Cirdək — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd.[2]
Cirdək | |
---|---|
40°43′13″ şm. e. 45°34′28″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Cir (qədim türk dillərində çir) Azərbaycan dilinin dialekt və şivələrində "kiçik, balaca" mənasında işlənmişdir. -dək məkan, yer bildirən şəkilçidir. Oykonim "kicik, balaca yaşayış yeri" mənasını bildirir. Kənd həqiqətən də sahəsinə görə cox kiçikdir.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Tovuz şəhərinin mərkəzindən 35 km aralıda, Tovuz-Böyük Qışlaq yolunun üzərində, dağlıq ərazidə yerləşir. Kənd dörd bir yandan dağ və meşələrlə əhatə olunmuşdur. Kəndin içməli suyunu bulaqlar təşkil edir. Cirdək kəndi Qandalar, Kazımlı, Çatax, Hacılar, Saladınlı kəndləri ilə həmsərhəddir.
Kənddə havanın orta illik temperaturu 8-13 C, yanvarda -5-4 C, iyulda isə 18-25 C dərəcə arasında dəyişir. Orta illik nisbi rütubəti 71 %-dir. Yağıntının illik miqdarı 400–700 mm-dir.
Kəndin yer adları: Qız Dağı, Kalafalıq, Göyəmli, Kəmər Qayası, Böyük Qaya, Hərrəmələr, Qamışlı, Cilli, Quşburnu, Dovşançalan, Arxac, Çökək, Qırmızı Qaya, Balacırım, Böyükcırım
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 283 | 134 | 149 |
2009[5] | ↗285 | ↗148 | ↘137 |
Cirdək kəndinin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıq və arıçılıq kənd təsərrüfatının mühüm sahələridir.
Kənddə Cirdək kənd kitabxana filialı,[7] Cirdək kənd klubu[8] fəaliyyət göstərir.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənd ərazisində ziyarətgah olan Hacı Mirbağırın ocağı var.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.