Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Morfologiya
Morfologiya (yun. morphe – forma, logos – təlim) — hər hansı bir dildə söz formalarının dəyişməsi sistemi, habelə qrammatikanın sözlərin formalarını öyrənən şöbəsi. Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. == Morfologiyanın növləri == Morfologiya şöbəsi sözün morfoloji-qrammatik xüsusiyyətlərini müxtəlif istiqamətdə tədqiq edib öyrənir. Buna görə də morfologiyanın müxtəlif növləri meydana çıxır. Bu baxımdan morfologiyanın növləri, əsasən, aşağıdakılardır. === Təsviri morfologiya === Təsviri morfologiya dilin müasir səviyyəsində sözlərin morfoloji-qrammatik xüsusiyyətlərini öyrənir. Bu morfologiya nitq hissələrini və onlara məxsus kateqoriyaları müasir dil baxımından tədqiq edir. === Tarixi morfologiya === Dil yarandığı gündən inkişaf edir, təkmilləşir. Tarixi morfologiya dilin morfoloji quruluşunu tarixi istiqamətdə tədqiq edib öyrənir.
Xronologiya
Xronologiya ("zaman elmi"; yun. χρόνος — zaman, λόγος — bilik) — tarixi ardıcıllıq. Xronologiya, hadisələrin tarixi sıralanması ilə əlaqədar elm sahəsidir. Xronologiya tarix və zamanı öyrənir. Tarixi xronologiya müxtəlif xalqlar tərəfindən vaxtın ölçülməsi üsullarını, təqvimlərin tarixini öyrənir, müxtəlif hadisələrin tarixini müasir vaxt hesablama sistemi ilə müqayisəli şəkildə müəyyənləşdirir və dəqiqləşdirir.
Orologiya
Oroqrafiya (yun. όρος – "dağ" və γραφία – "yazıram") — fiziki coğrafiyanın Yer səthinin relyef quruluşunu öyrənən bölməsi. Həmçinin "oreoqrafiya", "orologiya" və "oreologiya" adlarından da istifadə edilir. Orfoqrafiya – [yun. orthographia, orthos – düzgun] 1)dilçilikdə düzgün yazı qaydaları; 2)yazılı nitqin (söz və qrammatik formaların) düzgun əks olunmasını tənzim edən vahid qaydalar sistemi. Orfoqrafiya qaydaları nitqin yazılı formasını sabitləşdirir və ünsiyyət üçün əlverişli şəklə salır. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Reologiya
Reologiya yunan (rheos – axım və loqos – söz, nəzəriyyə) sözündən yaranan, maddənin axımı və deformasiya haqqında elmdir. Reologiyanın M. Reynerin nəzəriylə fizika elminə, daha çox mexanika elminə aid etmək olar. == Reologiyanın yaranma tarixi == Rəsmi olaraq "reologiya" termini amerikalı Yudjin Binqam tərəfindən 3-cü plastik mövzusuna aid olan simpoziumda (1929-cu il ABŞ) irəli sürülüb, lakin reologiyanın ayrı-ayrı mövqeləri bir qədər əvvəl də məlum idi. İ. Nyutonun qatı mayelərin hərəkətinə müqavimət qanunu, Novye-Stoksun sıxılmayan mayelərin hərəkətinin düsturu, Dj-Maksvell Tomsonun və başqalarının işləri təşkil edir. Bu sahədə rus alimlərinin – D. İ. Mendeleyev, N. P. Petrov, N. Ş. Vedov və sovet alimləri P. A. Rebinder, M. P. Volaroviç, Q. V. Vinoqradovun da əməkləri böyükdür. == Reologiyanın bölmələri == Reologiya bir neçə bölmələrə ayrılır: Nəzəri reologiya (fenomenoloji reologiya və yaxud makroreologiya) hidromexanika elmi ilə, elastik, plastin və sürünmə nəzəriyyələri ilə çox sıx bağlıdır. O, cismə deformasiyadan yaranan mexaniki gərginliyin təsiri ilə vaxt dəyişməsi arasında olan asılılığı təyin edir. Təcrübi reologiya (reometriya) cisimlərin müxtəlif reoloji xassələrini xüsusi cihaz və sınaq maşınları vasitəsilə təyin olunur. Mikroreologiya mikrohəcmlərdə deformasiyanı və axıcılığı tədqiq edir, məsələn dispers sistemlərin fazalarındakı hissələrin ölçüsündəki və yaxud atom və molekul ölçüsündə həcmlərdə. Bioreologiya insanlarda və heyvanlarda müxtəlif bioloji mayelərin (qan, sinoval, plevral və s.) axıcılığını, müxtəlif toxumaların (əzələ, sümük, qan damarları) deformasiyasını tədqiq edir.
