Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Borjomi-Xaraquli Milli Parkı
Borjomi-Xaraquli Milli Parkı (gürc. ბორჯომ-ხარაგაულის ეროვნული პარკი, borjom-kharagaulis erovnuli parki) və ya qısaca BXMP — Gürcüstanın paytaxtı Tiflisin cənub-qərbində, Kiçik Qafqazda yerləşən milli park. Gürcüstanın ən böyük milli parklarından biridir. Altı inzibati rayondan ibarət olub Borjomi kurortundan Xaraqauli şəhərinə qədər uzanır. Qonşu Borjomi qoruğu ilə birlikdə sahəsi 851 km2-dir və Gürcüstan ərazisinin 1 %-indən çoxunu təşkil edir. Milli park 1995-ci ildə qurulsa da, rəsmi açılışı 2001-ci ildə baş tutmuşdur. Milli parkın özünəməxsus xüsusiyyətləri ekoloji və coğrafi zonalarının müxtəlifliyi, mənzərəsi, tarixi abidələri, zəngin flora və faunasıdır. Milli parkın turizm infrastrukturu sürətlə inkişaf edir. == Tarixi == Milli parkın tarixi orta əsrlərə gedib çıxır. Buradan əvvəllər yerli zadəganlar ovçuluq üçün istifadə etmişlər.
Arıqlı
Arıqlı (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Arıqlı (Sisyan) — Sisyan rayonunda kənd. Arıxlı —Gürcüstanın Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd.
Sarı xanıməli
Arıqlı (Sisyan)
Arıqlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Ariklu formasında qeyd edilmişdir. Toponim türk mənşəli arıq etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzələn etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 nəfər, 1914 - cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmiş və kənd dağılıb xarabalığa çevrilmişdir.
Arıqlı (Xoy)
Arıqlı (fars. اريگلو‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Çarıqlı milyonçu (film, 1983)
Çarıqlı milyonçu- 1983-cü il istehsalı komediya janrında film. Filmin rejissoru Qartal Tibet, ssenaristi isə İhsan Yücedir. Filmin baş rolunda Kamal Sunal və Nəcla Nazır ifa edir.