Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xloritlər
Xloritlər - minerallar, Mg və Fe təbəqəli quruluşlu sulu metaalümosilikatlar, (Mg,Fe2+)3[(OH)2 | AlSi3O10] {(Mg,Fe3)3(OH)6}. Dioktaedrik və trioktaedrik xloritlər məlumdur; çoxunun quruluşu qismən, yaxud tamamilə nizamlanmamış olur. Geniş izomorf əvəzlənmələri məlumdur. Bütün xloritlər aşağıdakı ümümi xassələrə malikdir: monoklinik, ya da triklinik; habitus lövhəvari, lövhəciklər. İkiləşmə mika qanunu üzrə. İkiləşmə tikişi (001) və ikiləşmə oxu [001]; ayrılması {001} üzrə mükəmməl. Aqreqat: pulcuqvari, sferolit, oolit, gizlikristallik; əsasən yaşıl, lakin çəhrayı-qırmızı (Cr), qonuru-qara da (Fe-xlorit) olur. Sərtliyi 2-3. Xüsusi çəki 2,6-3,3; Xloritlər şüasındırma qabiliyyəti Fe, Mg, Cr miqdarının artması ilə yüksəlir və SiO2 miqdarının azalması ilə azalır; ayrılma pulcuqları əyilgəndir, lakin qeyri-elastikdir. Xloritlər əsas etibarilə püskürmə süxurlarının Mg-Fe mineralları hesabına hidrotermal dəyişmə nəticəsində əmələ gəlir; yaşıl şistlərin metamorfizminin aşağı pilləsində.
Xorvatlar
Xorvatlar (xorv. Hrvati) – Balkanda, başlıca olaraq Xorvatiya (89%) və Bosniya və Herseqovinada (15%) yaşayan cənub slavyan millətidir. Xorvat icmaları həmçinin Qərbi Avropada, ABŞ-də, Cənubi Amerikada, Avstraliyada və Yeni Zelandiyada da mövcuddur. Xorvat dilində danışan xorvatlar Roma katolik məzhəbinə aiddirlər. == Tarix == Dalmasiya knyazlığı ilk xorvat dövləti sayılmaqdadır. Belə ki, 852-ci ildə bu dövlətin başçısı knyaz Tripimir özünü xorvatların hökmdarı elan etmişdir. 925-ci ildə isə xorvat hökmdarı Tomislav bütün xorvatları birləşdirərək və Panoniya knyazlığını işğal edərək, dövlət yaratmağa nail olmuşdur. 1102-ci ildə Macarıstanla sülalə ittifaqı yaratmış xorvatlar bu hadisədən sonra macarlaşmaya məruz qalmağa başladılar. 1526-ci ildə baş vermiş Mohaç döyüşündən sonra Macarıstan Krallığının ərazisi Osmanlı və Habsburqlar imperiyaları arasında bölüşdürülmüşdür. Bu vəziyyətdə Avstriya ilə ittifaq bağlamış xorvatlar tədricən alman təsiri altına düşür.
Boratlar
Boratlar — minerallar, ortobor turşusu H3BO3 və hipotetik polibor turşuları H2B4O7, H3B5O9 və başqa duzları. == Haqqında == Boratlar təbiətdə 85 borat məlumdur. Susuz boratlar. Sərtliyi adətən 5–6, suluların 2–4. Rəngsiz, ağ, boz, bəzən sarı və başqa rənglərdə. Boratlar bir neçə növ genetik yataqları rast gəlir; əsasən kontakt-metasomatik, vulkanogen-çökmə və halogen mənşəli yataqlardır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Serbiyada xorvatlar
Serbiyada xorvatlar (serb-xorv. Hrvati u Srbiji, serb-kiril Хрвати у Србији) — Serbiya ərazisində yaşayan etnik azlıq. Milli azlıq statusunu 2002-ci ildə almışlar. Serbiyada 2011-ci il siyahıya alınmasına görə 57 900 xorvat yaşayır. Bunun 54 785 nəfəri Voevodina və Belqradda cəmləşmişdir. == Demoqrafiya == Serbiyalı xorvatların sayı 1960-cı illərin əvvəlində sürətlə artırdı. Bu təbii artımla əlaqədar olmuşdur. Sonradan isə təbii artımın azalması, miqrasiya və etnik mənsubiyyət dəyişdirilməsi nəticəsində saylarında azalma baş verir. Yuqoslaviyada 1948-ci il siyahıya alınmasına görə Serbiya ərazisində 169 864, 1991-ci il siyahıya alınmasına görə isə 105 406 milliyətcə xorvat olan əhali yaşayırdı. Bu isə müvafiq olaraq ümumi əhalinin 2,6 % və 1,1 % təşkil edirdi.
Xərratlar məhəlləsi
Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri. == Aşağı məhəllə == Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi. == Biləndərlilər məhəlləsi == Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir.
Bosniya və Herseqovinada xorvatlar
Bosniya və Herseqovinada xorvatlar - ölkə ərazisində dövlətin üç əsas xalqından birini təşkil edir. Bosniya və Herseqovina ərazisində xorvatların dəqiq sayı İkinci Dünya müharibəsindən sonra məlum deyildir. Yuqoslaviya ərazisində müharibə, XX əsrin 90-cı illərində etnik təmizləmə nəticəsindı Bosniya və Herseqovina ərazisində xorvatların sayı azalmışdır. Hazırda Bosniya və Herseqovina ərazisində 600 000 xorvat yaşayır. Rəsmi məlumata görə Bosniya və Herseqovina əhalisinin 14,3 % xorvatlardır. == Tarixi == Müasir bosniya ərazisində xorvatlar VII əsrdə peyda olmuşlar. Bosniya və Xorvatiya ərazisində Pannoniya və Dalmasiya knyazlıqları peyda olmuşdur. 925-ci ildə xorvat kralı I Tomislav onları vahid bir krallıqda birləşdirmişdir. 1102-ci ildə isə Xorvatiya Macarıstanla birlışir. Burada iki krallıq bir hökmdar tərəfindən idarə edilirdi.
Slovenlər, Xorvatlar və Serblər dövləti
Slovenlər, Xorvatlar və Serblər dövləti (serb-xorv. Država Slovenaca, Hrvata i Srba / Држава Словенаца, Хрвата и Срба; sloven. Država Slovencev, Hrvatov in Srbov) — Avstriya-Macarıstan dağılmasından sonra Balkan yarımadasında meydana gələn dövlət quruluşu. 1918-ci il oktyabrın 29-da Xorvatiya və Slavoniya Krallığının, Dalmasiya Krallığının, Bosniya və Herseqovina və Krayna hersoqluğunun vahid bir dövlətə birləşdirilməsi nəticəsində yarandı. O, heç bir dövlət tərəfindən tanınmadı. Həmin il dekabrın 1-də dövlət Serbiya krallığı ilə birləşdi və bununla Serblər, Xorvatlar və Slovenlər Krallığını (1929-cu ildən Yuqoslaviya Krallığı) yarandı. Serbiya kralı I Pyotr Karageorgiyeviç dövlət başçısı elan edildi. == Adlandırması == Ölkə əhalinin mütləq əksəriyyətini təşkil edən üç cənubi slavyan xalqının (slovenlər, xorvatlar və serblər) şərəfinə aldlandırıldı. Eyni zamanda, boşnaklar ayrı millət sayılmırdılar. == Tarixi == Dövlət rəsmi olaraq 1918-ci il oktyabrın 29-da quruldu.