Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanxanım (Çaroymaq)
Xanxanım (fars. خان خانم‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 79 nəfər yaşayır (13 ailə).
Xanxanımlı
Xanxanımlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Şirvanlı kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsi vaxtilə Azərbaycan xanlarından birinin xanımına məxsus olduğundan belə adlandırılmışdır. Oykonim "xanın xanımına məxsus" deməkdir.
Xanxanımlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Anaxanım Tağıyeva
Azərin (doğum adı: Anaxanım Etibar qızı Tağıyeva; 9 may 1971, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2015), Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestr ifaçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. == Karyerası == İlk solo albomu, 2001-ci ildə Qazaxıstandaki "Asiyanın Səsi" müsabiqəsindən sonra işıq üzü görüb. Bu diskin, həmçinin 2004-cü ildə çıxan diskin repertuarına korifey sənətkarların mahnıları və xarici klassik musiqi nümunələri daxil edilmişdir. 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2015-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür.
Anaxanım Xanlarova
Anaxanım Hüseynbəy qızı Xanlarova (21 oktyabr 1915, Bakı – 7 fevral 2007, Bakı) — İlk qadın korrozionist alim == Həyatı == Dünya miqyasında tanınmış alim qadınlarımızdan biri texnika elmləri doktoru, professor Anaxanım Hüseynbəy qızı Xanlarovadır. Onun metalların korroziyası və mühafizəsi sahəsindəki elmi nailiyyətləri yüksək dəyərləndirilmişdir. O, neft-qaz mədən qurğularının korroziyadan mühafizəsi üsullarını yaradaraq qurğunun əsas təmirlərarası müddətini iki dəfədən artıq uzatmağa müvəffəq olmuşdur. Professor Anaxanım Xanlarova məşhur Xanlarovlar nəslindəndir. Bakı xanlarından olmuş bu nəsil elmimizə, mədəniyyətimizə istedadlı şəxslər vermişdir. Atası Hüseynbəy Xanlarov gənclik illərində Avropada yaşamış və təhsil almışdı. Anası Şeyda Şamxorskaya zadəgan ailəsindən idi. Təhsilini dayısı maarifpərvər həkim Qara bəy Qarabəyovun yanında almışdı. Milli adət-ənənələr əsasında gözəl ailə tərbiyəsi görmüş Anaxanım Bakıda 132 nömrəli orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Bakı Sənaye Texnikumunda oxumuşdur. 1934-cü ildə isə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur.
Başxanım Şəfiqızı
Başxanım Şəfiqızı (1880, Daşkənd, Yeni Bəyazid qəzası – 18 noyabr 1958, Daşkənd, Basarkeçər rayonu) — Göyçə mahalında yaşamış şairə. == Həyatı == Rəsulova Başxanım Şəfi qızı 1880-ci ildə Göyçə mahalının Daşkənd kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Şəfi, qardaşları Molla Mehdi və Hacı Rəhim dövrünün mütərəqqi ziyalısı olmuşdur. Qardaşı Hacı Rəhim 1905-ci və 1918-ci illərdə daşnaqlara qarşı vuruşan və bu yolda şəhid olan ən cəsur igidlərdən olmuşdur. Başxanım da atası və qardaşlarından ərəb və fars dilində yazıb oxumağı öyrənmişdir. Səxavətdə, mərhəmətdə Hatəmi-Taun qədər ad-san qazanan Başxanım hazırcavablığı ilə də Göyçə mahalında məşhur qadınlardan olmuşdur. Böyük Vətən müharibəsindən oğlu Nəsib (1909–1941/45) və İkinci dünya müharibəsindən oğlu Zülfiqarın (1912–1939/45) qayıtmaması, həyat yoldaşı Məhərrəmin (1873–1953) gözlərinin tez tutulması və onun da vəfatı Başxanımı çox sarsıtmışdır. Başxanım Şəfiqızı 18 noyabr 1958-ci ildə doğma vətəni Daşkənd kəndində vəfat etmiş və Daşkənd qəbiristanlığında dəfn edilmişdir. == Haqqında yazılanlar == Başxanım Şəfiqızının həyatı və yaradıcılığı haqqında bir neçə kitabda məlumat verilmişdir: 1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Başxanım Şəfiqızının qoşmaları və bayatıları nəşr olunmuşdur (səh 157–159). 1998-ci ildə Gəncə nəşriyyatında çap olunan Sərraf Şiruyənin "Bu ocağın odu sönməz" kitabında (səh.
Anaxanım İsmayılova
Anaxanım İsmayılova (qızlıq soyadı: Ağayeva) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Anaxanım Ağayeva 2014-cü ilin 31 may-8 iyunda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Ağayeva 1/8 final mərhələsində Almaniya nümayəndəsi Sarah Bormanna qalib gəlsə də (3:0), 1/4 final mərhələsində Fransa təmsilçisi Vassilia Lxadiriya məğlub oldu (1:2) və Avropa Çempionatının beşinci pillədə başa vurdu. Daha sonra Anaxanım Ağayeva 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Ağayeva 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Tailand nümayəndəsi Sopida Satumruma məğlub oldu (0:3) və mübarizəsini dayandırdı. 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Anaxanım Ağayeva, turnirin 1/8 final mərhələsindəcə Polşa nümayəndəsi Sandra Drabiha məğlub oldu (0:3) və mübarizəsini dayandırdı. Daha sonra Anaxanım Ağayeva 2016-cı ilin 8-18 aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Ağayeva turnirin 1/16 final mərhələsindəcə Moldova nümayəndəsi Yuliya Koroliya məğlub oldu (1:2) və mübarizəsini dayandırdı. Anaxanım Ağayeva 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında da mübarizə apardı. Ağayeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Yelena Saveleva məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.
Xanxana (Sulduz)
Xanxana (fars. خنخنه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (82 ailə).
Altmış dörd xananın sirri (film, 2015)