Mənbələrdə əkçi, ekçi kimi də işlədilib. Güman edirəm ki, kiçi (kiçik sözünün qədim törəmə köküdür) kəlməsi ilə bağlıdır. Maral, inək və s. ilə müqayisədə kiçik olması onun keçi adlandırılmasına səbəb ola bilər. Rus dilindəki коза sözü də “keçi”nin dəyişmiş formasıdır. B. Munkaçi sözü təqlidlə bağlayır(bu, daha inandırıcıdır), H. Poppe isə monqol dilinə mənsub olması haqqında mülahizə söyləyir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)