Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həvazin
Həvazin (ərəb. هوازن‎, Hawāzin) — əvvəlcə Nəcdin qərbində və Hicazda, Taif şəhəri ətrafında məskunlaşmış ərəb qəbiləsi. Onlar daha böyük Qeys qəbilə qrupunun bir hissəsini təşkil edirdilər. Həvazinlər Bənu Səid və Bənu Cuşəm, həmçinin hər ikisi çox vaxt həvazindən ayrı sayılan Bənu Səqif və Bənu Əmir alt qəbilələrindən ibarət idi. Qəbilə tez-tez qətafanilər ilə toqquşurdu və bəzən həvazinilərin alt qəbilələri bir-biri ilə vuruşurdular. Qəbilə 630-cu ildə Hüneyn döyüşündə Məhəmmədin qüvvələri tərəfindən məğlub edilmişdi. Həvazin qəbiləsi 632-ci ildə Məhəmmədin ölümündən sonra baş verən Riddə müharibələri zamanı Mədinədə ilk müsəlman dövlətinə qarşı üsyan edən və mübarizə aparan ilk qəbilələrdən biri idi. Şifahi ənənə və şəcərə araşdırmalarına görə, Səudiyyə Ərəbistanında yaşayan müasir uteybə qəbiləsi həvazinilərin nəslindəndir.
Gəvaşin (Sərab)
Gəvaşin (fars. گواشين‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 266 nəfər yaşayır (62 ailə).
Ləvain su anbarı
Ləvain (Lovain) su anbarı — Azərbaycanın Astara rayonunun ərazisində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1967-ci ildə istismara verilmişdir. Su anbarı 3 mənbədən qidalanır: Ləvain, Sixaru və Digədi çayları. Bu çaylardan su götürülərək 5 km-lik kanal vasitəsilə su anbarına verilir. Azərbaycan Nazirlər Kabinetinin sərəncamına müvafiq olaraq azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tapşırığı ilə 2008-ci ildə Ləvain su anbarının təmir olunmasına başlandı. Təmir işlərinin layihəsi Azdövsutəslayihə institutu tərəfindən hazırlanmışdır. Su anbarının əsas texniki göstəriciləri: Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 2200m və su anbarının ümumi həcmi 6.3mln.m³-dur. Suvarma sahəsi 1700ha-dır.
Xəvaci Məhəmməd-Mirzəyev
Xəvaci Məhəmməd-Mirzəyev — Böyük Vətən müharibəsi iştirakçısı, süvari, pulemyotçu, baş çavuş, Sovet İttifaqı Qəhrəmanı. Milliyətcə çeçendir. Xəvaci Məhəmməd-Mirzəyev kasıb bir ailədə anadan olmuşdur. Qroznı Pedaqoji Məktəbini bitirib, doğma kəndində müəllim və məktəb direktoru işləyir. 1930-cu illərdə Uzaq Şərqdə sərhədçi olaraq xidmət edir. Sərhəd pozucusu saxlanılarkən yaralanır və tərxis edilir. 1940-cı ildə Daşkənddəki Yanğından Mühafizə Baş İdarəsinin orta komandanlıq məktəbini bitirib, sonra Leninabadda (Tacikistan) yanğın müfəttişi işləyir. 1941-ci ilin sentyabrında cəbhəyə gedir. Süvari alayında Mərkəzi Cəbhənin 61-ci Ordusunun 7-ci Süvari Korpusunun 16-cı Qvardiya Çernigov Süvari Diviziyasının 3-cü eskadronunun taqım komandirinin köməkçisi olaraq xidmət edir. Stalinqrad döyüşündə iştirak edir.
Xvalın dənizi
Xvalın dənizi — Dördüncü dövrün müəyyən bir vaxtında Xəzər dənizinin yerində mövcud olmuş dənizin adıdır. Xvalın dənizi Xəzər dənizindən xeyli böyük idi və şimalda Volqa-Xəzər ovalığını 51 dərəcə şm. enliyinə qədər tuturdu.
Müzəyyən Şevqin
Müzəyyən Şevqin (1961) — geologiya mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Müzəyyən Şevqin 1961-ci ildə Adana ilində anadan olub. Çuxurova Universiteti Geologiya mühəndisliyi bölməsindən məzun olub. Həmin universitetdə magistr dərəcəsi və mühəndis geologiyası üzrə PhD dərəcəsi alıb. Geologiya mühəndisləri Palatasının Adana şöbəsinin sədri olub. Adana Şurası, Yüreğir Şurası, Mühəndis və Memarlar Palataları İttifaqı (TMMOB) Qadınlar Komissiyasında və Şəhər Problemləri Simpoziumlarında çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Sənayə, ticarət, enerji, təbii sərvətlər, informasiya və texnologiyalar Komissiyasının üzvü olub. İngiliscə bilir.