Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanhüseyn Kazımlı
Xanhüseyn Hüseynağa oğlu Kazımlı (1 oktyabr 1942, Ağaməmmədli, İmişli rayonu) — Azərbaycan Sosial Rifah Partiyasının keçmiş sədri. == Həyatı == 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 55-dən çox monoqrafiya və dərsliyin, 7 tədqiqat əsərinin, 350-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri, prorektor vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrasının müdiridir.
Qışlaq-i Xanhüseynvalidanhacıməhəmmədtağı (Biləsuvar)
Qışlaq-i Xanhüseynvalidanhacıməhəmmədtağı (fars. قشلاق خان حسين ودلان حاج محمدتقي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 62 nəfər yaşayır (11 ailə).
Qışlaq-i Xanhüseynvalidanteymur (Biləsuvar)
Qışlaq-i Xanhüseynvalidanteymur (fars. قشلاق خان حسين ودلان تيمور‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (7 ailə).
Şahhüseyn Kərimov
Şahhüseyn Kərimov (2 sentyabr 1947–4 dekabr 2011) — Azərbaycanın şef-aşpazı. == Bioqrafiya == Şahhüseyn Kərimov 2 sentyabr 1947-ci ildə Azərbaycan Respublikası, Lənkaran şəhərində irsi kulinarlar ailəsində anadan olub. Uşaqlıqdan bəri kulinariya bacarıqlarını öyrənməyə başlamış, atasının restoranında köməkçi olaraq çalışırdı. Gənc yaşlarından atasından və yerli insanlardan Azərbaycan mətbəxinin sirlərini öyrənirdi. Yemək hazırlamaq istedadı onun genlərinə qoyulmuşdur. 11 saylı peşə liseyində aşpazlıq sənəti üzrə Nürəddin müəlliminin yanında möhkəm addımlarını atmışdır. Hərbi xidmətdə təlimatçı aşpaz kimi xidmət göstərib. Əsgərlik illərindən sonra Azərbaycanın, Rusiyanın, Fransanın dəyərli restoranlarında çalılışıb. Ailəlidir, 3 övladı var == Nailiyyətlər == 1983-cü il həyatının dönüş nöqtəsi olmuşdur. Belə ki, SSRİ Moskva şəhərində keçirilən individual sosialist yarışmada qalib olub "Лучший по профессии" Diplomuna layiq görülmüşdür.
Şahhüseyn Ordubadi
Şahhüseyn Ordubadi — şair == Həyatı == XV əsrdə yaşayıb. Gənc yaşlarından Xorasana gedib zəkası və biliyi sayəsində böyük şöhrət qazanmışdır. Əlişir Nəvainin (1441-1501) məclislərində iştirak etmiş, burada şeirlərini oxuyaraq,bir neçə dəfə mükafat və ənam almışdır. Qəsidələrinin çoxu müəmma formasındadır. == Ədəbiyyat == Tərbiyət M., Danişməndani-Azərbaycan,Bakı., 1987. səhifə.416-417.