Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vergidən yayınma
Vergidən yayınma — vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat.
Akinak
Akinak (q.yun. ἀκινάκης) — gödək (40—60 sm) dəmir qılınc, skiflər tərəfindən işlənirdi. == Tarixi məlumat == Bəzi antik müəlliflər skiflərin adətləri haqqında da məlumat verirlər. Skiflərin səciyyəvi adətlərindən biri at südü içmək idi. Hələ Homer kimmerləri "at südü içənlər" adlandırmışdı. Maldar türk tayfaları tarix boyu at südü içmiş və at əti yemişlər. Bir antik mənbədə deyilir ki, "skiflərin böyük əksəriyyəti yalnız at südü ilə qidalanırlar". İrandilli xalqların heç birində bu adət olmamışdır. Arxeoloqlar skiflər üçün səciyyəvi ox ucluqlarının və "skif heyvan stili"nin Altayda və Qərbi Sibirdə təşəkkül tapdığını artıq sübut etmişlər. Altayda və Sibirdə irandilli etnosların heç zaman yaşamadığını sübut etməyə isə ehtiyac yoxdur.
Makinak boğazı
Makinak boğazı- Böyük göllər akvatoriyasına daxil olan Huron gölü və Miçiqan gölünü birləşdirir. Ən dar yerdə eni 8 km təşkil edir. Boğaz üzərində Makinak asma körpüsü tikilmişdir. Bu körpü asma körpülər arasında qabaqcıl yerlərdən birini tutur. Boğazda 4 ada vardır: Bvua-Blan, Makina, Raund Aylend və Müqəddəs Yelena adalarıdır. Burada 4 mayak vardır ki, onlar da tarixi abidə kimi qorunur. Dərinliyi 37 m təşkil edir.