Babaratma

BabaratmaAzərbaycan Respublikasının Şəki rayonunun Qudula kənd inzibati ərazi dairəsində kənd.[1]

Babaratma
41°11′35″ şm. e. 47°00′09″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 233 m
Saat qurşağı
Əhalisi
Əhalisi 319 nəfər
Xəritəni göstər/gizlə
Babaratma xəritədə
Babaratma
Babaratma

Murdarçayın (Əyriçayın qolu) sahilində, Alazan-Həftəran vadisindədir. Kəndin yaxınlığında Babaratma piri var. Bu pirə bəzən Pirbaba da deyirlər. Rəvayətə görə, pir ərəb işğalları dövründə (VII əsr) yerli əhali ilə vuruŞmada öldürülmüş ərəb sərkərdəsi Babarutənin qəbridir. Oykonimin ikinci komponenti irətmə variantında yerli dialektdə "kəlağayı toxunan yer, emalatxana" mənasında işlənir. Məlumdur ki, Şəki ta qədimdən özünün qiymətli ipəyi və kəlağayısı ilə məşhurdur[2].

Kəndin əhalisi 319 nəfər təşkil edir ki, onun da 164 nəfəri kişi, 155 nəfəri isə qadındır.

Şəki şəhəri Babaratma kəndindəki eyniadlı pir kompleksinə məqbərə, məscidlər və qəbiristanlıq daxildir. Məscid-türbə binasının kitabəsindən alınan məlumata görə, buradakı qəbir Seyyid Hacı Ağa Məhəmmədindir (h. 1005 / m. 1596-1597). Onun ulu babalarından birinin adı Seyyid Şeyx Dədə Mürsəl Şeyx Babarta idi. «Babarta» «Baba ribat» sözünün təhrif olunmuş şəklidir.[3]

Türbə binasının divarında ərəbcə bu sözlər yazılıb : “Babaratma kəndindən olan və ziyarətgahda yaşayan Molla Abdullah ibn Molla Abdulmuttəlib Hz Muhammədin hicrətindən sonra 1100 ilində bərpa etdirdi və öz əli qəbrini qazdı” (1688-1689)

M5 Zaqatala - Yevlax yolunun Şəkidən keçən 366-ci km-i, Şəkinin girişindən 21 km sonra, Əyriçay su anbarı ilə üzbəüz, Suvagil kənd yolundan 1,3 km içəridə yerləşir.

Bura kiçik kənd olduğu üçün kənd məktəbində təhsil alan uşaqların sayı 60-dır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd caamatı tütünçülüklə və əkinçiliklə məşğul olur.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (PDF). AMEA Folklor İnstitutu (az.). folklorinstitutu.com. 2008. 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-12.