Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xunta
Xunta (isp. junta, tərcümədə "toplantı", "komitə") - İspaniyada və ispandilli ölkələrdə dövlət idarəetmə orqanlarını bildirən söz. Lakin, bu söz digər dillərə də keçmiş və beynəlxalq aləmdə dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmiş hərbi diktaturaları bildirmək üçün istifadə olunur. Məsələn, Pinoçet xuntası, yunan hərbi xuntası ("Qara polkovniklər"), Myanma xuntası və s.
Yanoş Xunyadi
Yanoş Hunyadi (mac. János Hunyadi , 1407- 11 avqust 1456) – Orta əsrlərdə Macarıstanda hərbi və siyasi xadimi == Ailəsi == XV əsrin əvvəllərində Transilvaniyada fermer ailəsində anadan olmuşdur. Macar kralı Siqismund tərəfindən 1409-cu ildə Hunyad qalası dərəbəyliyi atası Voyka verildiyi üçün sinifi təbəqələri yüksəldi. Bu hadisədən sonra ailəsi Hunyad soyadını qəbul edir. 1429-cu ildə soylu bir ailənin qızı olan Elizabet Szilaqi ilə evlənir. Həmin il Macar Kralı Siqismundun sarayında xidmətə başlayır. Soylu bir qadınla evlənməsi və Serb şahzadəsi Lazareviçin dəstəyi ilə krallıq nəzdində tanınmış bir şəxsə çevrilir. Hərbi səfərlər zamanı əldə etdiyi müvəffəqiyyətlər, reformist Yan Qusun edamı ilə əlaqədar çıxan çaxnaşmaların yatırdılmasındakı rolu onun məşhur bir döyüşçü kimi tanınmasına səbəb olur. == Hərbi karyerası == 1431-ci ildə Macar kralı Siqismundun əmri ilə Milan Hersoqu Flippo Mariya Viskontinin dəstəsinə qoşulur. Burada 2 il xidmət göstərir.
Əfzələddin Xunəci
Əfzələddin Xunəci — əslən Cənubi Azərbaycanın Xunəc şəhərindən olan, 1194-cü ildə doğulmuş filosof. == Həyatı == Onun haqqında ən qiymətli ilk mənbə öz şagirdi İbn Əbi Useybiənin "Təbiblər təbəqələri barədə xəbərlərin qaynaqları" kitabıdır. Ərəb alimi Azərbaycan filosofuna rəğbətini ifadə edərək yazır: "Ə.Xunəci bilikli başçıdır, kamil düşünəndir, alim və filosofların cənabıdır". O, Qahirədə, daha sonra Misirdə uzun müddət yaşayıb, orda dövlət işlərində çalışıb. Ömrünün son vaxtlarında Misirin və onun əyalətlərinin baş qazisi vəzifəsini tutub. Bu haqda tarixçi Cəlaləddin Suyitinin "Misir və Qahirə xəbərlərinə dair" əsərində qeyd edilib. Qahirədə vəfat edib və orda şagirdləri tərəfindən dəfn edilib. Alman alimi Hammer Purqştal 1856-cı ildə Vyanada çap etdirdiyi çoxcildli "Ərəb ədəbiyyatı tarixi" kitabında Xunəciyə xeyli yer ayırıb. Alman şərqşünası Karl Brokkelmanın da onun haqqında tədqiqatları var. Nikolas Resçer "Ərəbdilli məntiq tarixinə dair tədqiqatlar" (1963), "Ərəbdilli məntiqin inkişafı" (1964) adlı kitablarında Xunəcinin də üzərində geniş dayanıb.
Fəzlullah ibn Ruzbehan Xunci
Əbülxeyr Fəzullah ibn Ruzbehan əl–Xunci əl–İsfahani əl–Əmini (1457–1521) — tarixçi. == Həyatı == Xacə Mövlana-yi İsfahani kimi tanınan Əbülxeyr Fəzullah ibn Ruzbehan 1457-ci ildə İsfahanın Xunəc qəsəbəsində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Fəzullah Xunci 13 aprel 1521-ci ildə Buxara şəhərində vəfat etmişdir. == Əsərləri == Tarixi-aləm arayi-Əmini Mehmannameyi-Buxara. İsfahan farsı olan Fəzlullah ibn Ruzbihan Hunəcinin Səfəvilərə olan tükənməz nifrətini sübut edən sənədi Osmanlı dövlət yazışmasında saxlanıb:Bunlardan, "qeyri-vətənpərvər farsın(söhbət Rüzbihan Huncidən gedir)" sultan Səlimə ithafən yazdığı, onun İsmail Səfəvi üzərində qələbəsini alqışlayan iki poema aşkar olunub. Poemaları aşkar edən Əhsən ət-Təvarixin müəllifi Feridun bəy Fəzlullah İbn Rüzbihanı Xoca İsfahani adlandırır. Fars poemasında 28 beyt var və müəllif Osmanlı sultanının üzərinə hər cür xeyir dua diləyir, və onu Qızıl börklilər üzərində qələbəsini alqışlayaraq, İsmailın başını kəsərək, İskəndər Zülgərnəyn kimi İranı Ruma birləşdirməsini diləyir. == Mənbə == Б.А. Ахмедов. Государство кочевых узбеков.