Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xionosfer
Xionosfer (rus. хионосфера, ing. chionosphere) — yun. chion-qar və sphaira – kürə troposferin sülb atmosfer çöküntüləri balansı müsbət olan qatını göstərmək üçün, şərti anlayış X. alt sərhəddinin yer səthinə çatıb-çatmamasından asılı olmayaraq.
İonosfer
İonosfer- atmosferin 50 (80) km-dən yuxarıda yerləşən ionlaşmış qatı. İonosferin yuxarı sərhəddi şərti olaraq 15-20 min km götürülür. İonlaşma qısa dalğalı günəş şüalarının, korpuskulyar sellərin, kosmik şüaların və s. təsiri nəticəsində baş verir. Maksimum ionlaşma gecə 300-400 km, gündüz isə 160-320 km yüksəkliyədək müşahidə olunur. İonosferdə temperatur hündürlükdən asılı olaraq yüzlərlə, hətta minlərlə dərəcəyə çatır. Buna görə İonosferə Termosfer də deyilir.
Xromosfer
Xromosfer — Günəşin səthindən 14–15 min km məsafəyə qədər uzaqlaşan qaz təbəqəsidir. O, Günəş fotosferinin üzərində yüksək temperaturlu qazlardan ibarət olan təbəqədir. Xromosferdə bəzən fotosferdən şüalanan intensiv alovun püskürməsi yaranır və ətrafa yayılır. Ətrafa səpələnən qırmızı alov dillərindən ibarət olan, hündürlüyü bir neçə yüz km-ə (500 km) çatan qızmar kütlənin çıxıntısı protuberanslar yaranır. Bu zaman Yer atmosferinə və maqnit sahəsinə gələn ultrabənövşəyi şüaların təsiri güclənir.