Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xankəndi
Xankəndi — Azərbaycan Respublikasında şəhər. 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra yaradılan və 2023-cü ildə təkrar Azərbaycanın nəzarətinə keçənə qədər Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı idi. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi şəhərə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmışdır. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilmişdir.
Xanəli
Xanəli — kişi adı. Xanəli Kərimli — şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru. Xanəli Tolış — Azərbaycan şairi. Xanəli Fəttayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Amangəldi İmanov
Amangəldi İmanov (qaz. Аманкелді Үдербайұлы İmanov; d. 3 aprel 1873 – ö. 18 may 1919) — Qazaxıstanda qazax xalqının milli-azadlıq üsyanın təşkilatçısı və fəal iştirakçısı, kommunist, inqilabçı. == Həyatı == 1873-ci il aprelin 3-də Qazaxıstanda kasıb ailədə anadan olub. 1916-cı ildə Turqay vila­yətində Amangəldi İmanovun baçılıq etdiyi üsyan, xüsusilə, fərqləndi. Üsyanın yatırılması üçün cəbhə xəttindən də əsgəri birliklər gətirməyə məcbur olurlar. Düşmənlə savaş üçün hazırlanmış əsgəri birliklər çar hökuməti silahsız təbəələrinin üzərinə yeridir. Mərkəzi quberniyalardan Qazaxıstana köçürülmüş ruslarda əsgəri birliklərə kömək etdiyindən Türküstanda onminlərlə dinc sakin öldürülür. Amangəldi İma­nov 1918-ci ildə Rusiya Kommunist (bolşeviklər) Partiyası sıralarına keçdiyindən Albi Jangildin­lə birlikdə Sovetlərin mövqeyini müdafiə etdi.
Qızılqaya (Xankəndi)
Qızılqaya — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd. 1991-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Qızılqayada ilkin yaşayışın eramızdan əvvəlki dövrlərə aid olduğu bildirilir. Çünki həmin dövrlərə məxsus qoça bənzər kiçik heykəllər, qəbirlər tapılmışdır. Xocalı-Gədəbəy mədəniyyətinə aid nümunələr bu kənddə də mövcuddur. 1933-cü ildə kənd Xankəndi şəhərinin tabeliyinə verilmişdir. Kəndin 12 məhəlləsi, 1 məscidi, 1 kümbəzi, 3 hamamxanası var. 1991-ci ilin dekabrında kənd işğal edilib. İşğal zamanı kənd 2 şəhid vermişdir Kənd Xankəndi şəhərinin şimal ərazilərində yerləşir.
Xankəndi (Bicar)
Xankəndi (fars. خان كندي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (23 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Xankəndi (Germi)
Xankəndi (fars. خان كندي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ojarud-e Qərbi kəndistanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 18 nəfər yaşayır (7 ailə). Kənd Azərbaycan və İran arasındakı sərhəddə yaxın yerləşmişdir. Bu kəndin keçmişki adı Xanyurdu imiş. Xankəndi Nadir şahın hakimyəti dövründə Toulon kəndi ilə bir ildə əsası qoyulmuş və ölkənin əsas yaşayış mərkəzlərindən birinə çevrilmişdir. Kəndin əhalisi illər əvvəl 150 nəfər (15 ailə) ibarət idi, ancaq əhalinin çoxu şəhərlərə köç etmişdir. Kəndin təsərüfatının əsasını əkinçilik, arıçılıq və heyvandarlıq təşkil edir.
Xankəndi (Gəncə)
Xankəndi — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazisində mövcud olmuş kənd. Gəncə xanlığının tərkibində olmuşdur.
Xankəndi (Kəleybər)
Xankəndi (fars. خان كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 221 nəfər yaşayır (52 ailə).
Xankəndi (Meşkinşəhr)
Xankəndi (fars. خان كندي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 202 nəfər yaşayır (49 ailə).
Xankəndi (Nəmin)
Xankəndi (fars. خانكندي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 278 nəfər yaşayır (58 ailə).
Xankəndi (Qoşaçay)
Xankəndi (fars. خان كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 519 nəfər yaşayır (130 ailə).
Xankəndi (dəqiqləşdirmə)
Azərbaycanda Xankəndi — Azərbaycan Respublikasında şəhər. Xankəndi (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Xankəndi (Gəncə) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi olmuş kənd. Xankəndi stansiyası — Xankəndi dəmiryolu stansiyası İranda Xankəndi (Bicar) Xankəndi (Germi) — İranda kənd. Xankəndi (Qoşaçay) — İranda kənd. Xankəndi (Meşkinşəhr) — İranda kənd.
