XANHÜSEYN

xan Hüseyn, hökmdar Hüseyn, ağa Hüseyn.
XANHƏSƏN
XANIŞ
OBASTAN VİKİ
Xanhüseyn Kazımlı
Xanhüseyn Hüseynağa oğlu Kazımlı (1 oktyabr 1942, Ağaməmmədli, İmişli rayonu) — Azərbaycan Sosial Rifah Partiyasının keçmiş sədri. 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 55-dən çox monoqrafiya və dərsliyin, 7 tədqiqat əsərinin, 350-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri, prorektor vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrasının müdiridir.
Qışlaq-i Xanhüseynvalidanhacıməhəmmədtağı (Biləsuvar)
Qışlaq-i Xanhüseynvalidanhacıməhəmmədtağı (fars. قشلاق خان حسين ودلان حاج محمدتقي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 62 nəfər yaşayır (11 ailə).
Qışlaq-i Xanhüseynvalidanteymur (Biləsuvar)
Qışlaq-i Xanhüseynvalidanteymur (fars. قشلاق خان حسين ودلان تيمور‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (7 ailə).