Babaratma türbəsi

Babaratma türbəsiƏyriçayın sol sahilində, Qanıx vadisində, Şəkinin Babaratma kəndi yaxınlığında 728-729-cu illərə aid türbə

Babaratma türbəsi
Ölkə  Azərbaycan
Şəhər Şəki
Yerləşir Babaratma
Aidiyyatı Sufizm
Tikilmə tarixi 728-729-cu illər
KateqoriyaKompleks
ƏhəmiyyətiYerli əhəmiyyətli

Əyriçayın sol sahilində, Qanıx (Alazan)-Həftəran vadisində Babaratma kəndi yaxınlığındakı qədim qəbiristanda eyniadlı məscid yerləşir. El arasında bura Pirbaba da deyilir. İlk mənbələrin məlumatına görə, Pirbaba və ya Babaratma məscidi bölgədə islamı yayan və Xəlifə Osmanın nəslindən olan ərəb sərkərdəsi Babai Rutab tərəfindən inşa olunmuşdur. Məscidin yanındakı türbədə məhz bu tarixi şəxsiyyət dəfn olunub. Vaxtilə türbədəki kitabələrdən biri üzərində aparılan tədqiqatlarda abidənin tarixi və üzərindəki yazı ilə bağlı qeyri-dəqiq məlumatlar verilmişdi. Belə ki, kitabənin tarixinin səhvən "hicri 1100-cü il" olması qeyd edilmişdir.[1]

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin əməkdaşları i.ü.f.d. Şahlar Şərifov, t.ü.f.d. Araş İftixari və Məhəmməd Pirmuxtari ilə birlikdə Pirbaba ziyarətgahı haqqında təhrif edilən və qaranlıq qalan məqamları dəqiqləşdirmək üçün Şəkidə elmi ezamiyyətdə olmuş, aparılan tədqiqatlar nəticəsində qəti olaraq müəyyənləşdirilmişdir ki, Şəkinin Babaratma ziyarətgahındakı məscid 728-729-cu illərdə Xəlifə Osmanın yaxın adamlarından olan "Babai Rutab" tərəfindən inşa olunmuşdur.[1]

  1. 1 2 ŞƏKİ: ən qədim zamanlardan günümüzədək. Bakı: "Turxan" NPB, 2020. - s. 12