Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xromoplastlar
Xromoplastlar — başqa plastidlərdən sarı, narıncı, qırmızı və qonur rəngləri ilə fərqlənirlər. Xromoplastlara daha çox tərəvəzlərdə, məsələn, qırmızı bibər, qarpız, pomidor və ərik, itburnu, üvəz kimi meyvələrdə rast gəlmək olur. Xromoplastlara sarı, narıncı və qırmızı rəng verən piqmentlər – karotinoidlərdir. 60-a qədər növ müxtəlifliyi var. Ən çox yayılmış piqmentlərdən karotini və ksantofili göstərmək olar. Xromoplastlar çöp, üçbucaq, çoxbucaqlı, sap, romb və s. şəklində olur. Xromoplastların üzərində çox hallarda nişasta dənəcikləri, zülal kristalları və yağ damlaları görünür. Ehtimal ki, bu maddələrin sintezi ilə xromoplastlar arasında müəyyən münasibət vardır.
Xloroplastlar
Xloroplastlar – yaşıl plastidlər olub, bitkilər aləmində və onların müxtəlif orqanlarında geniş yayılmışdır. Tərkibinə görə zülal lipidlərdən təşkil olunmuşdur.Günəş şüasının təsiri ilə onlarda fotosintez prosesi getdiyindən, onların bitkilərin həyatında rolu böyükdür. Xlorofil, günəş şüası, torpaqda dəmir və maqneziumun olması nəticəsində fotosintez normal gedir. Hüceyrədə, adətən 20-50 xloroplast olur. Yetişmiş meyvələrdə, yarpaqlarda və göyərtidə çoxdur. Bitkilər qocaldıqda xloroplastlar parçalanır.