Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xorxor
Xorxor (Üskü)
Xorxor (Üskü)
Xorxor (fars. خورخور‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 790 nəfər yaşayır (191 ailə).
Xorxora
Xorxora (Salmas)
Xorxora (Bicar)
Xorxora (fars. خورخوره‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 872 nəfər yaşayır (180 ailə). Əhalisini kürd və azərbaycan türkləri təşkil edir.
Xorxora (Bükan)
Xorxora (fars. خورخوره‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 440 nəfər yaşayır (61 ailə).
Xorxora (Salmas)
Xorxora (fars. خورخوره‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 468 nəfər yaşayır (82 ailə).
Xorxora-i Ülya (Biləsuvar)
Xorxora-i Ülya (fars. خورخورعليا‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 191 nəfər yaşayır (48 ailə).
Borbor
Borbor — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd'dir == Tarixi == Borbor Dəvəçi rayonunun Rəhimli inzibati ərazi vahidində kənd. Şabran Çay Borbor Kəndindən Axır. Samur-Dəvəçi ovalığındadır. 1917 və 1933-cu illərdə Burbur variantında qeydə alınmışdır. 1917-ci ildə Şamaxı ərazisində də Borbor kəndinin olması haqqında məlumat verilir. Tədqiqatçıların fikrincə, kənd XVIII əsrin axırlarında Qubalı Fətəli xanın Cənubi Azərbaycandan kocurub gətirdiyi borborlar (baharlı tayfasının qolu) tərəfindən salınmışdır. Abşeronda qeydə alınmış Borborşor göl adı, Cənubi Azərbaycandan Urmiya Şəhəri yaxınlığındakı Borbor yer adı da bu oykonimin paralelləridir.
Mormor
Mormor — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Mormor kəndi Arabaçı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mormor kənd Soveti yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Sarılar olmuşdur. Kəndi XIX əsrdə indiki Tovuz rayonunun Bozalqanlı kəndindən gəlmiş Sarı oğlu Kərbəlayı Nəcəf köhnə kənd yerində salmışdır. Yerli əhalinin məlumatına görə, həmin köhnə kəndin adı Mormor olmuş və yaxınlıqdakı mineral bulaqların adını daşımışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 489 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Xarxar
Xarxar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Xarxar kəndi Zəhmətkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Xarxar kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini 1904-cü ildə, çarlıq dövründə Azərbaycana köçürülmüş moldovan ailələri Novoalekseyevka adı ilə salmışdılar. Lakin 1916-1917-ci illərdə onlar geriyə qayıtdıqdan sonra, burada azərbaycanlı ailələr məskunlaşmış və Xarxar adlı dərədə yerləşən bu kəndi "Xarxar" adlandırmışlar. Tədqiqatçılara görə, toponim qədim alban tayfalarından olan qarqarların adı ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1515 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Xoroq
Xoroq (tac. Хоруғ) — Tacikistanda şəhər, Dağ-Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi. == Coğrafiyası == Şəhər bölgənin cənub -qərb hissəsində yerləşir və Düşənbədən 525 km aralıda, qərbdən (Günt çayının Pənclərlə birləşdiyi yerdə) Əfqanıstanla həmsərhəddir . Xoroq, bütün marşrutların keçdiyi Pamirlərin turizm mərkəzidir. Xoroq dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir, postsovet məkanında ən yüksək şəhərlərdən və Tacikistanın ən yüksək şəhərlərindən biridir. Xoroq yarı quraq iqlim zonasının bir hissəsidir. İl ərzində az yağış yağır. Köppen iqlim təsnifatına görə, şəhərin iqlimi soyuq qışları olan mülayim enliklərin quru yarı quraq iqlimidir (BSk indeksi). İlin orta hava istiliyi 9.3 ° C, illik 276 mm yağıntı düşür. == İqtisadiyyatı == Xoroq ticarət, nəqliyyat və təhsil üçün vacib bir regional mərkəzdir.
Borxar şəhristanı
Bürxar şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dövlətabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 95,389 nəfər və 24,739 ailədən ibarət idi.
Endi Uorxol
Endi Uorhol (ing. Andy Warhol (d. 1928-ö. 1987), əsl adı Andrey Varhola — Amerika rəssamı, dizayner, prodüser, yazıçı, kolleksiyaçı, jurnal naşiri və kinorejissor, pop-art cərəyanının görkəmli nümayəndəsidir. 1960-cı illərdə alternativ rok qrupu olan "The Velvet Underground"un meneceri və prodüseri olmuşdur. == Uşaqlıq illəri == Endi Pittsburqda (Pensilvaniya ştatı) rusin əsilli ailənin dördüncü uşağı olaraq anadan olmuşdur. Uşaq ikən xorea, daha sonra skarlatin xəstəliklərinə tutulur və xəstəliyi çox vaxt yatağa bağlı olaraq keçirir. Yatağa bağlı olarkən, rəsm çəkməklə məşğul olur, qəzet parçalarından kollaj düzəldir. 13 yaşında ikən atası mədəndə həlak olur. == Karyeranın başlanğıcı == 1949-cı ildə Korneqa Texniki Universitetinin rəssamlıq fakultəsini bitirdikdən sonra Nyu Yorka köçür və orada Vogue, Harper's Bazaar kimi məşhur jurnallarda və başqa nəşrlərdə rəssam-illüstrator kimi işləyir.
