Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cirdək
Cirdək — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Cir (qədim türk dillərində çir) Azərbaycan dilinin dialekt və şivələrində "kiçik, balaca" mənasında işlənmişdir. -dək məkan, yer bildirən şəkilçidir. Oykonim "kicik, balaca yaşayış yeri" mənasını bildirir. Kənd həqiqətən də sahəsinə görə cox kiçikdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Tovuz şəhərinin mərkəzindən 35 km aralıda, Tovuz-Böyük Qışlaq yolunun üzərində, dağlıq ərazidə yerləşir. Kənd dörd bir yandan dağ və meşələrlə əhatə olunmuşdur. Kəndin içməli suyunu bulaqlar təşkil edir. Cirdək kəndi Qandalar, Kazımlı, Çatax, Hacılar, Saladınlı kəndləri ilə həmsərhəddir.
Xertek Toybuxaa
Xertek Xoybuxaa(rus. Тойбухаа Хертек Коштайович; 1917 – 1981) — Tıvanın görkəmli daş ustası, Rusiya Sovet Federativ Sosialist Respublikasının əməkdar artisti, Rusiya Sovet Federativ Sosialist Respublikası İ. E. Repin adına Dövlət mükafatı laureatı, Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, Tıvan Muxtar Sovet Sosialist Respublikasının Dövlət Mükafatı laureatı. == Bioqrafiyası == Xertek Toybuxaa 1917-ci ildə Barun-Kemçik rayonunda, Hondelen çayının sahilində bir çoban ailəsində anadan olmuşdur (Kop-Suk kəndi, Bay-Tayqa kojuun). Karyerasına kənddə sadə bir işçi kimi başlamışdır. 1936-cı ildə Xertek Toybuxaa Qızıl-Majalik kəndində bir feldsher-baytar həkimi kurslarını başa vurur və otuz ildən çox Bay-Tayqa rayonunun Qızıldağ kəndində baytar işləyir. 1949-cu ildən etibarən Xertek Toybuxaa müxtəlif sərgilərdə iştirak etməyə başlayır və onun əməyi yüksək qiymətləndirilir. 1964-cü ildə SSRİ Rəssamlar İttifaqına qəbul edilir. Tıva və rus təsviri sənətinin inkişafındakı böyük töhfəsinə görə Xertek Toybuxaa "Rusiya Sovet Federativ Sosialist Respublikasının əməkdar artisti" (1970), "Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq artisti" (1977), 1971.1972-ci illərdə müvafiq olaraq Tıva Muxtar Sovet Sosialist Respublikasının və Rusiya Sovet Federativ Sosialist Respublikasının Dövlət Mükafatlarına lauiq görülmüşdür. Adı respublikanın ən yaxşı məktəblərindən birinə Bay-Tayqa Uşaq Rəssamlıq Məktəbinə verilir. == Yaradıcılığı == Xertek Toybuxaa köhnə daş kəsici Kujuqet Duktuq-oola çox şey öyrənir.