Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanadam (Salmas)
Xanədam (fars. خانه دام‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 264 nəfər yaşayır (68 ailə).
Xanqalas ulusu
Xanqalas ulusu (saxa Хаҥалас улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Pokrovsk şəhəridir. == Coğrafiyası == Rayonun ərazisi 24,7 min km²-dir. Şərqdən Meqino-Xanqalas ulusu, cənubdan Amma ulusu və Aldan ulusu ilə, cənub-qərbdən Olyokminski ulusu, şimaldan Qornı ulusu və Yakutsk şəhərinin dairəsi ilə həmsərhəddir. === Təbii şərait === Ulus Prilenski yaylasında yerləşir. Ulusun bütün yaşayış məntəqələri Lena vadisində yerləşir. Lena çayının sol sahilində Erkani Vadisi yerləşir. Digər böyük çaylar: Sinaya, Ketem, Kenkem, Buotama, Lutenq, Menda və s. İqlimi kəskin kontinentaldır. Yanvar ayının orta temperaturu −40 ° C, iyul + 19 ° C-dir.
Meqino-Xanqalas ulusu
Meqino-Xanqalas ulusu (saxa Мэҥэ Хаҥалас улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Nijnı Bestyax qəsəbəsidir. == Coğrafiyası == Sahəsi - 11,7 min km²-dir. Şimaldan Ust-Aldan, şimal-şərqdən Çurapçı, cənub-şərqdən Amqin, cənub-qərbdən Xanqalas, qərbdən Yakutsk şəhər dairəsi ilə həmsərhəddir. Bu Saxa Respublikasındakı ən kiçik ulusudur. Onun sahəsi respublikanın ən böyük ulusundan - Olenok ulusundan 27 dəfə kiçikdir. Lakin eyni zamanda ulusun sahəsi İsrail ərazisi ilə müqayisə olunur. === Təbii şərait === Ulus Mərkəzi Yakut ovalığı üzərində yerləşir. Cənub hissəsi Prilenski platosundadır. Ulusun qərb sərhədi Lena çayının qolları boyunca yerləşir.