Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xaxaper
Xaxaper — Xocalı rayonunun Şimal qərbində dağ. Hündürlüyü 1773 m. Oronim xaxa/ kaxa (kicik tikili, türbə) veper (pir sözünun tələffüz forması) komponentlərindən düzəlib, "türbə, pir" mənasındadır. Gorunur, dağın adı ərazisindəki qəbir pirin adındandır Dağın başqa bir adının Qarqar dağı olması haqqında mülahizələr mövcuddur.
Arif Xasayev
Arif Murtuzəli oğlu Xasayev (27 avqust 1934, Qazax rayonu – 13 may 2006) — texnika elmləri doktoru, professor. ADNA-nın kafedra müdiri (1978–1996), "Qaradağneft" NQÇİ ÜNİPR-in rəisi, "Neft və qazın hasilatı" elmi-tədqiqat şöbəsinin rəhbəri. == Həyatı == Xasayev Arif Murtuzəli oğlu Azərbaycanın Qazax rayonunun Qıraq Kəsəmənli kəndində anadan olmuşdur. 1956-cı ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSi-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1966-cı ilə qədər respublikanın neft mədənlərində, "Qaradağneft" NQÇİ ÜNİPR-in operatorundan rəisinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1963-cü ildə "İstismar quyularında suların təcridi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1966–1986-cı illərdə onun elmi fəaliyyəti AzETNÇİ və AzNKİ ilə bağlı olub və burada o "Layların eyni vaxtda ayrı-ayrılıqda istismarı", "Neft hasilatının yeni üsulları", "Laylara fiziki-kimyəvi təsir üsulları" laboratoriyalarına və "Neft və qazın hasilatı" elmi-tədqiqat şöbəsinə rəhbərlik etmişdir. 1974-cü ildə "Neft hasilatında qeyri-nyuton sistemlərinin tətbiqinin xassələrinin və xüsusiyyətlərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == Xasayev A.M. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: neft yataqlarının işlənilməsi və istismarının müxtəlif problemlərinin həlli. Xasayev A.M. 200-dən artıq elmi məqalənin, bir sıra monoqrafiyanın, dərsliklərin, tədris-metodik vəsaitlərin müəllifidir.
Elməddin Xasayev
Elməddin Qoçu oğlu Xasayev (12 fevral 1980; Beyləqan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi sanitarı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Xasayev 1980-ci il fevralın 12-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. == Hərbi xidməti == Elməddin Xasayev 2014-cü ildən hərbi sanitar vəzifəsində xidmət edirdi. Bir müddət Beyləqan rayonunda və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət edəndən sonra o, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam elədi. Azərbaycan Ordusunun çavuşu olan Elməddin Xasayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Elməddin Xasayev sentyabrın 27-də müharibənin birinci saatlarında Füzulinin azad edilməsi zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Xasayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Xasayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Xasayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Murad Xaçayev
Murad Şamil oğlu Xaçayev (14 aprel, 1998, Luqansk, Ukrayna) - Azərbaycanlı futbolçu. Hazırda Azərbaycan Premyer Liqasıda iştirak edən Sumqayıt klubunda çıxış edir. == Klub karyerası == Ukraynada doğulan Murad Xaçayev ilkin futbol təhsilini bu ölkənin Şaxtyor klubunda almışdır. Futbolçu peşəkar karyerasına isə Sumqayıt klubunda başlamışdır və hazırda da bu komandanın şərəfini qoruyur. == Milli komanda karyerası == Ukraynalı oyunçu milli seçimini Azərbaycandan yana edib və bu ölkənin U-19 komandasına dəvət alıb. Ancaq hələki əsas millidə debüt etməyib.