Survival horror
Survival horror (hərfi tərcüməsi survival – sağ qalmaq, horror – qorxu, dəhşət) — 1990-cı illərin sonlarında meydana gəlmiş kompüter oyunu janrı. Bu janrda olan oyunların əsas xüsusiyyətləri mistik personajlar, qorxu, düşündürücü tapşırıqlar, gözlənilməzliklər və s. ola bilər. Oyunun baş qəhrəmanları daim ölümlə üz-üzə qalır və digər oyunlardakı kimi kimisə öldürmək və ya xilas etmək yox, düşdüyü çətin vəziyyətdən (məkandan) sağ qurtula bilməkdir.
Xarxar (Tikantəpə)
Xarxar (fars. خارخار‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 284 nəfər yaşayır (60 ailə).
Xarxar (dəqiqləşdirmə)
Xarxar - Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Xarxar (Tikantəpə) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. Xarxar (tarixi şəhər) — təxminən indiki Həmədan şəhərinin yaxınlığında.
Xarxar bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bo qorxur
Bo qorxur (ing. Beau is Afraid) — Ari Asterin 2023-ci ildə işıq üzü görən sürrealist, faciəvi komediya, qorxu filmi. Filmin baş rolunda Xoakin Feniks çəkilib. Film anasının qəfildən vəfat etməsindən sonra evə qayıtmalı olan Bo adlı adam haqqındadır. == Rollarda == Xoakin Feniks — Beau Wassermann Armen Nahapetian — gənc Beau Patti LuPone — Mona Wassermann Zoe Lister-Jones — gənc Mona Amy Ryan — Grace Nathan Lane — Roger Kylie Rogers — Toni Denis Ménochet — Jeeves Parker Posey — Elaine Bray Julia Antonelli — gənc Elaine Stephen McKinley Henderson — terapist Richard Kind — Dr. Cohen Hayley Squires — Penelope Julian Richings — Strange Man Bill Hader — UPS Guy Michael Esper — Officer Johnson Michael Gandolfini, Théodore Pellerin və Mike Taylor — Bonun övladları == İstinadlar == == Xarici keçidlər == a24films.com/films/beau-… — Bo qorxur rəsmi saytı Bo qorxur — Internet Movie Database saytında.
Xorton xəstəliyi
Giqant-hüceyrəli arteriit və ya Xorton xəstəliyi – 50 yaşdan yuxarı, xüsusi ilə qadınlarda rast gələn iri damar vaskulitidir, çox vaxt revmatik polimialgiya ilə birgə təsadüf edir. Klinik yeni tip baş ağrıları, çənənin "fasiləli" axsaması (kladikasyon), görmənin pozulması (korluq birdən və ağrısız yaranır və biopsiyanın cavabını gözləmədən yüksək doza QK tələb olunan haldır), EÇS 50 mm/saat yuxarı olması, temporal arteriyada nəbzin zəifləməsi və ya olmaması, sistem əlamətlərlə özünü göstərir. Seroloji analizlər (RF, anti-CCP, ANA) mənfidir. Aortanın zədələnməsi anevrizmaya gətirir və IgG 4-assosiasiyalı xəstəliyi inkar etmək lazımdır. Gicgah arteriyasının dəyişilmiş hissəsinin biopsiyası önəmlidir.
Coxor sultanlığı
Cohor - (malay dilində: Johor, Cavi əlifbası ilə:جوهور) - İnzibati mərkəzi Cohor Baru, federasiyanın tərkibinə daxil olan Malayziya ştatı, Malayziyada sultanlıq. Senay - beynəlxalq aeroportuna malikdir. == Coğrafiyası == Cohor Malayziya ştatları arasında ərazisinə görə beşinci, əhalisinə görə ikinci yeri tutur. Malakka yarımadasının cənub hissəsində yerləşir. Ştatın ən hündür nöqtəsi Qnunq Ledanq (1276 m) dağıdır. Sahil xətlərinin uzunluğu 400 km.-ə yaxındır. İqlimi - evvatorial, müsson. İllik yağıntının müqdarı orta hesabla 1778 mm., orta illik temperatur 26 — 28 °S.-dir. == Tarixi == Cohorun adı ərəb mənşəli olub "qiymətli daş" deməkdir. Sultanlığın əsası XVI əsrin əvvəllərində Portuqaliya işğalçılarından qaçmağa müvəffəq olan sonuncu Malakka hökmdarı sultan Mahmud Şahın oğlu tərəfindən qoyulmuşdur.