Morfologiya (dəqiqləşdirmə)
Morfologiya aşağıdakı mənalarda istifadə edilirː Morfologiya — hər hansı bir dildə söz formalarının dəyişməsi sistemi. Morfologiya (linqvistika) — Linqvistikada nitq hissələri və onların dəyişilmə qaydalarını öyrənən termin. Morfologiya (biologiya) — Orqanizmlərin formaları quruluşları və xüsusiyyətləri ilə maraqlanan biologiyanın alt sahələrindən biri.
Morfologiya (linqvistika)
Morfologiya (yun. μορφή -forma, λόγος-elm) — Linqvistikada nitq hissələri və onların dəyişilmə qaydalarını öyrənir. Termin biologiyadan götürülüb, hal-hazırda da bu elmdə işlənməkdədir. Morfologiya termini dilçiliyə məşhur alman dilçisi, naturalizm dilçilik məktəbinin banisi A. Şlayxer tərəfindən gətirilib. Morfologiya qaydalarına dilin daxili strukturlarını izah edən sözlər daxildir. Morfologiya sözlərin iç quruluşundakı dil faktlarına bağlı qaydaları öyrənir. Morfologiya qrammatik əsas iki formasından (sintaksis) biri olub, sözün formalarını öyrənir. Morfologiyanın əsas mövzusu nitq hissələridir. Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır. Müasir dilçilikdə morfologiya dilin ayrıca səviyyəsi və dilçilik şöbəsi kimi qəbul edilir.
Morfologiya (biologiya)
Morfologiya — orqanizmlərin forma və quruluşunu, onların spesifik struktur xüsusiyyətlərini öyrənən biologiya bölməsi. Bura görünüşün aspektləri (forma, quruluş, rəng, naxış, ölçü), yəni xarici morfologiya (və ya eidonomiya), həmçinin sümüklər və orqanlar kimi daxili hissələrin forması və quruluşu, yəni daxili morfologiya (və ya anatomiya) daxildir. Bu, ilk növbədə funksiya ilə məşğul olan fiziologiyadan fərqlidir. Morfologiya bir orqanizmin və ya taksonun və onun tərkib hissələrinin ümumi quruluşunun öyrənilməsi ilə məşğul olan həyat elminin bir sahəsidir. == Tarixi == "Morfologiya" sözünün etimologiyası qədim yunanca "forma" mənasını verən μορφή (morphḗ) və "söz, öyrənmək" mənasını verən λόγος (loqos) sözlərindən gəlir. Biologiyada forma anlayışı funksiyadan fərqli olaraq Aristotelə gedib çıxsa da, morfologiya sahəsi Yohann Volfqanq Göte (1790) alman anatomisti və fizioloqu Karl Fridrih Burdah tərəfindən işlənib hazırlanmışdır (1800). Digər mühüm morfoloji nəzəriyyəçilərə Lorenz Oken, Jorj Küvye, Jofrua Étyen Sent-İller, Riçard Ouen, Karl Gegenbaur və Ernst Hekkel daxildir. == Morfologiyanın bölmələri == Müqayisəli morfologiya — orqanizmin bədən planı daxilində strukturların yerləşmə nümunələrinin təhlilidir və taksonomik təsnifatın əsasını təşkil edir. Funksional morfologiya — morfoloji əlamətlərin quruluşu və funksiyası arasındakı əlaqəni öyrənir. Eksperimental morfologiya — genetik mutasiyaların təsiri kimi eksperimental şəraitdə orqanizmlərin morfologiyasına xarici amillərin təsirinin öyrənilməsidir.
Azərbaycan tarixi - xronologiya
Azərbaycan tarixinin xronologiyası - Azərbaycanın ən qədim dövrdən müasir dövrə qədərki tarixinin xronologiyası. == İbtidai icma dövrü == == Quldarlıq dövrü == == İlkin Feodalizm dövrü == == Orta əsrlər == === IX-XVI əsrlər === 879-941-ci illər – Sacilər dövləti 889-cu il – Məhəmmədin Azərbaycanın hakimi təyin olunması 893-cü ildən başlayaraq – Məhəmmədin Ərməniyəyə yürüşləri 901-ci il – Məhəmmədin vəfatı 914-cü il – Rusların Azərbaycanın Xəzər sahili yaşayış məntəqələrinə basqınları. 