YIRĞALAMAQ

“Двигать” mənasını əks etdirən ırna (yırna) sözümüz olub. Yellən­cək sözünün sinonimi kimi ırğanda kəlməsi də qeydə alınıb. Yırğala sözü bu­nlarla qohumdur: sözün ilkin kökü yer kəlməsidir, ondan yürümək, yorğa (əsli: yoruğa olub), yerimək sözləri əmələ gəlib. Yırğala sözü yır-ı-ğa-ala şəklində olub, yır ismidir, -ığa onu feilə çevirib, -ala şəkilçisi isə (müq. et: eşələ, səpələ...) sözə intensivlik mənası verib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

YIRĞALA
YIRTIQ

Значение слова в других словарях