Moxor (Bicar)
Moxor (fars. مخور‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 13 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Orxon (çay)
Orxon çayı (monq. Орхон гол, ing. Orkhon River, rus. Орхон) — Monqolustanda böyük tarixi-mədəni əhəmiyyəti olan çay. Çayın uzunluğu 1 124 km-dir, Hövzəsinin sahəsi 132 835 km2 == Coğrafiyası == Xangai dağlarından, 1 124 m yüksəklikdən başlayan Orxon çayı şimala tərəf axır və Rusiya sərhəddini keçmədən Selenqa çayı(monq. Сэлэнгэ гол) ilə birləşərək Baykal gölünə tökülür. Çayın uzunluğu 1 124 km-dir. Selenqa çayından 100 km uzun olan Orxon çayı Kerulen çayından (1254 km) sonra Monqolustanın ən uzun çayıdır. Qış aylarında buzla örtülü olur. May və Sentyabr aylarında çayın təqribən 175 km-lik hissəsi gəmiçilik üçün yararlı olur.
Orxon abidələri
Orxon-Yenisey abidələri — Orxon-Yenisey abidələrini isveç zabiti Filip Stralenberqin tapıntılardan sonra bu yazılarla tədqiqatçılar daha çox maraqlanmağa başladılar. Türk xalqlarına məxsus üzərində qədim türk yazıları olan abidədir. Bu abidənin adı ilk dəfə XII əsr tarixçisi Ələddin Ata Məlikin "Cüveyni-tarixi-cahangüşə" əsərində çəkilir. Orxon çayı sahilində tapıldığına görə bu cür adlandırılıb və qədim türk tayfaları tərəfindən düzəldilmişdir. Orxon abidələri qədim türk dilini öyrənmək baxımından olduqca vacibdir. Orxon abidələrinə Ongin, Gül-Tigin, Bilgə xaqan, Tonyukuk, Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-Təmir və Suci abidələri daxildir. Abidəni tərcümə edən danimarkalı alim Vilhelm Tomsendir. == Abidənin aşkar olunması == Orxon-Yenisey abidələrinin mövcudluğu uzun müddət Avropa ölkələrində və Rusiyada məlum olmamışdı. Onları ilk dəfə XVIII əsrin əvvəllərində Rusiya ilə İsveç arasında baş vermiş müharibədə Poltava döyüşündə əsir düşmüş İsveç zabiti Filipp Starlenberq üzə çıxarmışdı. O, 13 il Sibirdə Tobol əyalətində yaşamış, həmin ərazinin keçmiş xalqları haqqında materiallar toplamış, həm də Orxon-Yenisey abidələrinin üzünü çıxarmış və vətənində dərc etdirmişdi.
Orxon vadisi
Orxon Vadisi — (Monqolca: Орхоны хөндийн соёлын дурсгал) mərkəzi Monqolustandakı Orxon çayının sahilində, paytaxt Ulan-Batordan təxminən 320 km qərbdə yerləşir. Orxon vadisi 2004-cü ildə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmişdir. Orxon vadisinin tarix baxımından böyük əhəmiyyəti vardır. Uyğur xaqanlığı və bir zamanlar dünyanın ən böyük imperiyası olan Monqol İmperiyasının paytaxtları Orxon vadisində yerləşir. Bu səbəbdən, Orxon vadisi Hun İmperiyası, Göytürk xaqanlığı, Uyğur xaqanlığı və Monqol İmperiyasına aid arxeoloji qalıqlar, qədim şəhər və yaşayış mərkəzlərin dağıntıları, yazılı və dik daşlar, qəbirlər, və Buddist məbədlərinin yerləşdiyi, çoxsaylı tarixi məlumat ehtiva edən mədəni bir irs kimi qəbul edilir. Bu qədər zəngin mədəni məzmunlu region hələ də köçərilərin yaşadığı, heyvanlarını otardığı, və bu mədəni irslərə dəyər verərək, qoruyaraq yaşadığı bir yerdir. Köçkünlər üçün yüz illər əvvəlki bir neçə dəyişiklik kimi həyat da davam edir. == Coğrafiya və İqlim == Orxon vadisi Monqolustanın mərkəzində, dəniz səviyyəsindən təxminən 1500 m yüksəklikdə yerləşir. Qobi səhrası və Sibir meşələri kimi tamamilə 2 fərqli region arasında və Asiya su sərhədi üzərində yerləşən Çöl ərazisidir. Bu səbəbdən bölgənin coğrafi və təbii gözəllikləri heyrət vericidir.
Orxon vilayəti
Orxon vilayəti (monqolca: Орхон аймаг) — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 2 rayonu (sumu) birləşdirən Orxon vilayətinin ərazisi 844 Km2-dır. == Ərazisi == 1994-cü ildə yaradılan Orxon vilayətinin ərazisi 844 Km2-dır. Orxon vilayətinə 2 rayon (sum) daxilidir. == Əhalisi == 2017-ci ilə olan məlumatlara əsasən Orxon vilayətinin əhalisi 101 652 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.