İRTMƏK

is. Heyvanların quyruqlarının dibindəki sümük və bunun buğumu.
// Quyruq. At irtməyini əyri tutur.
– Keşnişlə, yemliklə bəzənib təpə; Ağ irtmək ceyranı edərdi qonaq. H.K.Sanılı.
Dizlərini yerə qoyub irtməklərini oynada-oynada, analarının döşünü dümsükləyə-dümsükləyə əmişən quzular göy otun üstünə səpələnmişdilər. R.Rza.

Этимология

  • İRTMƏK Bazar ertəsi birləşməsindəki ert hissəsi ilə bağlıdır. Ert sözü “keçib getmiş”, “tamamlanmış”, “qurtarmış” mənalarında işlədilib
İRTİKAB
İRTMƏKLƏMƏ

Значение слова в других словарях