Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yırğançay
Yırğançay — Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunun tabeçiliyində kənd. == Coğrafi mövqeyi == Yırğançay kəndi Qaraxaç silsiləsinin şərq ətəklərində, dəniz səviyyəsindən 1630–1680 m. yüksəklikdə, Ermənistanla sərhəddə yerləşir. Yüksək dağlıq və az əlverişli fiziki-coğrafi mövqeyə malikdir. Qışı sərt, yayı sərin keçir. Rayon mərkəzindən 24 km., paytaxt Tiflisdən 95 km. cənub-qərbdədir. Ağ çay və Qaranlıq dərə adlı dağ çayları kəndin içərisindən keçir. == Əhalisi == 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Yırğançay kəndində 3000 nəfər sakin (rayon əhalisinin 9,6%-i) yaşayır. Əhalinin 50,3%-i kişilər, 49,7%-i qadınlardır.