Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yelpik
Yelpik — sərinləmək və hava axını təmin etmək üçün istifadə edilən qatlanan və qatlanmayan növləri olan əl vasitəsi. Qatlanmayan yelpiklər sabit bir yarpaqla bir sapdan meydana gələr. Qatlanan yelpiklər, bir uclarından sancaqla bir-birinə bərkidilmiş yastı kiçik sütunu vardır. Sütunların üstünə yelpiyin açılıb bağlanmasına imkan verəcək şəkildə qatlanan bir parça ya da kağız yapışdırılır. Rhead, G. Wooliscroft.
Allüvial yelpik
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Mersedes Yellinek
Adriana Manuela Ramona Yellinek (alm. Adriana Manuela Ramona Jellinek‎; ləqəbi Mersédes (isp. Mercédes) olub; 16 sentyabr 1889, Vyana – 23 fevral 1929, Vyana) — Avstriyalı iş adamı Emil Yellinekin qızı, "Mersedes" avtomobil markası onun şərəfinə adlandırılıb. Ailəsinin üçüncü uşağı idi. Anası Raxel Qoqqman Senrobert (Rachel Goggmann Cenrobert, 1854–1893) əlcəzairli Səfərad yəhudilərindən idi. Onun babası Adolf Yellinek Vyana şəhərinin baş ravvini olmuşdur. Onu evdə "Mersedes" (Ladino dilində "şəfqət", "məlahət" deməkdir) çağırırdılar. Avstriyalı bankir və Qotlib Daymlerin avtomobil firmasının təsisçisi olan atası müəssisədə buraxılan avtomobil markasını qızının şərəfinə adlandırmışdır. "Mersedes" "Daymler"in əvvəlki modellərinin elementləri əsasında hazırlanmışdır, onun texniki yenilikləri ştamplanmış rama və giriş klapanlarının mexaniki ötürücüsü idi, amma sonradan şirkət onlardan imtina etməli oldular. Maşının idarə edilməsi qeyri-adi dərəcədə asan və ən əsası istismarda etibarlı idi.
Elfrida Yelinek
Elfride Yelinek (alm. Elfriede Jelinek‎; 20 oktyabr 1946[…])) — Avstriya yazıçısı, dramaturq, şair və ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı (2004), Henrix Böll mükafatı (1986), Georq Büxner mükafatı (1998), Henrix Heyne mükafatı (2002), Frans Kafka mükafatı (2004) laureatı. == Həyatı == Avstriya yazıçısı və dramaturqu Elfrida Yelinek ölkənin cənubunda, Sloveniya ilə sərhəddə yerləşən Ştıria torpağında, qarışıq yəhudi-çex ailəsində doğulmuşdu. Yazıçının soyadı da çex-slavyan mənşəlidir. "Yelinek" çex dilində "maral" mənasını ifadə edir. Atası kimyaçı idi. Məhz peşəsinə zərurət olduğuna görə Hitlerin hakimiyyəti dönəmində yəhudi soyqırımından – Holokostdan salamat qurtara bilmişdi. Yelinek ailəsinin bir çox üzvlərinin həyatına isə həbs düşərgələrində son qoyulmuşdu. Görünür, bütün bunlar təsirsiz ötüşməmiş və aradan illər keçəndən sonra atasının psixikasının pozulması ilə nəticələnmişdi. Müalicə nəticə verməmişdi.