmudov (23 noyabr 2000, Azərbaycan) — Azərbaycan Premyer Liqasında "Keşlə"də yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu. == Klub karyerası == Mahmudov 6 dekabr 2019-cu ildə Azərbaycan Premyer Liqasında "Keşlə" ilə "Qarabağ" matçında debüt edib.
Xeder
Xeder (idiş חדר‎ xeder — ibtidai yəhudi məktəbi; ivr. ‏חֶדֶר‏‎ — otaq) — yəhudi dini ibtidai məktəbi. Xeder adı ilk dəfə XIII əsrdə işlədilmişdir. Sonradan bu növ məktəblər Aşkenazi yəhudiləri arasında geniş yayılmışdır. XVII əsrin birinci yarısında Belarusiya və Polşada xederin fəaliyyəti N.Hanoverin "İven Metzula" ("Dərin alt") kitabında təsvir edilmişdir. O, illərdə qurulan sistem Rusiya imperiyası daxilində və Avstriya-Macarıstanın bəzi bölgələrində Birinci Dünya müharibəsinə qədər qorunub saxlanılmışdır. Talmud-tora məktəblərində olduğu kimi, xederdədə yalnız oğlanlar təhsil alırdı. Bununla belə, əgər talmud-tora valideynləri təhsil haqqını ödəyə bilmədiyi üçün kasıb uşaqlara dəstək olmaq üçün yaradılmışdısa, xederdə təhsil pullu idi. Burada müəllim (melamed) keçdiyi dərs müqabilində valideynlərindən ödəniş alırdı (belə bir haqqı almaq üçün, alaha nüfuzlu şəxslərinin qanuni tövsiyələri tələb olunurdu, çünki iman qanunlarının öyrədilməsi mitsva şəklində, yəni pulsuz həyata keçirilməli olduğuna inanılırdı). Təhsil adətən müəllimlərin evinin otaqlarından birində aparılırdı.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Erix Reder
Erix Yohann Albert Reder (alm. Erich Johann Albert Raeder‎; 24 aprel 1876[…], Vandsbek[d], Hamburq – 6 noyabr 1960[…], Kil) — alman hərb xadimi, qross-admiralı, 1935–1945-ci illərdə Üçüncü Reyxin hərbi-dəniz qüvvələri olan Kriqsmarinenin baş komandanı.
Gedər körpüsü
Gedər körpüsü — İrəvan şəhərində 1664-cü ildə Zəngi çayının qolu olan Gedər çayı üstündə qırmızı daşdan tikilmiş birtağlı körpüdür.
Xəzər-problemə nəzər (film, 1977)