Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xudayar Yusifzadə
Xudayar Müslüm oğlu Yusifzadə (15 iyul 1998, Bərdə – 22 oktyabr 2020, Ağbənd, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Radə Qurbanova isə evdar xanım idi. Onların ailədə dörd uşağı olmuşdur — üç oğlan və bir qız. Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat etmişdir. Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmiş, marketlərin birində mühafizəçi olaraq çalışmışdır. Subay idi. Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir.
Xudayar təsnifi
“Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnif. Təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə "Şur təsnifi" kimi təqdim olunmuşdur. Əlibaba Məmmədov təsnif haqqında bunları deyib: Daha sonra təsnif Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib. Təsnif Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır.
Xudayar xan
Xudayar xan Xudayari (17 oktyabr 1873, İran – 28 yanvar 1950, Tehran) — Qacar ordusunun generalı, Rza şah dövründə Poçt-Teleqraf naziri Xudayar xan 1873-cü ildə anadan olmuşdu.1892-ci ildə Qacar dövründə təşkil edilmiş İran Kazak briqadasında xidmətə başlamışdı. 1906-cı ildə mayor, 1917-ci ildə polkovnik, 1921-ci ildə briqada generalı idi. Xudayar xan Xudayari Rza şah Pəhləvinin dövründə Qəzvinin valisi olmuşdu. Şah onu Poçt-Teleqraf naziri təyin etmişdi. 1929–1930-cu illərdə Sepah bankın direktoru vəzifəsində çalışmışdı. Xudayar xan böyük mülkədar idi. Qum-Dizabad yolu boyunca mülkü vardı. O, 1950-ci ildə vəfat edib. Ənvər Çingizoğlu, Xudayar xan Xudayari: Qacarın can düşməni, "Soy" dərgisi, 1 (34), 2010, səh.43.
Xudayar yüzbaşı Çələbiyanlı