Rauf Xasayev
Xasayev Rauf Murtuzəli oğlu - texnika elmləri doktoru, professor == Həyatı == Xasayev Rauf Murtuzəli oğlu Azərbaycanın Qazax rayonunun Qıraq Kəsəmənli kəndində anadan olmuşdur. 1957-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mexanika fakültəsini fərqlənmə ilə bitirdikdən sonra, "Azərdənizneftkəşfiyyatı" trestində qazıma briqadasında fəhlə, qazmaçı köməkçisi və qazıma işləri idarəsində baş mühəndis işləmişdir. 1958-1960-cı illərdə Azərbaycan BK LKSM-də təlimatçı və şöbə müdiri olmuşdur. 1960-1967-ci illərdə Neft Sənayesi Nazirliyi "Xəzərdənizneftkəşfiyyat" qazıma işləri idarəsində istehsalat-texniki idarəsinin rəisi olmuşdur. 1964-1965-ci illərdə Ümumittifaq təhlükəsizlik texnikası elmi-tədqiqat institutunun aspirantı olub. 1965-cı ildə "Yuyucu qazıma məhlullarının hərəkəti zamanı hidravlik itkilərin tədqiqi və quyuların salınması prosesində bəzi mürəkkəbləşmələrin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-1969-cu illərdə AzPİ-nun "Nəzəri mexanika" kafedrasında baş müəllim, AzNKİ-nun "Neft və qaz yataqlarının işlənilməsi" kafedrasında dosent kimi çalışıb. 1969-1989-cu illərdə Ümumittifaq təhlükəsizlik texnikası elmi-tədqiqat institutunda laboratoriya rəhbəri, 1989-cu ildə isə elmi işlər üzrə direktor müavini işləyibdir. 1986-cı ildə "İstilikqazohidrodinamika, yuyucu məhlullar problemlərinin tədqiqi və quyuların salınması prosesindəki mürəkkəbləşmələrlə mübarizə üsullarının işlənilməsi üçün ölçülərin işlənilməsində tətbiq edilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1991-1996-cı illərdə "Əməyin və ətraf mühitin mühafizəsi", "Sənaye ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedralarının rəhbəri, 1996-1999-cu illərdə isə AzPİ-nun kafedrasında professor olmuşdur.
Səbuhi Xasayev
Səbuhi Xasayev () — Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdu. 1980-ci ildə 5 saylı orta məktəbi Qızıl medalla bitirmişdi. Daşkənd Dövlət Universitetində hüquqşünas ixtisasına yiyələnmişdi. Daşkənddə prokuror köməkçisi işləyirdi. Tarixin ağır günlərində Gəncəyə qayıdaraq Qazax hərbi qarnizonunun prokurorluğunda baş müstəntiq vəzifəsində çalışmağa başlayıb. 1994-cü il martın 29-da leytenant Xasayev Gədəbəy rayonunun Şınıx bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində faciəli surətdə həlak olmuşdu. == Həyatı == Xasayev Səbuhi Lüdviq oğlu 1963-cü il mayın 15-də Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdu. 1980-ci ildə 5 saylı orta məktəbi Qızıl medalla bitirmişdi. Əlaçı olan Səbuhi sinif yoldaşları arasında "milyonçu" deyə çağırılırdı. Səbəbi isə aldığı qiymətlərin hamısının əla olması idi.
İbray Jaxayev
İbray Jaxayev (Jakayev) (qaz. Ыбырай Жақаев; 16 may 1891, Şiyeli vilayəti[d], Qızılorda vilayəti – 19 sentyabr 1981, Qızılorda vilayəti) — əməkdar qazax düyü yetişdiricisi, novator, İki dəfə Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1891-ci ilin may ayında Sır-Dərya quberniyasının Perovski rayonu çayının volostunun 8 saylı kəndində anadan olmuşdur (indiki Qazaxıstanın Qızılorda vilayətinin Çiili vilayəti). 1940-cı ildən KSSR Qızıl-Orda bölgəsinin Chiili rayonunun "Kzıl-Tu" kolxozunun üzvüdür. Bütün həyatını düyü yetişdirməyə həsr etdi. 50 il ərzində düyü əkməklə məşğul idi, hər hektardan 172 sentner aldığı bir vaxt var idi. Beləliklə, yetişdirilən məhsulların sayına görə dünya rekordu qoydu. Böyük Vətən müharibəsi illərində onun bölməsi hər hektardan 80-90 sentner məhsul götürmüşdür. 1942-1967-ci illərdə Jakayev bölməsində orta düyü məhsuldarlığı ümumi sahəsi 20 hektar olan hektardan 80-92 sentner olmuşdur. 1949-cu ildə Jakayev hektardan 171 sentner düyü aldı.
Səbuhi Xasayev (əsgər)
Səbuhi Xasayev () — Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdu. 1980-ci ildə 5 saylı orta məktəbi Qızıl medalla bitirmişdi. Daşkənd Dövlət Universitetində hüquqşünas ixtisasına yiyələnmişdi. Daşkənddə prokuror köməkçisi işləyirdi. Tarixin ağır günlərində Gəncəyə qayıdaraq Qazax hərbi qarnizonunun prokurorluğunda baş müstəntiq vəzifəsində çalışmağa başlayıb. 1994-cü il martın 29-da leytenant Xasayev Gədəbəy rayonunun Şınıx bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində faciəli surətdə həlak olmuşdu. == Həyatı == Xasayev Səbuhi Lüdviq oğlu 1963-cü il mayın 15-də Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdu. 1980-ci ildə 5 saylı orta məktəbi Qızıl medalla bitirmişdi. Əlaçı olan Səbuhi sinif yoldaşları arasında "milyonçu" deyə çağırılırdı. Səbəbi isə aldığı qiymətlərin hamısının əla olması idi.