Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xalkantit
Xalkantit (mis kuporosu) – Cu [SO4]· 5H2O - Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. Maqneziumlu sinkkupro- və ferroxalkantitlər. Rəng – tünd-mavi, göyümtül, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,12-2,30; Sərtlik – 2-2,5; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – suda asan həll olur; Morfologiya – kristallar: nadir rast gəlir; lövhəvari, qısaprizmatik; Mineral aqreqatları: qabıqlar, stalaktitlər, dənəvər, böyrək- və tozvari kütlələr. Ekzogen mənşəlidir. Mis minerallarının və misli mineralların oksidləşmə məhsuludur. Adətən yataqların oksidləşmə zonalarının üst hissəsində rast gəlir. Suda tez həll olduğundan yalnız quraqlıq şəraitlərdə yaxşı mühafizə olunub qalır. Xalkantitin sənaye əhəmiyyətli iri yığınları yalnız Çukikamata yatağında (Çili) qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: antlerit, broşantit, xalkopirit, melanterit və s.
Xloantit
Xloantit — mineral. Fasiləsiz xloantit — smaltin izomorf sırası vardır. Kubik. Habitus kubik, kuboktaedrik, dodekaedrik. Ayrılma {100} və {111} üzrə qeyri-mükəmməl. Aqreqat: pürüzlər, kip, dənəvər və smaltinin konsentrik-zonal bitişmələri səciyyəvidir. Rəngi ağ, poladı-boz. Parıltısı metallik. Sərtliyi 5,5–6. Xüsusi çəkisi 6,4–6,8.
Akantit
Akantit — mineral, Ag2 S == Haqqında == Monoklinik. Aşağı temperaturlu modifikasiya. Habitus priz­ma­tik. Aqreqat: torpaqvari, ağacabənzər, sapvari. Argentit üzrə paramorfozlar. Qara. Sərtliyi 2-2,5. Xüsusi çəkisi 7,24. Hidrotermal, 179° C-dən aşağı temperaturda əmələ gəlir. Pb-Zn yataqlarında argentitlə birlikdə.