919-cu il 16 iyul – Ərdəbil yaxınlığında döyüş 927-ci il 27 dekabr – Kufə şəhəri yaxınlığında döyüş. Yusifin öldürülməsi 942-981-ci illər – Salarilər sülaləsinin hakimiyyəti 944-cü il 24 avqust – Bərdə şəhərinin tutulması 945-ci il 12 avqust – Rusların Bərdəni tərk etməsi X əsrin II yarısı – Azərbaycanda Şəddadilər dövlətinin meydana gəlməsi 953-cü il – Məzrubanın Ərdəbildə hakimiyyəti ələ keçirməsi 957-ci ilin dekabrı – Məzrubanın ölümü 961-981-ci illər – İbrahimin hakimiyyəti 971-ci il – Şəddadilər dövlətinin fəaliyyətinin başlanması 981-ci il – İbrahimin məğlubiyyəti və Ərdəbilin tutulması 987-ci il – Əbdül-heycanın Ərməniyəyə hücumu 988-1030-cu illər – Sultan I Mahmudun hakimiyyəti 1010-1080-ci illər – Qətran Təbrizi 1020-1059-cu illər – Əbu Mənsur Vəhsudan 1027-1034-cü illər – Şirvanşah Mənuçöhrün hakimiyyəti 1027-1382-ci illər – Kəsranilər sülaləsi XI əsr. 30-40-cı illəri – Azərbaycanda rusların hücumlarının genişlənməsi 1038-1063-cü illər – Toğrul bəyin hakimiyyəti 1038-1157-ci illər – Səlcuq imperiyası 1042-ci ilin oktyabrı – Təbrizdə zəlzələ 1045-ci il – Həmədanın tutulması 1050-ci il – İsfahanın tutulması 1050-1067-ci illər – Əbdüləsfər Şavurun hakimiyyəti XI əsr. 50-ci illəri – Səlcuq qoşunlarının Azərbaycana daxil olması 1055-ci ilin yazı – Bağdadın tutulması 1063-1072-ci illər – Alp Arslanın hakimiyyəti 1067-ci il – Alp Arslanın Arrana gəlməsi XI əsr. 70-80-cı illəri – Şirvanşah Məzyədilər dövlətinin tənəzzülü 1071-ci il – Məlazgird yaxınlığında döyüş 1072-1092-ci illər – Məlikşahın hakimiyyəti 1074-1088-ci illər – III Fəzmunun hakimiyyəti 1088-ci il – Gəncənin tutulması 1089-1125-ci illər – IV Davidin hakimiyyəti 1108-1127-ci illər – Ağsunqurilər sülaləsi 1108-1146-cı illər – Fələki Şirvanı 1117-ci il – Şirvanın tutulması XII əsr. 20-30-cu illəri – Qafqaziyədə feodal dövlətinin istiqlaliyyət uğrunda mübarizəsi 1120-ci il – Qəbələ, Şəki, Şamaxının tutulması 1120-1160-cı illər – III Mənuçehrin hakimiyyəti 1120-1199-cu illər – Əfzələddin Xaqani (Xaqani Şirvani) 1121-1122-ci illər – IV Davidin Toğrulla müharibələri 1123-cü il – IV Davidin Şirvana gəlməsi 1123-cü il – Gülüstan qalasının tutulması XII əsr. 30-cu illəri – Azərbaycan Atabəylər dövlətinin meydana gəlməsi 1136-1225-ci illər – Atabəylər-Eldənizlər sülaləsinin hakimiyyəti 1136-1160-cı illər – Azərbaycan Eldənizlər dövlətinin təşəkkülü 1141-1209-cu illər – Nizami Gəncəvi 1160-1234-cü illər – İbn əl-Əsir 1161-1191-ci illər – Azərbaycan Eldənizlər dövlətinin çiçəklənməsi 1161-ci ilin yayı – III Georginin Gəncə və Dəbili qarət etməsi 1163-cü ilin yanvarı – Atabəy Eldənizin Gürcüstana hücumu 1164 və 1166-cı illər – Gürcülərin Azərbaycana hücumu 1174-cü il – Eldənizin Gürcüstana hücumu 1175-1186-cı illər – Atabəy Cahan Pəhləvanın hakimiyyəti 1184-1213-cü illər – Tamaranın hakimiyyəti 1186-1191-ci illər – Qızıl Arslanın hakimiyyəti 1188-ci ilin martı – Həmədan yaxınlığında döyüş 1190-1245-ci illər – Zülfüqar Şirvani 1191-1225-ci illər – Azərbaycan Eldənizlər dövlətinin tənəzzülü 1192-ci il – Şirvanda zəlzələ 1192-ci il – III Toğrulun Təbrizə hücumu XIII əsr. sonu 1447-ci il – Səfəvilər tarixinin birinci dövrü 1203-1225-ci illər – I Güstasp ibn Fərruxzadın hakimiyyəti 1206-1227-ci illər – Çingiz xanın hakimiyyəti 1210-1225-ci illər – Özbəyin hakimiyyəti 1219-cu il – Xarəzm dövlətinə basqın 1220-ci il – Monqolların Azərbaycana yürüşü 1221-ci il – Monqolların Təbrizə yürüşü 1222-ci il – Monqolların Şamaxını tutması 1224-1244-cü illər – III Fəribürzün Şirvanı idarə etməsi 1225-ci il – Azərbaycanın Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qalması 1225-ci il – Azərbaycanda Atabəylər Eldənizlər dövlətinin süqutu 1231-ci il – Gəncədə xalq üsyanı 1231-ci il – Monqolların ikinci dəfə Azərbaycana soxulması 1235-ci il – Gəncənin tutulması XIII əsr.