Xankəndi (İsmayıllı)
Xankəndi — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Xankəndi kəndi Basqal kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Xankəndi kənd Soveti yaradılmışdır. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Şirvan xanı Mustafa xana məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd Xankəndi çayının sahilində, dağətəyi ərazidə yerləşir. Əhalisi 431 nəfərdir ki, onun da 209 nəfəri kişi, 222 nəfəri qadındır.
Xankəndi (şəhər)
Xankəndi — Azərbaycan Respublikasında şəhər. 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra yaradılan və 2023-cü ildə təkrar Azərbaycanın nəzarətinə keçənə qədər Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı idi. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi şəhərə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmışdır. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilmişdir.
Xankəndi kurqanları
Xankəndi kurqanları — Xankəndi şəhərinin şimalında, Xocalı ilə həmsərhəd ərazidə yerləşən kurqanlar. Burada 12 kurqan var idi. Kurqanların tarixi eradan əvvələ gedib çıxırdı. Bu da burada qədim yaşayış yeri olmasının əsas sübutu idi. Kurqan anlayışı ilk dəfə türk xalqları tərəfindən başa düşülüb. Kurqanlar 1970-ci ildə üzə çıxarılıb.Əkin əkmək məqsədi ilə bura gələn bir neçə insan tərəfindən kurqanlar tapılmışdır. Bu xəbəri eşidən Xankəndi Tarix-Memorial İnistutunun dosientləri, müəllimləri buraya gəlmiş və həqiqətən də bu kurqanların çox qədim olduğunu sübut etmişlər. Hazırda 7 kurqanın vəziyyəti stabildir. Hündürlüyü 1,5 m, diametri 24 m olan 119№-li kurqanın təpəsi bir qədər dağılmışdır. Kurqanın altındakı ən qədim torpaq qəbir olduqca pis qalmışdı.
Xankəndi məhəllələri
Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri. Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi. Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir.
Xankəndi rayonu
Əsgəran rayonu — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi yeni yaradılmış Xocalı rayonunun tərkibinə verilmişdir. Rayon 1930-cu ilin avqustunda yaradılanda Stepanakert rayonu kimi yaradılıb. 1978-ci ildə isə adı dəyişdirilərək Əsgəran rayonu adlanıb.
Xankəndi stansiyası
Xankəndi stansiyası — Xankəndi dəmiryolu stansiyası 1927-ci ildə yaradılıb. Xankəndi şəhərinin şimalında yerləşirdi. Hazırda bərbad haldadır. Stansiya Xankəndi şəhərinin şimalında yerləşirdi. O dövrdə Yevlax-Xankəndi xəttində elektrik olmadığından Bakıdan elektrovozla gedən qatar Yevlax stansiyasında açılaraq teplovoza qoşulur və Xankəndi stansiyasına qatar teplovozla yola salınırdı. 1962-ci ildə Bakıdan Yevlaxa gedən dəmir yolu xətti yenidən qurularaq Bərdəyə qədər uzadıldı. 1967-ci ildə dəmir yolu stansiyası Ağdamda, 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndidə quruldu. Xankəndi Dəmiryol Stansiyasının fəaliyyəti 1992-ci ilə qədər davam etdi. Xankəndi Dəmiryol Stansiyasının xidmətindən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə bölgələrinin və Laçın rayonunun əhalisi yararlanırdı. 1992-ci ildə Qarabağda baş qaldıran separatizm Xankəndi Dəmiryol Stansiyasının fəaliyyətinə öz mənfi təsirini göstərdi.
Xankəndi talanları
Xankəndi talanları və ya Xankəndi poqromları — Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində 1988-ci ilin sentyabrın 18-də yerli azərbaycanlı əhalisinə qarşı törədilmiş kütləvi talanlar və poqrom aktı. Hadisənin baş vermə səbəbi Dağlıq Qarabağa sahib olmaq üçün erməni millətçilərinin yerli azərbaycanlı əhalinin etnik təmizlənmə prosesinin bir hissəsi. 1988-ci il 18 sentyabrında ermənilərin Xankəndi şəhərində törətdikləri vəhşiliklər Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarların təşkilatçılığı və iştirakı ilə törədilmişdir. Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, fevralın 20-də Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdılar. Bu, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların kəskin narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Elə həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər.
