Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maxaon yelkənciyi
Maxaon kəpənəyi (lat. Papilio machaon) — əsl yelkənqanadlılar cinsinə aid heyvan növü. Erkəklərinin qanadlarının uzunluğu, 64–81 mm, dişilərinin isə 74–95 mm olur. Qanadlarının fonunun rəngi əsasən intensiv sarı olur. Enli qara haşiyəyə və kənarları ayşəkilli sarı ləkələrə malik ön qanadlarında damarcıqlı qara xallar olur. Arxa qanadlarında uzunluğu 10 mm-ə qədər olan "quyruqlar" olur. Arxa qanadlar qanadın kənarında qara rənglə haşiyəyə alınmış göy və sarı xallara, qırmızı-qonur gözcüklərə malikdir. == Yayılması == Holarktika vilayətində geniş yayılmışdır. Avropanın hər yerində (İrlandiya istisna olmaqla), Şimal Buzlu Okeandan başlayaraq Qara dəniz sahillərinə qədər və Qafqazda yayılmışdır. Asiyada, Şimali Afrikada və Cənubi Amerikada rast gəlinir.
Şərqi aleksanor yelkənciyi
Şərqi aleksanor yelkənciyi (lat. Papilio alexanor orientalis) — pulcuqqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinə aid növ. Son dərəcə nadir növdür. == Təsviri == İri və gözəl kəpənəkdir. Qanadları açıldıqda 80–85 mm-ə çatır. Sarı rəngli ön üanadlar qara ləkəli və damarlı, kənarları enli qara haşiyəlidir. Arxa qanadlarında "quyruqcuqları" var. == Yayılması == Cənub-şərqi İspaniya, İtaliya, Cənubi Fransa, Yunanıstan (tipik formada P.Alexanor Esp.), Cənubi Qafqaz, İran, Kiçik Asiya, Orta Asiyanın cənub-qərbi (yarımnöv orientalis Rom.) Azərbaycanda Naxçıvan MR ərazisinin Araz çayı vadisindən başlayaraq dəniz səviyyəsindən 1750 m-ə qədər yüksəkliyi olan dağlar. == Həyat tərzi == Quru yamaclar və daşlı yerlərdə friqanoid bitkilər yetişən sahələr. Mayda və iyunun əvvəllərində uçur.