Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şanidar mağarası
Şanidar — İraqın Ərbil mühafəzəsində neandertalların qalıqlarının aşkar edildiyi mağara. Tapıntıların təxmini yaşı 50–70 min ildir. Zaqros dağlarında yerləşir. Üst Paleolitdə burada Zarzi mədəniyyətinə aid müasir tipli insanların məskəni yaranmışdır. Epipaleolit dövründə (e.ə. IX minillik) ən qədim əkinçilik mədəniyyəti olan Şanidar-Kərim-Şahir mədəniyyətinin təbəqələrinə burada rast gəlinmişdir. 2006-cı ildə əvvəllər mağarada tapılan sümüklər arasında Şanidar-10 təyinatı ilə neandertala aid ayaq sümükləri tapılmışdır.21 sentyabr 2018-ci ildə Britaniya arxeoloqları Şanidar mağarasında (Şanidar-11 və Şanidar-12) iki yetkin neandertalın qalıqlarının aşkar edildiyini elan etmişdilər. == İstinadlar == == Xarici keçidlər == "Цветы в пещере Шанидар. Кто виноват — Человек или пчёлы?". antropogenez.ru (rus).
Yaycılar
Yaycılar — qədim türkdilli tayfalardan biridir. Mənşəcə oğuz tayfalarından hesab olunurlar. Bir qismi XII-XIII əsrlərdə Azərbaycana gəlmiş, əsasən Naxçıvan ərazisində yaşamışlar. Culfa rayonunda Yaycı kəndinin onlarla bağlı olduğu ehtimal olunur. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.