Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ballıbadı
Bamiyə və ya Tulumba (fars. باميه‎) — Azərbaycan mətbəxinə, həmçinin Türkiyə və Balkan ölkələrinə aid şirniyyat növüdür. == Lazım olan məmulatlar == Əla növ buğda unu – 527q, şəkər tozu – 235q, yumurta – 1 əd., bitki yağı – 120q, çay sodası – 0,5q, duz – 5q. == Hazırlanma qaydası == Una çay sodası və qaynar su əlavə edib xəmir yoğurulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşından keçirilir. Lakin ətçəkən maşına bıçaq yerinə 0,15 mm qalınlığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7–8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopdurulur və quruduqdan sonra üstünə şəkər pudrası səpilir.
Alma ballıcası
Alma ballıcası (lat. Psylla malı) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin psillidlər (ballıcalar) fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin ballıcanın bir cüt şəffaf qanadları vardır. Baş və döşü sarımtıl-yaşıl, qarıncığı, bığcığı və ayaqları sarıdır. Bığcıqları 10 buğumludur. Bədəninin uzunluğu 2,5 mm-dir. Sürfəsi yastıdır, ayaqları qısadır, bədəni tünd qəhvəyi, gözləri isə kəskin qırmızıdır. Nimfası göyümtül-yaşıldır. Yumurtası uzunsov ovalvari olub, saplaqvaridir, rəngi narıncıdır və uzunluğu 0,4 mm-dir. == Həyat tərzi == Alma ballıcası yumurta mərhələsində qışlayır.
Zeytun ballıcası
Zeytun ballıcası (lat. Euphyllura olivina) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin ballıcalar fəsiləsinə aid olan növ. Yetkin fərdin bədəni tünd sarı, sürfəninki narıncı, nimfanınkı isə yaşıldır. Yetkin dişi fərdin uzunluğu 2–2,5 mm-dir. Yumurtası uzunsov ovaldır, əvvəlcə ağ, sürfənin çıxma ərəfəsində isə narıncı rəngdə olur. Qışlama noyabrın sonu, dekabrın əvvəllərində, havanın orta gündəlik temperaturu 100C-dən aşağı olduqda başlayır. Qışlamadan çıxma aprelin ortalarında temperatur 10,5–110C-dən yuxarı olduqda başlayır. Qışlamadan çıxdıqdan təxminən iki həftə sonra dişilərin daxilində yumurtalar yetişir. Yumurtalarını budaqlar üzərinbə qoyurlar. Hər bir dişi fərd orta hesabla 350 yumurta qoyur.
Dördayaq yallısı
Dördayaq – Ən qədim Azərbaycan yallırından biri. Yallının adı rəqsin əvvəlində ifaçıların yırğalanaraq dörd addım atmalarından götürülmüşdü. Şərur rayonunda yaranmış yallı sonralar daha geniş yayılaraq milli-mənəvi dəyərləri yaşadanların ən sevimli yallılarından biri olmuşdur. İştirakçılar çeçələ barmaqları ilə çiyinləri səviyyəsində bir-birindən tuturlar. Asta və sürətli hərəkətlərdən ibarət olan yallını həm qadınlar, həm də kişilər ifa edirlər. Naxçıvanın Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də onların əhatə etdiyi kəndlərin toy məclislərində və keçirilən mədəni-kütləvi tədbirlərdə ifa edilir.
El yallısı
El yallısı (iki ayaq) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ifa olunan "El yallısı" 3 hissədən və getdikcə artan tempdən ibarət olan yallı növü. İştirakçıların kiçik barmaqları bir-biri ilə birləşmiş və aşağı salınmış vəziyyətdə ifa etdikləri "El yallısı" sadə hərəkətlidir, lakin ifa edilməsi çətindir. Naxçıvan şəhərində, Şahbuz rayonunun toy şənliklərində yallı həvəskarları tərəfindən yüksək zövqlə ifa edilərək yaşadılır.
Şərur yallısı
Şərur yallısı - Azərbaycan xalqına məxsus, Naxçıvan Muxtar Respublikası üçün xarakterik olan rəqs növlərindən biri Naxçıvan təkcə tarixi memarlıq abidələri ilə deyil, həm də mədəniyyətimizin ən qədim nümunəsi olan folklor rəqsləri - yallıları ilə tanınır. Şərur bölgəsinin rəqs qruplarının ifa etdiyi yallılar öz orijinallığı ilə fərqlənir. Mənbələrdə göstərilir ki, yallı rəqs növünün tarixi çox qədimdir - yazılı mədəniyyətdən əvvəlki dövrlərə təsadüf edir.Oğuz ellərinin həyat tərzi, məişəti, dünyagörüşü “Dədə Qorqud” boylarında sözlə, fikirlə, yallılarda isə rəqslə, ritmik hərəkətlərlə ifadə olunub. Mütəxəssislərin fikrincə, bir vaxtlar Şərur bölgəsində yallının 100-dən artıq növü olub.Onların bir qismi toy mərasimlərində, el şənliklərində yaşadılaraq bu günə gəlib çıxıb. Böyük şəxsiyyətlər, görkəmli sənət adamları Şərur torpağını yallı rəqslərimizin beşiyi adlandırıblar. Yallını bu torpağın qədimlik rəmzi, Oğuz möhürü kimi dəyərləndirənlər də çoxdur. "Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallını qoruyub-saxlayın. Bu, Naxçıvanın tacıdır" - deyə ulu öndər Heydər Əliyev vaxtilə bildirib. Elə o vaxtdan bölgədə folklor sənətimizin bu incisinə diqqət və qayğı çoxalıb.