XUDAYAR

Allahın dostu, allahsevər; Allah köməyi. Tanrı yardımı.
XUDAY
XUDAYAT
OBASTAN VİKİ
Xudayar Yusifzadə
Xudayar Müslüm oğlu Yusifzadə (15 iyul 1998, Bərdə – 22 oktyabr 2020, Ağbənd, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Radə Qurbanova isə evdar xanım idi. Onların ailədə dörd uşağı olmuşdur — üç oğlan və bir qız. Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat etmişdir. Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmiş, marketlərin birində mühafizəçi olaraq çalışmışdır. Subay idi. Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir.
Xudayar təsnifi
“Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnif. Təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə "Şur təsnifi" kimi təqdim olunmuşdur. Əlibaba Məmmədov təsnif haqqında bunları deyib: Daha sonra təsnif Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib. Təsnif Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır.
Xudayar xan
Xudayar xan Xudayari (17 oktyabr 1873, İran – 28 yanvar 1950, Tehran) — Qacar ordusunun generalı, Rza şah dövründə Poçt-Teleqraf naziri Xudayar xan 1873-cü ildə anadan olmuşdu.1892-ci ildə Qacar dövründə təşkil edilmiş İran Kazak briqadasında xidmətə başlamışdı. 1906-cı ildə mayor, 1917-ci ildə polkovnik, 1921-ci ildə briqada generalı idi. Xudayar xan Xudayari Rza şah Pəhləvinin dövründə Qəzvinin valisi olmuşdu. Şah onu Poçt-Teleqraf naziri təyin etmişdi. 1929–1930-cu illərdə Sepah bankın direktoru vəzifəsində çalışmışdı. Xudayar xan böyük mülkədar idi. Qum-Dizabad yolu boyunca mülkü vardı. O, 1950-ci ildə vəfat edib. Ənvər Çingizoğlu, Xudayar xan Xudayari: Qacarın can düşməni, "Soy" dərgisi, 1 (34), 2010, səh.43.
Xudayar yüzbaşı Çələbiyanlı
Fərəc yüzbaşı Xudayarlı
Fərəc yüzbaşı Xudayar yüzbaşı oğlu Xudayarlı (1839-?) - oba yüzbaşısı, xeyriyəçi, el ağsaqqalı. == Həyatı == Fərəculla Xudayar yüzbaşı oğlu 1839-cu ildə Şuşa qəzasının Vərəndə sahəsinin Xudayarlı оbasında anadan оlmuşdu. Mоlla yanında оxumuşdu. Ailədə qısaca "Fərəc" çağrıldığından оbada da bu adla tanınmışdı. Atasından sоnra оbalarına yüzbaşılıq еtmişdi. == Ailəsi == Fərəc yüzbaşı Mahpəri xanımla və Xanımnisə xanımla evlənmişdi. Xanalı, Dünyamalı, Bəyalı, Əziz adlı оğulları, Hürü, Mələк və Zеynəb adlı qızları vardı. Fərəc yüzbaşının törəmələri Fərəcov, Fərəcli soyadlarını daşıyırlar. == Mənbə == Ənvər Çingizoğlu. Yük üstü çadırlı, yük altı qatırlı oba: Xudayarlı, "Soy" dərgisinin özl nəşri, Bakı, 2005.
Xudayarlı
Xudayarlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Xudayarlı Cəbrayıl rayonunun Qumlaq inzibati ərazi vahidində kənd. Araz çayı sahilində, düzənlikdədir. Xudayarlı kənddə yaşayan dord nəsildən birinin adıdır. Böyük Vətən müharibəsi illərində kənd əhalisinin bir hissəsi Xələfli qəsəbəsinə, qalan hissəsi isə Xudafərin korpusunun yanına köçmüşdür. Odur ki, kənd bəzən Xudafərin də adlanır.. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd öz adını Xudayar yüzbaşı Çələbiyanlıdan alıb. O, 1799-cu ildə Qaradağ vilayətinin Çələbiyanlı elində öz adı ilə adlanan оbada anadan оlmuşdu. Bəzi bilgilərə görə Şərəfabad şamı deyilən yurdda dünyaya gəlib.
Xudayarlı kəndi

Xudayarlı türbələri
Xudayarlı türbələri – Cəbrayıl rayonu Xudayarlı kəndində yerləşən tarix-memarlıq abidələridir. Ümumilikdə kənd ərazisində bir-birinə yaxın yerləşən iki türbə dövrümüzə çatmışdır. Onlardan biri planda dairəvi, digəri isə səkkizguşəli formaya malikdir. Ümumilikdə kənd ərazisində bir-birinə yaxın yerləşən iki türbə dövrümüzə çatmışdır. Onlardan biri planda dairəvi, digəri isə səkkizguşəli formaya malikdir. Xudayarlı kəndində yerləşən türbələr yaxşı yonulmuş qumdaşından inşa edilmişdir. Bu türbələr aid olduqları dövrün memarlığında XIII–XIV əsrlərin türbə memarlığının necə təkrarlanmasını öyrənmək baxımından elmi maraq kəsb edirlər. Ə. Salamzadə qeyd edir ki, Xudayarlı kəndindəki dairəvi türbədə Füzuli rayonunun Aşağı Veysəlli kəndində yerləşən Mirəli türbəsinin birbaşa memarlıq təsiri açıq şəkildə görünməkdədir. Lakin, böyük həcm və ölçülü türbə üçün işlənmiş kompozisiya üsulunun kiçik türbəyə uyğunlaşdırılması zamanı Xudayarlı kəndindəki dairəvi türbə bədii inandırıcılığından məhrum olmuşdur. Bir qədər aralıda yerləşən səkkizguşəli türbə də eyni xüsusiyyətlərin daşıyıcısıdır.
Xudayarlı türbəsi