Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Babaratma
Babaratma — Azərbaycan Respublikasının Şəki rayonunun Qudula kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Murdarçayın (Əyriçayın qolu) sahilində, Alazan-Həftəran vadisindədir. Kəndin yaxınlığında Babaratma piri var. Bu pirə bəzən Pirbaba da deyirlər. Rəvayətə görə, pir ərəb işğalları dövründə (VII əsr) yerli əhali ilə vuruŞmada öldürülmüş ərəb sərkərdəsi Babarutənin qəbridir. Oykonimin ikinci komponenti irətmə variantında yerli dialektdə "kəlağayı toxunan yer, emalatxana" mənasında işlənir. Məlumdur ki, Şəki ta qədimdən özünün qiymətli ipəyi və kəlağayısı ilə məşhurdur. == Əhalisi == Kəndin əhalisi 319 nəfər təşkil edir ki, onun da 164 nəfəri kişi, 155 nəfəri isə qadındır. == Babaratma piri == Şəki şəhəri Babaratma kəndindəki eyniadlı pir kompleksinə məqbərə, məscidlər və qəbiristanlıq daxildir. Məscid-türbə binasının kitabəsindən alınan məlumata görə, buradakı qəbir Seyyid Hacı Ağa Məhəmmədindir (h.
Babaratma bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Döyüşdə yaralanma
Döyüşdə yaralanma (ing. Wounded in action) — müharibə zamanı döyüş bölgəsində həlak olmayan, lakin yaralanan döyüşçülərin təsviri. Tipik olaraq bu, müvəqqəti və ya daimi olaraq silah gəzdirməyə və ya döyüşməyə davam edə bilməyəcəyinizə işarədir. ABŞ ordusu üçün WIA-ya qoşulmaq ümumiyyətlə bənövşəyi ürək təyin edilməsinə səbəb olur, çünki medalın məqsədi (ən yüksək mükafatlardan biri, ABŞ hökuməti tərəfindən rəsmi olaraq verilmiş hərbi və ya mülki şəxs) döyüşdə ölmüş, əlil və ya yaralananları tanımaqdır. == NATO-nun tərifləri == === Döyüşdə yaralı === Xarici bir agent və ya səbəb üzündən bir xəsarət alan zaman döyüşdə öldürüləndən xaric itki. Termin, hər hansı bir yara və digər yaralanmaları əhatə edir, bədənin bir deşmə olub olmadığını, nüfuz edən və ya deşilmiş bir yarada olduğu kimi, ya da kontuziya edilən yarada olduğu kimi; bütün qırıqlar, yanıqlar, partlayışlar, bioloji və kimyəvi müharibənin bütün təsiri, toionlaşdırıcı şüalanma və ya hər hansı digər dağıdıcı silah və ya agent təsiri. === Döyüşdə alınan yaralardan ölüm === Müalicə müəssisəsinə çatdıqdan sonra döyüşdə alınan yaralar və ya digər xəsarətlər nəticəsində ölən döyüş itkisi. ABŞ-də istifadə olunan qısaltma DOW, NATO isə DWRIA-dır.
Babaratma türbəsi
Babaratma türbəsi — Əyriçayın sol sahilində, Qanıx vadisində, Şəkinin Babaratma kəndi yaxınlığında 728-729-cu illərə aid türbə == Tarixi == Əyriçayın sol sahilində, Qanıx (Alazan)-Həftəran vadisində Babaratma kəndi yaxınlığındakı qədim qəbiristanda eyniadlı məscid yerləşir. El arasında bura Pirbaba da deyilir. İlk mənbələrin məlumatına görə, Pirbaba və ya Babaratma məscidi bölgədə islamı yayan və Xəlifə Osmanın nəslindən olan ərəb sərkərdəsi Babai Rutab tərəfindən inşa olunmuşdur. Məscidin yanındakı türbədə məhz bu tarixi şəxsiyyət dəfn olunub. Vaxtilə türbədəki kitabələrdən biri üzərində aparılan tədqiqatlarda abidənin tarixi və üzərindəki yazı ilə bağlı qeyri-dəqiq məlumatlar verilmişdi. Belə ki, kitabənin tarixinin səhvən "hicri 1100-cü il" olması qeyd edilmişdir. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin əməkdaşları i.ü.f.d. Şahlar Şərifov, t.ü.f.d. Araş İftixari və Məhəmməd Pirmuxtari ilə birlikdə Pirbaba ziyarətgahı haqqında təhrif edilən və qaranlıq qalan məqamları dəqiqləşdirmək üçün Şəkidə elmi ezamiyyətdə olmuş, aparılan tədqiqatlar nəticəsində qəti olaraq müəyyənləşdirilmişdir ki, Şəkinin Babaratma ziyarətgahındakı məscid 728-729-cu illərdə Xəlifə Osmanın yaxın adamlarından olan "Babai Rutab" tərəfindən inşa olunmuşdur.
III Yabalaxa
III Yabalaxa, III Yahballaha, erkən illərində Rabban Markos və ya V Yahballaha (d. 1245-ö. 13 noyabr 1317) — Şərq Kilsəsinin 1281-ci ildən etibarən 1317-ci ilə qədər patriarxı. Şərq Kilsəsinin patriarxı kimi o, Hülakü hökmdarı Qazan xan və onun xələfi Olcaytunun hakimiyyəti dövrlərindəki təqiblər zamanı fəaliyyət göstərmişdir. O, Papanın üstünlüyünü qəbul etmiş və kilsə birliyi qurmağa çalışmışdır. Onun bu birlik üçün fəaliyyəti Şərq Kilsəsinin Nestorian yepiskopları tərəfindən rədd edilmişdir. Koşanqin yerlisi olan III Yahballaha Monqol imperiyası tərəfindən idarə olunan Çindən gəlmiş və dərvişvari həyat yaşayan Rabban Bar Sauma ilə Qüdsü ziyarət etməyə çalışmış, lakin həmin dövrdə monqollarla Məmlük dövləti arasında müharibə olduğuna görə onlar bu istəklərinə çata bilməmişdirlər. Şərq Kilsəsinin patriarxı I Denha onları geri çağırmış və Markosu Kataylar və Onqların yepiskopu kimi təqdis etmişdir. Həmçinin ona Mar Yahballaha adı da verilmişdir. Hər bir halda, onların hər ikisi Mosulda yerləşən monastrılarda qalmağı seçmişdir.