Xanəgah (Xankəndi)
Xanəgah — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd. 1992-ci il yanvarın 15-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Burada ilkin yaşayışın XVIII əsrin ortalarına aid olduğu deyilir. Deyilənlərə görə həmin illərdə xan tərəfindən Əsgəran qalası tikilən zaman xanın adamları burada məsgən salıblar. Həmçinin qalanın bir hissəsi də bu kəndin torpaqlarına düşür. "Əgah", "Gah" sözləri də Azərbaycanda rast gəlinən toronimdir və mənası "yaşayış yeri", "yeni salınmış kənd" mənalarını verir. Belə aydın olur ki, kəndin ilk nümayəndələri də xanın adamları olub. Qarabağ xanlığı dağıldıqdan sonra bolşeviklər, ermənilər, SSRİ rəhbərliyi tərəfindən bu kəndin izi itirilmişdi. Lakin 1950-ci illərin sonlarında Xanəgah yenidən kənd statusu aldı və həmin ərəfədə bu ərazidə 100-ə yaxın müsəlman, onlarla erməni ailəsinin yaşadığı bildirilirdi.
Xankəndi FK
Xankəndi FK — Azərbaycanın Xankəndi şəhərini təmsil edən futbol klubu. Azərbaycan Region Liqasında debüt edəcək "Xankəndi FK" komandası ilk yoxlama oyununu ASK Arenanın əsas meydançasında "Çinar Zəngilan" komandası ilə qarşılaşıb. Matç "Xankəndi"nin qələbəsiylə 3:0 başa çatıb. == Tarixi == Klub 2024-cü ildə yaranmışdır. Klubun icraçı direktoru Vasif İsmayılov, prezidenti isə Elnur Məcidovdur. Klub hələlik ev oyunlarını Şamaxı Olimpiya Mərkəzində keçirəcək.
Xankəndi şəhəri
Xankəndi — Azərbaycan Respublikasında şəhər. 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra yaradılan və 2023-cü ildə təkrar Azərbaycanın nəzarətinə keçənə qədər Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı idi. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi şəhərə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmışdır. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilmişdir.
Gürcü xingəli
Gürcü xəngəli və ya xinkali (gürc. ხინკალი) — Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır.
Gürcü xəngəli

Sarı xanəli
Ageratina rangelii
Amangeldi Jumabayev
Amangeldi Jumabayev (4 oktyabr 1951) — Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-2015).
Amangeldi rayonu
Amangeldi rayonu (qaz. Аманкелді ауданы) — Qazaxıstanın Kostanay vilayətində yerləşən rayon. İnzibati mərkəz Amangeldi kəndidir. == Coğrafiyası == Rayon Kostanay bölgəsinin cənub-şərq hissəsindədir. Cangeldinski və Naurzum bölgələri ilə yanaşı, regional tabelik şəhəri olan Kostalyay vilayətinin Arkalık şəhəri, Akmola vilayətinin Jarkain rayonu və Karaqanda vilayətinin Ulıtau rayonu ilə həmsərhəddir. Bölgənin cənub-şərq hissəsini Turqay yaylası tutur. Mineral ehtiyatları: qəhvəyi kömür, dəmir filizləri, boksit və tikinti materialları. İqlimi kontinental, qışı soyuq, yay mülayim isti. Yanvarın orta temperaturu: −16 … −18 ° С, iyul: 22 … 24 ° С. Orta illik yağıntı: 150–200 mm. Ulu-Jılanşık çayları bölgənin ərazisindən yuxarı axınlarda və orta və aşağı axınlarında qolları olan Sarıozen, Jaldama, Kara-Torgay ilə Torqay çayları axır.
Xanverdi Turaboğlu
Xanverdi Turab oğlu Fərziyev (3 sentyabr 1967) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002-ci ildən). Xanverdi Turaboğlu 1967-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin filoloğiya fakültəsində təhsil almışdır (1990-1995). Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşıdır (2003-cü ildən). İlk məgaləsi "Ədəbiyyat qəzeti"ndə dərc olunub ("Ömər Xəyyam", 1992-ci il 17 iyul). Müasir ədəbi proseslə (poeziya, nəsr, dramaturgiya, təngid və ədəbiyyatşünaslıgla), o cümlədən klassik Azərbaycan, rus, türkmən ədəbiyyatı ilə bağlı, eləcə də bədii yaradıcılığın nəzəri-estetik problemlərinə həsr olunmuş bir sıra coxsaylı irihəcmli elmi-tədqiqat və tənqidi əsərlərin müəllifidir. Dövri mətbuat səhifələrində, elmi jurnallarda, internetdə yazıları dərc olunur. "Dramaturgiyamızda psixologizm problemi (İlyas Əfəndiyevin yaradıcıliğı əsasında)" mövzusunda namizədlik dissertasiyasını yazıb tamamlamışdır.