QƏMLİ

QƏMLİ Qəmli könlüm yenə şad oldu, ruxi-yarı görüb; Arizində o mehin türreyi-tərran görüb (Ə.Vahid); BİKEF [Bədəl:] Yoldaşlar, daha bundan sonra məni bikef görməzsiniz (Ə.Haqverdiyev); KƏDƏRLİ Kədərli bir qəlbin yanıq fəğanı; Yandırar ürəyi daşdan olanı (Ə.Cavad); QƏMGİN Qaraca qız da qəmgin idi (S.S.Axundov); QƏMNAK (köhn.) Bir nalə qılan nar dili-qəmnakdan özgə? (S.Ə.Şirvani); QƏMZADƏ (köhn.) Bəzm əhli tikibdir sana yeksar gözün, əmma; Gözlə məni, cana ki, füzun qəmzadəyəm mən (Q.Zakir); QÜSSƏLİ Mələk ..fikirli və qüssəli idi (M.İbrahimov); MƏHZUN Bu axşam niyə belə məhzunsan, qəmlisən?.. (M.İbrahimov); NAŞAD (kl.əd.) Gəzər məcnun tək avarə mənim naşad könlüm (Natəvan); QAYĞILI Yol boyu uzanan işıq xətləri; Bakının qayğılı nəzərləridir (M.Araz); QUBARLI Qubarlıydım azca, süstdüm bir qədər (M.Rahim); PƏRİŞAN Niyə o, dalğın gedir, pərişan gedir (B.Vahabzadə); DƏRDLİ (bax).

QƏMLƏNMƏK
QƏMNAK

Значение слова в других словарях