Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanmurad Abdullayev
Xanmurad Xanbala oğlu Abdullayev — texnika üzrə fəlsəfə doktoru, AMEA İdarəetmə Sistemləri İnstitutunda. == Həyatı == Xanmurad Xanbala oğlu Abdullayev 9 mart 1959-cı ildə Hacıqaib, Quba rayonunun anadan olmuşdur. == Əmək və elmi fəaliyyəti == === Elmi əsərlərin sayı === Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: - Xaricdə çıxmış elmi əsərlərinin sayı: 12 Respublikada çıxmış elmi əsərlərinin sayı: 10 Konfrans məruzələri və tezislər sayı: 6 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: yoxdur === Əsas elmi nailiyyətləri === Proqramın idarəetmə qrafı üzərində seçilmiş yolların testləşdirilməsi üçün test nümunlərinin generasiyası üzrə effektiv alqoritmlər hazırlamışdır. Proqramların testdən keçirilməsi məqsədilə testlərin generasiyası üçün hazırlanmış məqsədyönlü metod Qeyri xətti sistem tənliklərin və bərabərsizliklərin həlli üçün evristik alqoritmlərin hazırlanması Proqramın idarəetmə qrafı üzərindəki yolların simvollar üzərində yerinə yetirilməsinin denatasion və operasion semantikalarının yaradılması Testləşdirmə sisteminin idarə olunması üçün dilin yaradılması === Əsas elmi əsərlərinin adları === "Метод автоматизированной генерации тестовых данных", Рига, Тез. докл. Всесоюзной Конференции "Тестирование, верификация и отладка", Том 1, 1986. "Отладка программ путем их целенаправленного тестирования и верификации", Киев, "Проблемы разработки и внедрения программного обеспечения ЭВМ и систем", Киев: ИК АН УССР, 1988. "Применение символьного выполнения для обеспечения структурной корректности программ"? Киев, Тез. докл.
Xanmurad bəy Qaraçorlu
Qaraçorlu Xanmurad bəy Xıdır bəy oğlu (1800-?) — Qarabağ bəyi, Sultan bəyin babası. == Həyatı == Xanmurad bəy Xıdır bəy oğlu 1800-cü ildə Qaraçorlu mahalının Hacısamlı bölgəsinin Kürdhacı (Qasımuşağı) obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi. Xanmurad camaat arasında sadəcə Murad adı ilə çağrılarmış.Murad zirək, çalışqan və əməksevər bir gənc imiş.Xırda alverlə məşğul olar, at və qatır saxlayarmış.Yaxşı atı və qatrı tanımaqda Murad mahir imiş.Ona görə də camaat arasında qatırçı Murad kimi tanınırmış. == Ailəsi == Xanmurad Hətəmlər kəndindən Şahverdinin bacısı Ağapəri ilə evlənir. Bir oğlan uşağı dünyaya gəlir, adını Əlipaşa (Paşa) qoyurlar. Xanmurad xırda alverçi olduğu üçün kəndləri gəzir, hamı ilə əlaqə saxlayır, ünsiyyətdə olur.Bir gün Xanmuradın həyat yoldaşı Ağapəri öyrənir ki, Xanmurad Əsəd Soltanlar kəndindən Əsəd Soltanın dul qalmış bacısı Bəyim xanımla evlənmək istəyir. Bu xəbəri eşidən Ağapəri bərk hirslənir. Ağapəri etirazını bildirmək üçün Bəyim xanıma məktub yazır.
Şahmurad İsgəndərov
Şahmurad Natiq oğlu İsgəndərov (17 dekabr 1996, Göylər, Şamaxı rayonu – 17 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmurad İsgəndərov 17 dekabr 1996-cı ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2003-cü ildə Əlisuvar Məmmədov adına 1 saylı Göylər kənd məktəbinə daxil olmuşdur. Məktəb illərindən idmana marağı olan Şahmurad məktəbin güləş dərnəyinə yazılmış, rayon və respublika səviyyəli yarışlarda fərqlənmişdir. 9-cu sinfi uğurla başa vurduqdan sonra öz istəyi ilə Şamaxı Humanitar Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisasına daxil olmuş, 28 iyun 2016-cı il tarixində əla qiymətlərlə məzun olmuşdur. Elə həmin ilin iyul ayında Quru Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətə yollanmışdır. Nümunəvi hərbi xidmətlə fərqləndiyi üçün həmin dövrdə valideynlərinə təşəkkürnamə göndərilmişdir. Hərbi xidməti başa vurduqdan sonra Göylər kəndinə qayıdan Şahmurad bir müddət sonra Türkiyə Respublikasına getmiş, 1 ay müddətində kurslarda iştirak etmişdir. İştirak etdiyi kursları başa vurduqdan sonra yenidən Azərbaycana qayıtmış və ixtisasına uyğun olaraq özəl peşə fəaliyyəti ilə məşğul olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şahmurad İsgəndərov 29 sentyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb.
Şahmurad Əlizadə
Əlizadə Şahmurad Hilal oğlu (24 yanvar 1991 - 14 aprel 2015) - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, gizir, şəhid. == Həyatı == 24 yanvar 1991-ci ildə Biləsuvar şəhərində anadan olub. 2008-ci ildə Biləsuvar şəhər Nizam Gəncəvi adına 1 saylı orta məktəbi bitirib. 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzini (TTM) bitirib. 14 aprel 2015-ci ildə Ağdam istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olub. Subay idi.
Aşıq Xanmusa
Aşıq Xanmusa (Xanmusa Musaxan oğlu Musayev; 1922 – 22 yanvar 2018) — Şirvan aşıq mühitinin ən görkəmli nümayəndələrindən olan ustad aşıq. “Əməkdar Mədəniyyət İşçisi” (2016). == Həyatı == Aşıq Xanmusa Musaxan oğlu Musayev 1922-ci ildə Şamaxının Şamlı kəndində anadan olub. İbtidai təhsilini bitirdikdən sonra məşhur balaban ustası İzzətalı Zülfüqarovla bərabər sənət aləminə qədəm qoyub. Aşıqlıq sənətini əvvəlcə atası Musaxan və əmisi Cənnətalıdan öyrənib, eyni zamanda aşıq Xanbaladan dərs alıb. Daha sonra isə Cəyirli ustad aşıq Abbasdan sənətin sirlərini daha mükəmməl öyrənib. Aşıq Xanmusa uzun müddət Qobustan rayon Mədəniyyət evində aşıqlar ansamblına başçılıq edib. Xanmusa Musayev 2018-ci il yanvarın 22-də vəfat edib. == Təltifləri == O, iki dəfə ümumittifaq müsabiqəsinin laureatı olub, dəfələrlə Mədəniyyət və Turizm nazirliyinin, Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin fəxri fərmanı və diplomlarla təltif olunub. 2016-cı ilin iyulunda Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ona "Əməkdar Mədəniyyət işçisi" fəxri adı verilib.