1. Ördəyin erkəyi.
Tərlan görüb yaşılbaşı; Sağın, qaynaq çala, Maral!
Yaşılbaşlar qanad çırpar suyuna; Gah durular, gah da dönüb bulanar.
2. Şeirdə adətən gözəl mənasında işlənir.
□ Yaşılbaş sona – aşıq poeziyasında gözəlin epitetlərindən biri.
Ürkütdü alıcı tərlan; Yaşılbaş sona yeridi.
Sallanıban kəklik kimi səkəndə; Dönər bir yaşılbaş sonaya Telli.