Xalkantit
Xalkantit (mis kuporosu) – Cu [SO4]· 5H2O - Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.
Maqneziumlu sinkkupro- və ferroxalkantitlər.
Rəng – tünd-mavi, göyümtül, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,12-2,30; Sərtlik – 2-2,5; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – suda asan həll olur; Morfologiya – kristallar: nadir rast gəlir; lövhəvari, qısaprizmatik; Mineral aqreqatları: qabıqlar, stalaktitlər, dənəvər, böyrək- və tozvari kütlələr.
Ekzogen mənşəlidir. Mis minerallarının və misli mineralların oksidləşmə məhsuludur. Adətən yataqların oksidləşmə zonalarının üst hissəsində rast gəlir. Suda tez həll olduğundan yalnız quraqlıq şəraitlərdə yaxşı mühafizə olunub qalır. Xalkantitin sənaye əhəmiyyətli iri yığınları yalnız Çukikamata yatağında (Çili) qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: antlerit, broşantit, xalkopirit, melanterit və s.