Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xirsa
Xirsa (gürc. ხირსა) — Gürcüstanın Kaxetiya ölkəsində, inzibati mərkəzi Siqnaxi şəhəri olan Siqnaxi bələdiyyəsi ərazisində kənd. Yaxınlığındakı Tibaani kəndinin əvvəlki adı da Xirsa olmuşdur və Xirsa monastırı həmin kəndin ərazisindədir.
Xirsa monastırı
Xirsa monastırı — Gürcüstanın Kaxeti ölkəsindəki Siqnaxi şəhərindən 14 km məsafədə, Tibaani kəndində monastır. VI əsrdə suriyalı müqəddəs atalardan biri olan Stefan Xriseli tərəfində tikilmişdir. Stefan Xriselinin qəbri də buradadır. Dəfələrlə uçmuş və dəfələrlə – XI, XVI, XIX əsrlərdə bərpa edilmişdir. Kilsənin bayır sivarındakı relyef xaçının sol qanadında, iki sətrlik gürcü dilində yazının "Ya isa Kverikani şərəfləndir" kimi oxunduğu iddia olunur. Müasir erməni tarixçisi Hamlet Mkrtumyana görə isə həmin iki sətrlik gürcü dilində yazının tərcüməsi belədir: "Ya İsa, çar Qaqiki şöhrətləndir!". Digər tərəfdəki xaçın üstündə isə gürcü dilində "Ya İsa çar Leonu şərəfləndir" yazılmışdır. == Ədəbiyyat == ხირსის მამათა მონასტერი ხირსა — მის შესახებ სტატიები, ბიბლიოგრაფია ეპისკოპოსი კირიონი. ღირსი სტეფანე და მის მიერ დაარსებული ხირსის მონასტერი. თბილისი, 1998 წელი.